Ölkədə “elektron hökumət“ mobil olacaq [Yenilənib]
Tarix: 04.12.2014 | Saat: 19:15:00 | E-mail | Çapa göndər


Azərbaycan mobil “elektron hökumət” platformasına keçidə hazırlaşır. Bu barədə rabitə və yüksək texnologiyalar naziri Əli Abbasov Bakıda keçirilən “Elektron hökumətin qurulması problemləri” mövzusunda ilk elmi-praktiki konfransda bildirib. Nazirin sözlərinə görə, söhbət vətəndaşın mobil proqram vasitəsilə mobil qurğulardan istifadə etməklə əldə edə biləcəyi xidmətlərin açılmasından gedir: "Bu gün artıq bir sıra xidmətlər mobil platformadan istifadə etməklə göstərilir. Və birinci plana e-Gov3.0 kimi anlayışlar çıxır. Onun əsas məqsədi və vəzifəsi əhali və işgüzar dairələr üçün hökumətin elektron xidmətlərinin daha geniş imkanlar açmasıdır. Yəni söhbət ondan gedir ki, hər bir vətəndaş, yaxud şirkət elektron hökumət xidmətlərini müstəqil şəkildə formalaşdıra və müəyyən mənada kommersiya əsasında həmin xidmətləri göstərə bilər". Bu, öz növbəsində, elektron xidmətlərin kütləvi şəkildə yayılmasına kömək edir. Ə.Abbasovun sözlərinə görə, gündəlikdə “SmartGov” adlanan platforfmanın tətbiqi məsələsi də dayanır. Bu platforma idarəetmənin mərkəzi hakimiyyətdən əhaliyə yerdəyişməsi prinsipini nəzərdə tutur. Yəni əhali dövlət idarəçiliyi sistemində iştirak edəcək və bu planda nazirlik elektron hökumətin yeni formatına e-Gov.3.0-a keçilməsini elan etməyə hazırdır. Nazir rəqəmli imza istifadəçilərinin sayının dinamik artımını da qeyd edib. Bu günədək nazirliyin Sertifikatlaşdırma Mərkəzində təxminən 30 min e-imza verilib. Bundan başqa, ölkənin Vergilər Nazirliyinin Sertifikatlaşdırma Mərkəzi tərəfindən 60 min e-imza sertifikatı verilib: "Hazırda bu prosesə Azərbaycan Mərkəzi Bankı da qoşulub".
Nigar




 
Bölməyə aid digər xəbərlər
15.06.2019
İnstitut işçi axtarır
15.06.2019
Müstəqil sosial müdafiə sisteminin qurucusu
14.06.2019
Bank Hüquq şöbəsinin rəhbəri vəzifəsinə işçi axtarır
14.06.2019
Bankda işləmək istəyənlərin nəzərinə!
14.06.2019
Milli Qurtuluş Günü ərəfəsində Qarabağ müharibəsi əlillərinə bayram hədiyyəsi: avtomobil təqdim edilib

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Esmira Məmmədova
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10805

1 Naxçıvanda “Cavidşünaslıq” oncildliyinin təqdimatı olub
2 Rufiz Qonaqov: Xəzəryanı ölkələrin xalqları arasında dostluq və əməkdaşlıq platformaları əhəmiyyətlidir
3 “Aa.com.tr”: “2020-ci ilə qədər Azərbaycan qazının Avropa bazarlarına çatması gözlənilir”
4 Ermənilərin təyyarəmizi vurmaq cəhdi uğursuzluqla nəticələnib - VİDEO
5 Çilidə güclü zəlzələ olub


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info