İkili diplom alan ATİ məzunları turizm müəssisələrində rəhbər vəzifələrdə çalışırlar
Tarix: 04.12.2014 | Saat: 17:45:00 | E-mail | Çapa göndər


Azərbaycan Turizm İnstitutunun (ATİ) rektoru, tarix elmləri doktoru, professor Cəfər Cəfərov Yunanıstanın Keyfiyyət və Akkreditasiya Agentliyi (HQA) idarə heyətinin üzvü, professor Johannis Vlahosla rəhbəri olduğu ali təhsil ocağında görüşüb. Rektor C.Cəfərov yunan professorla tanışlıq görüşü zamanı ATİ-nin 9 illik fəaliyyəti, inkişaf strategiyası barədə ətraflı məlumat verib. Azərbaycanda ali təhsil tarixində ilk dəfə ikili diplom praktikasına imza atan ali təhsil ocağı olduğunu diqqətə çatdırıb. Bu proqram sayəsində 2 diplom- həm milli, həm də Avstriyanın İMC Krems Tətbiqi Elmlər Universitetinin diplomunu alan məzunların nüfuzlu turizm müəssisələrində rəhbər vəzifələrdə çalışdıqlarını bildirib. Elmin sərhəd tanımadığını xüsusi qeyd edən rektor C.Cəfərov dünyanın tanınmış universitetləri ilə əməkdaşlıq əlaqələrində tələbə-müəllim mübadiləsinin faydasını detallı şərh edib. Bu baxımdan Yunanıstanın Keyfiyyət və Akkreditasiya Agentliyi (HQA) idarə heyətinin üzvü, professor Johannis Vlahosla görüşün fayda gətirəcəyinə əminliyini bildirib. Professor Johannis Vlahos üzvü olduğu qurumun geniş fəaliyyətindən danışarkən bildirib ki, Keyfiyyət və Akkreditasiya Agentliyi ali təhsildə keyfiyyət mexanizminin idarə olunması məqsədilə yaradılıb. Hər bir ali təhsil müəssisəsində tədrisin və tədqiqatın daim təkmilləşməsi, eləcə də beynəlxalq təcrübəyə uyğun icrası prosesində səmərəlilik prinsipini hədəf seçib.
Yunan qonaq Johannis Vlahos söhbət əsnasında yüksək ali təhsil verən tədris müəssisələrindən biri- Yunanıstan Krit Universitetinin professoru olduğunu diqqətə çatdırıb. 1973-cü ildə yaradılan ali təhsil ocağında 16 şöbə, 5 fakültə və eyni zamanda bir neçə törəmə tədqiqat institutunun fəaliyyət göstərdiyini bildirib. Krit Universitetinin Avropa Birliyi Nizamnaməsini və tədqiqatçıların qəbulu üzrə Kodeksi imzalayan ilk yunan universiteti olduğunu və tədqiqatçıların mobilliyi üzrə Euraxess European şəbəkəsinin bir bölümü üzrə təmsilçilik hüququna sahibləndiyini bildirib.
Tanışlıq görüşünün sonunda rektor C.Cəfərov Türkiyənin Akdeniz, Kastomonu, Avstriyanın Krems İMC TEU, Almaniyanın Yade Universiteti və sair xarici ölkələrin ali təhsil müəssisələri ilə Azərbaycan Turizm İnstitutu arasında bağlanan ikitərəfli əməkdaşlıq müqavilələrinin şərtlərinə uyğun həyata keçirilən tələbə-müəllim mübadiləsinin uğurlu olduğunu deyib. ATİ və Yunanıstanın Krit Universiteti arasında əməkdaşlığın qurulması üçün fikir birliyinə gəliblər.
Nigar




 
Bölməyə aid digər xəbərlər
25.09.2018
Müdafiə Sənayesi Nazirliyi ilə “ASELSAN” şirkəti arasında memorandum imzalanıb
25.09.2018
“Şahdağ” rusiyalı turistlər üçün ən yaxşı dağ-xizək kurortlarının ilk üçlüyünə daxil edilib
25.09.2018
“Bakcell“dən maraqlı aksiya və onlayn müsabiqə: DaimOnline
25.09.2018
AQTA-nın vətəndaşlara müraciəti
25.09.2018
Mübariz Qurbanlı Mingəçevirdə vətəndaşların müraciətlərini dinləyib

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10145

1 Yalnızlıq qorxusu
2 “Vətən uzaqda deyil” telelayihəsi dünya azərbaycanlılarının sevincinə səbəb olub
3 “Azərbaycanda xalq yaradıcılığına maraq artıb”
4 Cəfər Cəfərov: “Hər bir ölkənin gələcəyi yüksək səviyyəli kadrlardan asılıdır”
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info