Ukraynada Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü ilə bağlı silsilə tədbirlər keçirilir
Tarix: 04.12.2014 | Saat: 17:53:00 | E-mail | Çapa göndər


Ukrayna Azərbaycanlı Gənclər Birliyinin, Birləşmiş Ukrayna Azərbaycanlıları Konqresinin, Ukrayna Millətlər Assambleyasının, Müslüm Maqomayev adına Mədəniyyət Mərkəzinin və Azərbaycanın Ukraynadakı səfirliyinin birgə təşkilatçılığı ilə Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü ilə bağlı silsilə tədbirlərə başlanılıb. Bununla əlaqədar ilk tədbir Taras Şevçenko adına Kiyev Milli Universitetində keçirilən konsert olub.
Azərbaycanın Ukraynadakı səfiri Eynulla Mədətli bayram şənliyində çıxış edərək təməli ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününün tarixi əhəmiyyətindən danışıb. O, Ukraynanın bir sıra vilayət və şəhərlərində Həmrəylik Günü münasibətilə silsilə tədbirlərin keçirilməsini əsl vətənpərvərlik nümunəsi adlandırıb.
Taras Şevçenko adına Kiyev Milli Universitetinin prorektoru Pyotr Bex və Ukrayna Nazirlər Kabinetinin milli məsələlər üzrə idarə rəisi Yuriy Reşetnik Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibətilə Azərbaycan xalqına xoş arzularını çatdırıblar.
Dünya azərbaycanlılarının milli dövlətçilik məfkurəsi ətrafında birləşməsində ulu öndər Heydər Əliyevin xidmətlərindən bəhs edən Ukrayna Millətlər Assambleyasının rəhbəri, Birləşmiş Ukrayna Azərbaycanlıları Konqresinin sədri Rövşən Tağıyev və Azərbaycanlı Gənclər Birliyinin sədri İlhamə Allahverdiyeva Həmrəylik Gününün çağdaş Azərbaycan tarixinə ən əziz bayram kimi daxil olduğunu vurğulayıblar.
Bayram şənliyində Azərbaycan və Ukrayna rəqs ansambllarının rəngarəng rəqsləri, Ukraynanın xalq artisti Qurban Abbasov və gənc müğənni Təranə Məmmədovanın ifa etdikləri mahnılar iştirakçılara xoş anlar yaşadıb.

Fuad




 
Bölməyə aid digər xəbərlər
27.05.2019
Daha 1088 şəhid üzrə 1787 vərəsəyə birdəfəlik ödəmə verilməsi barədə qərar qəbul edilib
27.05.2019
“DOST” mərkəzinin xidmətlərindən 3 mindən çox vətəndaş faydalanıb
25.05.2019
Ordubadlı nümunəvi ailə təsərrüfatlarının iş təcrübələri muxtar respublikada yayılır
25.05.2019
Beyləqandakı əmək yarmarkasında 54 nəfər işə göndəriş alıb
24.05.2019
Tikinti mühəndisi vəzifəsinə işçi axtarılır

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Esmira Məmmədova
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10790

1 Üç müharibə iştirakçısı olan general-mayor
2 Oqtay Zülfüqarovun uşaq mahnıları müasir aranjemanda səslənəcək
3 “İrəvan quberniyasına aid arxiv materiallarını oxuduqca hiss edirsən ki, buralar döğma torpaqlardır”
4 Erməni əsilli gimnast: Mxitaryanın yerində olsaydım, komandamla birgə Bakıya gələrdim
5 Vahid Rzayev:”Səhər gördük ki, ermənilər arxiv sənədində özlərinə sərf etməyən hissəni qayçı ilə kəsiblər”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info