“Dagbladet“: “ABŞ sönən ulduzdur”
Tarix: 04.12.2014 | Saat: 19:08:00 | E-mail | Çapa göndər


“İŞİD” Bəşər Əsədə qarşı çıxanda Vaşinqtondan dəstək almışdı, onun döyüşçülərinə isə İordaniyada amerikanlar təlim keçmişdilər”

Norveçin "Dagbladet" media qurumu ABŞ-ın tənəzzülü barədə maraqlı yazı yazıb. “ABŞ – sönən ulduzdur” başlıqlı yazıda bildirilir: “Son onilliklərdə ABŞ real hakimiyyətin xalqa mənsub olduğu demokratiyadan siyasi spektrin sağında və solunda dayanan, ölkəni idarə edən maliyyə elitalarından ibarət oliqarxiyaya çevrilib. ABŞ bu gün dünyanın ən böyük terror mənbəyidir”.
Bildirilir ki, dünyada ən çox sitat gətirilən alimlərdən olan Noam Xomskinin fikrincə, ABŞ artıq demokratiya deyil, o, daha çox birpartiyalı sistemə uyğun gəlir. Bu sistemdə isə oliqarxik elitalar xalqın adından xalqın maraqlarının əksinə ölkəni idarə edirlər. Analoji nəticəyə Prinston Universitetinin yeni araşdırmasının müəllifləri də gəliblər. Martin Cilens və Benjamin Peyc ABŞ-ın son on ildə demokratiyadan oliqarxiyaya çevrilməsinin yollarını öyrəniblər. Onlara görə, artıq “sağ” və “sol”ların klassik bölgüsü praktiki olaraq yoxdur.

“NATO ABŞ tərəfindən idarə olunan intervensiya aparatı və aqressora çevrilib. Bu aqressor dünya neft-qaz sahəsində dominantlıq etməyə susayıb”

Belə görünür ki,bizim Marşal planından, vətəndaş hüquqları, şəxsi azadlıq uğrunda mübarizədən tanıdığımız köhnə və xeyirxah ABŞ artıq dərin staqnasiyadadır.
Xomski az öncə «TruthOut» internet portalında ABŞ-ın keçirdiyi gizli əməliyyatlar barəsində Mərkəzi Kəşfiyyat İdarəsi tərəfindən hazırlanmış hesabata həsr olunmuş tənqidi məqalə ilə çıxış edib. Tənqid daha çox ona yönəlib ki, digər ölkələrin daxili işlərinə qarışma onların aktiv şəkildə destabilləşməsinə və faciəvi humanitar nəticələrə səbəb olub.

“ABŞ ölkəni idarə edən maliyyə elitalarından ibarət oliqarxiyaya çevrilib”

«The New York Times» qəzeti isə Barak Obama administrasiyası və Mərkəzi Kəşfiyyat İdarəsi tərəfindən Kubada, Anqolada, CAR-da və Nikaraquada keçirilmiş gizli əməliyyatlarla bağlı hazırlanmış hesabatı şərh edərək yazıb ki, bu əməliyyatlar o qədər uğursuz olub ki, bütün strategiyalara yenidən baxılmağa ehtiyac duyulur.
Bu baxımdan nəşr bu gün Suriya üsyançılarına göstərilən köməyə də skeptik yanaşır. Xomskinin daha bir əsas tezisi isə odur ki, NATO radikal dəyişikliklərə məruz qalıb. Sovetlər Birliyinin yıxılmasından sonra alyans Avropanı müdafiə birliyindən ABŞ tərəfindən idarə olunan intervensiya aparatı və aqressora çevrilib. Bu aqressor dünya neft-qaz sahəsində dominantlıq etməyə susayıb.

“Noam Xomskinin fikrincə, ABŞ artıq demokratiya deyil, o, daha çox birpartiyalı sistemə uyğun gəlir. Bu sistemdə isə oliqarxik elitalar xalqın adından, xalqın maraqlarının əksinə ölkəni idarə edirlər”

Az öncə Xomski tərəfindən ABŞ-ın terror mənbəyi olması ilə bağlı deyilənlər, Vaşinqtonun uğursuz Yaxın Şərq siyasəti və yeni “soyuq müharibə” təhdidləri ilə bağlı olaraq olduqca aktuallıq kəsb edir.
Yel Universitetinin professoru Bryus Akerman qeyd edir ki, terror qruplaşması “İŞİD”ə qarşı ABŞ-ın indiki zərbələri, birinci növbədə Konstitusiyaya ziddir, daha sonra isə müharibə istəməyən ABŞ əhalisinin 74 faizinin iradəsinə qarşı getməkdir. Dövlətlərin milli suverenliyi prinsipini saymamağın doğurduğu narahatlıq daha çox özünü onda göstərir ki, ABŞ Suriyaya zərbə endirərkən, bu ölkənin hökuməti ilə heç bir konsultasiya da aparmır. “İŞİD” kimi qruplaşmalarla mübarizə aparmaq vacibdir, amma bu fakt paradoksaldır ki, bu cür terrorçu təşkilatlar amerikan silah və texnikasını istifadə edirlər.
Beynəlxalq KİV-lərə görə, “İŞİD” Bəşər Əsədə qarşı çıxanda, Vaşinqtondan dəstək almışdı,onun döyüşçülərinə isə İordaniyada amerikanlar təlim keçmişdilər. Konfliktin lap başlanğıcından suriyalıların özləri bəyan etmişdilər ki, Suriyada müharibə Liviyada əməliyyatlar başa çatandan sonra ölkəyə xaricdən ağır silahlanmış ekstremistlərin daxil olması ilə başlamışdı”.
Yazıda daha sonra İraqda dini fraksiyalar və qruplar arasında balansın pozulmasında da ABŞ-ın məqsədli müdaxiləsinin əsas rol oynadığı bildirilir.
Qeyd edilir ki, ABŞ-ın Əfqanıstan,İraq, Liviya, Misir və Suriya kimi ölkələrdə rejimlərin dəyişilməsinə verdiyi “töhfə” situasiyanın daha da pisləşməsinə gətirib çıxarıb”.

İlkin AĞAYEV
















 
Bölməyə aid digər xəbərlər
20.11.2018
Prezident İlham Əliyev: Azərbaycan üçün Belarus mehriban dost və etibarlı tərəfdaşdır
20.11.2018
Azərbaycan və Belarus arasında hərbi-texniki əməkdaşlığın kifayət qədər böyük həcmləri və genişlənməyə yaxşı meyli var
20.11.2018
Belarus və Azərbaycan həmişə etibarlı və strateji tərəfdaş olaraq qalacaqlar
19.11.2018
Qanunsuz aksiyalar heç bir ölkədə məqbul sayılmır
19.11.2018
Bu tarixi bilmək lazımdır və ya keçmişin dərsləri

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10500

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
3 “Gedir dayanmadan zamanın köçü”
4 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info