Əbuzər İbrahimi Türkman: “Radikal qruplaşmalar böyük güclərin oyuncağıdır”
Tarix: 04.12.2014 | Saat: 18:52:00 | E-mail | Çapa göndər


“İran və Azərbaycan arasında mədəniyyət sahəsində əlaqələrin inkişafı üçün heç bir maneə yoxdur”. Bunu “Trend”ə açıqlamasında İranın İslami Əlaqələr və Mədəniyyət Təşkilatının sədri Əbuzər İbrahimi Türkman deyib. Ə.İbrahimi Türkman bildirib ki, Azərbaycan çox zəngin və böyük mədəniyyətə malik ölkədir, Azərbaycan xalqı çox mədəni xalqdır: “İran və Azərbaycan arasında mədəniyyət sahəsində əlaqələrin inkişafı bizim üçün proritet məsələlərdəndir. Mədəni əlaqələrin inkişafı hər iki ölkənin xeyrinədir”. Onun sözlərinə görə, təəssüflər olsun ki, hazırda bəziləri din adı altında cinayətlər törədir və bu, regionda zorakılıq, ifratçılıq və təkfirçiliyin formalaşması ilə nəticələnib: "Hazırda Azərbaycan və İranın din sahəsində yaxından əməkdaşlıq etməsi zəruridir. Əməkdaşlığımızı artırmaqla ifratçı qrupların qarşısında dayana bilərik”.
Ə.İ.Türkman deyib ki, iki ölkənin bir-biri ilə fikir mübadiləsi aparmasına ehtiyac var: “Biz eyni taleyi paylaşırıq. Bunu dərk etməliyik, keçmişdə olan xırda problemləri bir qırağa qoymalıyıq və bu problemlər bizim gələcək əməkdaşlığımızın qarşısını almamalıdır”.
O, qeyd edib ki, regiondakı ifratçılıq problemləri həm Azərbaycanın, həm də İranın məsələsidir və iki ölkə bunun qarşısında dözümlülük göstərməzsə, ziyan çəkəcək: “İranda uzun illərdir təkfirçi cərəyanlarla bağlı araşdırmalar aparılıb və bu sahədə kitablar yazılıb. Azərbaycanla bu təcrübələri bölüşməyə hazırıq. Bundan başqa, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi ilə müxtəlif sahələrlə bağlı müştərək konfranslar keçirə bilərik”.
Təşkilat rəhbəri İslamın rəhmət və sevgi dini olduğunu vurğulayıb və deyib ki, ifratçı qruplar öz düşüncə və fikirlərini din adı altında ictimaiyyətə yeridirlər: “İlk növbədə öz xalqlarımızı və gənclərimizi onların həqiqi mahiyyəti ilə tanış etməliyik və insanlarımıza başa salmalıyıq ki, onların dedikləri din deyil. Anlatmalıyıq ki, bu məsələlərin ardında siyasi maraqlar dayanır və qruplaşmalar böyük güclərin oyuncağıdır. Öz dəyərlərimizi üstün tutmalıyıq. Azərbaycan və İran xalqlarının adət-ənənələri, dini dəyərləri ata-babalarımızdan bizə qalan ən böyük mirasdır və biz bunu unutmamalıyıq”.
Ə.İbrahimi Türkman böyük güclərin Suriyanın Kobani şəhərini ifratçıların əlindən ala bilməməsini inandırıcı hesab etmir və bunun siyasi məsələlərə görə uzadılıdığını düşünür: “Kim inanar ki, böyük güclər Kobanini azad edə bilmir. Həmin ölkələr üçün indiki zamanda hər şey asandır. Necə olur ki, Kobanini balaca bir qruplaşmanın əlindən ala bilmirlər? Deməli, bu məsələnin arxasında siyasi maraqlar dayanır”.
Təşkilat rəhbəri hər iki ölkənin mediasını regiondakı böyük təhlükə ilə mübarizəyə çağıraraq və deyib ki, KİV-lər gənclər arasında maarifləndirmə aparmalıdır və ifratçılığın həqiqi simasını onlara çatdırmalıdır.




 
Bölməyə aid digər xəbərlər
19.09.2018
“Mübariz İbrahimov təkbaşına bir çox işğalçını məhv edərək şəhidlik zirvəsinə ucalıb”
19.09.2018
Nazirlər Kabinetinin rəsmi internet saytı yeni tərtibatda fəaliyyətə başlayıb
18.09.2018
Müdafiə naziri yüksək dağ zirvələrində yerləşən bölmələrin döyüşə hazırlığını yoxlayıb
18.09.2018
Paşinyanın oğlunun hərbi xidmət piarından yararlanmaq cəhdi nə vəd edir...
18.09.2018
Çində Azərbaycan haqqında daha çox informasiya veriləcək

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10121

1 ADPU-nun rektoru yüksək balla qəbul olunan tələbələrlə görüşüb
2 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
3 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
4 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
5 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info