“Ermənistanda kütləvi etirazlar gözlənilən idi”
Tarix: 04.12.2014 | Saat: 18:46:00 | E-mail | Çapa göndər


Serj Sərkisyanın yürütdüyü uğursuz daxili və xarici siyasətə qarşı baş qaldıran etiraz dalğası bütün ölkəni cənginə alıb. Parlament binası qarşısında nümayişlər keçirilib. Aksiya iştirakçıları Ermənistanın Avrasiya İqtisadi İttifaqına (Aİİ) qoşulmasına etiraz ediblər. Düşmən ölkədə baş verən hadisələrə münasibət bildirən Beynəlxalq Münasibətlərin Araşdırılması Mərkəzinin sədri Rufiz bildirib ki, Ermənistanın vəziyyəti həqiqətən də çox çətindir. "Kütləvi etirazlar gözlənilən idi. Sərkisyan rejimi uzun zamandır ki, əhalini səfalət girdabında boğur. O, ölkəsini siyasi dəyənəyə çevirib” – deyən Rufiz Qonaqov hesab edir ki, Sərkisyanı hakimiyyətə gətirən sabiq prezident Köçəryanın nümayişlərə qoşulması vəziyyətin daha mürəkkəb olmasının isbatıdır: "Ölkədəki bütün siyasi təşkilatlar və siyasi qüvvələr bu cinayətkar rejimdən yaxa qurtarmağın yollarını axtarır. Xalq Sarkisyanın istefasını təkidlə tələb edir”.
R.Qonaqov düşünür ki, hazırkı rəhbərin devrilməsi asan başa gəlməyəcək: "Onun hakimiyyətdən getməsi üçün ermənilər daha sərt hərəkatlara başlamalıdır. Hazırkı durumla barışmalı deyillər. Keçirilən sorğulardan aydınca məlum olur ki, bədnamlar bu oyunlardan yorulub”.
Sərkisyanın devrilməsini çətin edən məsələyə gəlincə, Rufiz Qonaqov vurğulayıb ki, ölkədə silahlı qüvvələrə nəzarəti onun özü yerinə yetirir: "Xatırlayırsınızsa, bir müddət əvvəl Sərkisyanın hakimiyyətə gəlməsi üçün xalq gülləbaran olundu. Seçkilərdə Sərkisyan xalqın etimadını qazanmamışdı. Belə bir vəziyyətdə xalqın üstünə silah çəkərək cinayətkarın hakimiyyətini qoruyub saxladılar. Söhbət ondan gedir ki, amansız rejim əlindəki ordu birləşmələrindən öz xalqına qarşı hər zaman istifadə edə bilər. Sərkisyan buna güvənir. Xalqın daha geniş təbəqələrinin etirazları hər tərəfi bürüdükcə, indiki rejim üçün daha ağır vəziyyət yaranacaq”.


Fuad




 
Bölməyə aid digər xəbərlər
22.02.2019
Müxalifət kütləvi aksiyaları idarə edə bilmir
22.02.2019
Diaspor üzvləri Ümumavropa Qarabağ mitinqinə çağırış edib
21.02.2019
Levan Çixeidze: Gürcüstan parlamenti Xocalı soyqırımını rəsmən tanımalıdır
21.02.2019
Müxalifət mitinqlərlə bağlı məsuliyyətdən niyə qaçır?
21.02.2019
Валентина Терешкова: не любить Азербайджан невозможно!

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Tural Tağıyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10614

1 Milli qəhrəmanlara və şəxsiyyətlərə hücum savaşın tərkib hissəsidir
2 Diaspor üzvləri Ümumavropa Qarabağ mitinqinə çağırış edib
3 Əsərləri dünyanın bütün elektron kitabxanalarında yer alan azərbaycanlı yazar
4 ABŞ-da atışma: xəsarət alanlar var
5 Londonda Karl Marksın məzarına növbəti dəfə vandal hücumu olub


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info