“Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi: dünya həqiqətləri bilməlidir“
Tarix: 04.12.2014 | Saat: 19:50:00 | E-mail | Çapa göndər


Ermənistan, erməni diasporu və lobbisi, habelə ermənipərəst ictimai-yaradıcı birliklər və qeyri-hökumət təşkilatları 2015-ci ildə qondarma erməni soyqırımının 100-cü ildönümünü çoxsaylı kütləvi tədbirlərlə geniş coğrafi miqyasda qeyd etməyə hazırlaşırlar. Bu məqsədlə dünya dövlətlərini, xüsusilə siyasi arenada söz sahibi olan ölkələri ciddi-cəhdlə qondarma soyqırımın tanınması məsələsinin həllinə yönəltməyə çalışan erməni diaspor təşkilatları son aylarda daha da fəallaşıb.
Ermənilərin bu niyyətləri, o cümlədən Azərbaycana və azərbaycanlılara qarşı bu günədək törətdikləri soyqırımlar, işğal faktları barədə gənc nəsli məlumatlandırmaq məqsədi ilə Bakı Dövlət Universitetində (BDU) "Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi: dünya həqiqətləri bilməlidir" mövzusunda konfrans keçirilib.
Konfransda çıxış edən BDU-nun rektoru Abel Məhərrəmov bildirib ki, Ermənistanın və ermənilərin Azərbaycana və azərbaycanlılara qarşı törətdikləri vəhşilikləri, soyqırımı aktlarını, torpaqlarımızın işğal edilməsi həqiqətlərini dünyaya çatdırmaqla yanaşı, özümüz də onları yenidən nəzərdən keçirib bilməliyik. Onun sözlərinə görə, gənc nəsil bu barədə mütləq geniş şəkildə məlumatlandırılmalıdır.
Tədbirdə çıxış edən Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Heydər Əliyev adına Akademiyasının baş müəllimi Azər Səlimov qeyd edib ki, ermənilər özləri haqqında əzabkeş obrazı yaratmaqla dünyanı çaşdırmağa çalışır, özləri isə "Böyük Ermənistan" yaratmaq məqsədi ilə zaman-zaman siyasi terror aktlarından istifadə edib və indi də edirlər: "Ermənilər "Böyük Ermənistan" yaratmaq məqsədi ilə 1905-ci ildən başlayaraq azərbaycanlılara qarşı mərhələli şəkildə terror aktları həyata keçiriblər. Erməni silahlıları ötən əsrin əvvəllərində Azərbaycanda 50 mindən çox azərbaycanlını qətlə yetirib, uşaqdan böyüyə - hamıya qarşı xüsusi amansızlıq göstəriblər". A.Səlimov qeyd edib ki, Azərbaycanda bir sıra terror aktlarının Ermənistan xüsusi xidmət orqanları tərəfindən təşkil olunması maddi dəlillərlə istintaq yolu ilə sübuta yetirilib. Lakin həmin terrorçular Ermənistanda nəinki cinayət məsuliyyətinə cəlb edilməyib, hətta milli qəhrəman səviyyəsinə yüksəldilib. Onun sözlərinə görə, erməni terroru beynəlxalq terrorun tərkib hissəsidir. Onlar Azərbaycanla yanaşı, bir neçə ölkədə də terror aktları təşkil ediblər: "Terrorçuluğa qarşı Azərbaycanın bütün ictimaiyyəti, güc strukturları və KİV-lər birgə mübarizə aparmalıdırlar. Xüsusən də Ermənistanın terrorçuluq aktları ilə bağlı həqiqətlərin dünyaya çatdırılmasında daha fəal olmalıdırlar".
Akademiyanın baş müəllimi əlavə edib ki, Azərbaycanın xüsusi xidmət orqanları xarici ölkələrin, xüsusən də Ermənistanın Azərbaycanda təxribat xarakterli aksiyalarının qarşısının alınması ilə bağlı uğurlu qabaqlayıcı tədbirlər həyata keçiriblər: "Erməni terrorunun qarşısının alınması istiqamətində uğurlu əməliyyatlar həyata keçirilib, onların bu mənfur niyyətləri iflasa uğradılıb. Artıq rəsmi Yerevan, ümumilikdə, apardığı terrorçuluq siyasətinin iflası ilə üzləşib".
