Ermənistanda dollar qıtlığı yaranıb
Tarix: 04.12.2014 | Saat: 18:13:00 | E-mail | Çapa göndər


Erməni saytı “tert.am” yazır ki, İrəvanda valyuta mübadiləsi məntəqələrində dollar çatışmazlığı yaranıb. Hərdənbir bəzi məntəqələrdə qısa müddətə, 1 dolların 460 dramdan olmaqla,az miqdarda dollar satışı olur. Bu isə həmin məntəqələrin kimdənsə valyuta dəyişməsi nəticəsində baş verir. Artıq, bu ölkədə dollar “qara bazar”da satılır. Belə yerlərdən bir olan Malatya bazarında 1 dollar 480-490 drama satılır. Banklarda isə iki gündür ki, dolların sərbəst satışı dayandırılıb.
Qeyd edək ki, belə vəziyyət Rusiyada dolların kursunun qalxması ilə bağlıdır. Ermənistan iqtisadi baxımdan Rusiyadan o qədər aslı vəziyyətə düşüb ki, oradakı istənilən dəyişiklik Ermənistan iqtisadiyyatına təsir edir. Ermənistan üçün ikinci bir bəla isə ərazaq məhsullarının qiymətinin durmadan artmasıdır. Ermənistanda ərzaq məhsullarının və digər malların qiymətinin kəskin artması, əhalinin qəzəbinə səbəb olub. “İnsanların narazılığı tamamilə başa düşüləndir”. Bunu jurnalistlərin suallarına cavab verərkən parlamentin spikeri Qalust Saakyan bildirib. Ancaq hakimiyyətin yeni etiraz dalğasından qorxub-qorxmaması barədə suallara cavab verən Saakyan hiddətlə deyib: "Hamıya dalğalarla ehtiyatlı olmağı məsləhət görürəm, boğula bilərsiniz".
Ermənistanın baş nazirinin müavini Vaçe Qabrielyan əhalini sakitləşdirməyə çalışaraq bildirib ki, ölkədəki bahalaşma tamamilə nəzarət altındadır. Amma qiymətlər yuxarı dırmanmaqda davam edir. Rusiya rublunun ardınca erməni milli valyutası dram da çöküb və özü də bu çox sürətlə baş verib. Bir sıra banklar dollar satışını dayandırıblar, başqaları isə xarici valyutanı məhdudiyyətlə satırlar.
Parlamentdə çıxış edən deputat Nikol Paşinyan bildirib ki, indiki hakimiyyətin normal iqtisadi strategiyası yoxdur: "Amma Moskva, Brüssel və Vaşinqtondan dilən payı istəyən siyasi elita var, sonra aclara bir tikə düyü atırlar ki, onların dilindən təşəkkür sözləri qoparsınlar".
Fuad




 
Bölməyə aid digər xəbərlər
18.09.2018
Türkiyə İdlibə əlavə hərbi kontingent göndərəcək
18.09.2018
“Azərbaycan-Qətər əməkdaşlığının inkişafı üçün geniş perspektivlər var”
18.09.2018
Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
18.09.2018
Paşinyanın mətbuata hücumu başladı
18.09.2018
Ermənistan XİN Nikol Paşinyanın səhvlərini ört-basdır etməyə çalışır

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10118

1 ADPU-nun rektoru yüksək balla qəbul olunan tələbələrlə görüşüb
2 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
3 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
4 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
5 Aqil Acalov: “İdmançılar qanvermə aksiyalarında aktiv iştirak edəcəklər”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info