Əlillərin reabilitasiyası sahəsində çalışanlar üçün seminar keçirilib
Tarix: 04.12.2014 | Saat: 19:49:00 | E-mail | Çapa göndər


Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində (ƏƏSMN) Litva Reabilitasiya Koalisiyasının rəhbəri, professor Aleksandras Kriscuanas tərəfindən “Litvada reabilitasiya sistemi” mövzusunda nazirliyin əlillərin reabilitasiyası sahəsində çalışan mütəxəssisləri və QHT-lərin nümayəndələri üçün seminar keçirilib.
Seminarı giriş sözü ilə açan əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Natiq Məmmədov ƏƏSMN-nin digər fəaliyyət sahələrində olduğu kimi, əlillərin tibbi-sosial reabilitasiyası sahəsində də iş mexanizmlərinin təkmilləşdirilməsi və müasir yanaşmaların tətbiqi məqsədilə islahatlar aparıldığını qeyd edib. Nazir müavini bildirib ki, bu islahatlar zamanı Avropa İttifaqı ilə birgə icra olunan “Əlilliyi olan şəxslər üçün tibbi-sosial reabilitasiya sisteminin inkişaf etdirilməsi istiqamətində Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə dəstək” Tvinninq layihəsi çərçivəsində Fransa, Almaniya və Litva ilə müvafiq sahədə əməkdaşlıq həyata keçirilir. Layihə çərçivəsində cari ilin sentyabr ayında nazir müavininin başcılıq etdiyi nümayəndə heyəti Litvaya rəsmi səfər edərək, bu ölkənin əlilliyi olan şəxslərin tibbi-sosial reabilitasiyası sahəsində mövcud infrastrukturu, reabilitasiya mərkəzləri, reabilitasiya metodları ilə yaxından tanış olub, təcrübə mübadiləsi aparıb. Litvanın aidiyyatı dövlət qurumunda keçirilən görüşlər zamanı iki ölkə arasında əməkdaşlığın davam etdirilməsi qərara alınıb, bu istiqamətdə növbəti addım kimi Azərbaycanda Litva təcrübəsi ilə bağlı təqdimat şəraitində seminarın təşkili barədə razılıq əldə olunub.
Seminarda A.Kriscuanas ölkəsinin tibbi-sosial reabilitasiya sistemi və əlilliyi olan şəxslərin sosial statuslarının bərpası sahəsində icra olunan proqramlar barədə ətraflı məlumat verib. Tədbir zamanı Azərbaycanda əlilliyi olan şəxslərin sosial müdafiəsi, onların tibbi-sosial, həmçinin onların peşə reabilitasiyası, eləcə də əlil hüquqları sisteminin qabaqcıl beynəlxalq təcrübə əsasında təkmilləşdirilməsi sahəsində görülən işlər də diqqətə çatdırılıb. Seminar əlilliyi olan şəxslərin tibbi-sosial reabilitasiyası sahəsində mövcud vəziyyətin və mütərəqqi praktikalardan irəli gələn reabilitasiya üsullarının tətbiqi məsələlərinin müzakirəsi, ölkəmizdə bu sahədə perspektiv istiqamətlərin müəyyən edilməsi ilə bağlı ekspert tövsiyələrinin verilməsi ilə davam edib.

İlkin




 
Bölməyə aid digər xəbərlər
17.11.2018
Başqa ölkələrdən gələn qaçqınların sosial təminatlardan yararlanması üçün yeni mexanizm yaradılacaq
16.11.2018
“Hüquqi dövlət quruculuğunda məhkəmə-KİV münasibətlərinin inkişafı vacibdir”
16.11.2018
Azərbaycan Gənclərinin VIII Forumu keçirilib
16.11.2018
Dərman vasitələrinin qanunsuz dövriyyəsi ilə əlaqədar başlanmış cinayət işi məhkəməyə göndərilib
16.11.2018
Dövlət Miqrasiya Xidmətinin fəaliyyətində yeniliklər tətbiq olunur

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10495

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
4 “Gedir dayanmadan zamanın köçü”
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info