MTN-in Heydər Əliyev adına Akademiyasının kafedra müdiri, filologiya elmləri doktoru, professor Cəlal Qasımov Azərbaycanın tanınmış ədiblərinə, görkəmli şəxsiyyətlərinə və onların ailələrinə qarşı edilən təzyiqlər, repressiyalar, sürgünlər, onların fiziki cəhətdən məhv edilməsinə dair nümunələrdən danışıb.
Konfransda Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi nəticəsində əsir düşmüş və girov götürülmüş soydaşlarımızın üzləşdiyi məşəqqətlərdən söz açan Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının İşçi Qrupunun rəhbəri Firudin Sadıqov bildirib ki, Dağlıq Qarabağ münaqişəsi başlayandan sonra ilk illərdə əsir və itkin düşən azərbaycanlıların sayı 8 min nəfərə qədər olub. Onların bir çox hissəsi qaytarılıb, bir çox hissəsinin taleyinə isə aydinılq gərtirilib, dəfn yerləri, başqa ölkələrdə yaşamaları müəyyənləşdirilib: "Hazırda isə münaqişə zamanı itkin düşmüş kimi siyahıda olan 4016 nəfər vətəndaşımız var. Onların da böyük qrupunun döyüşlərin aktiv fazası zamanı ermənilər tərəfindən əsir və girov götürüldüyünə dair faktlar var. Bunlar şahid ifadələri ilə öz təsdiqini tapıb".
O vurğulayıb ki, beynəlxalq humanitar hüquq, ümumiyyətlə, münaqişələr zamanı mülki şəxslərin girov ötürülməsini qadağan edir: "Hətta faşist Almaniyası işğal etdiyi şəhər və kəndləri boşaltmırdı. Ermənilər isə əvvəlcə azərbaycanlıları Ermənistanda qətlə yetirdilər, qalanlarını qovdular. Dağlıq Qarabağ və ətraf 7 rayonu işğal etdikdən sonra oradakı insanları qətlə yetirib, onlara qarşı soyqırım siyasəti həyata keçiriblər. Belə qənaətə gəlmişik ki, ermənilər torpaqlarımızı işğal edərkən 870 nəfərdən artıq insanı sağ ələ keçiriblər. Onlardan bir qismi döyüş zamanı əsir alınıb, bir qismi mülki şəxs kimi girov götürülüb. Girovların əksəriyyəti isə evlərindən məcburi çıxarılaraq girov götürülüb".
Qeyd edək ki, konfrans Milli Təhlükəsizlik Nazirliyi, Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası və Dövlət İdarəçilik Akademiyasının birgə təşkilatçılığı ilə keçirilib. Tədbirdə Təhsil və Gənclər və İdman nazirliklərinin məsul şəxsləri də iştirak ediblər.

Nigar




 
Bölməyə aid digər xəbərlər
26.09.2018
Naxçıvanda vakant həkim yerləri üzrə əmək yarmarkası təşkil olunub
26.09.2018
Oktyabrda Azərbaycanda ilk dəfə beynəlxalq “İnnovasiyalar həftəsi“ keçiriləcək
26.09.2018
Qeyri-sabit hava şəraiti sentyabrın 28-dək davam edəcək
26.09.2018
Aİİ Heydər Əliyev İrsini Araşdırma Mərkəzi ilə silsilə tədbirlərini davam etdirir
26.09.2018
BMT Əhali Fondunun nümayəndə heyəti ilə görüş keçirilib

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10147

1 “Vətən uzaqda deyil” telelayihəsi dünya azərbaycanlılarının sevincinə səbəb olub
2 Yalnızlıq qorxusu
3 “Azərbaycanda xalq yaradıcılığına maraq artıb”
4 Cəfər Cəfərov: “Hər bir ölkənin gələcəyi yüksək səviyyəli kadrlardan asılıdır”
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info