Heydər Əliyevin adı müstəqil Azərbaycanın xilaskarı kimi tariximizə qızıl hərflərlə yazılıb
Tarix: 04.12.2014 | Saat: 19:54:00 | E-mail | Çapa göndər


Ümummilli lider Heydər Əliyevin adı müstəqil Azərbaycanın xilaskarı kimi tariximizə qızıl hərflərlə yazılıb. Böyük şəxsiyyət həyatının bütün mərhələlərində azərbaycançılıq ideologiyası uğrunda xidmətlərini davam etdirib.
Bu fikirləri Naxçıvan Dövlət Texniki Kollecində “Ulu öndər Heydər Əliyev və Naxçıvan” mövzusunda Heydər Əliyev lektoriyasının növbəti məşğələsində çıxış edən Yeni Azərbaycan Partiyası Naxçıvan şəhər təşkilatının sədri, tarix üzrə fəlsəfə doktoru, dosent Elman Cəfərli səsləndirib.
E.Cəfərli bildirib ki, ulu öndər Heydər Əliyevin 1990-cı il iyulun 22-də Naxçıvana qayıtması, burada yaşayıb fəaliyyət göstərməsi qədim diyarı, eləcə də bütün Azərbaycanı bəlalardan qurtarıb. Məhz həmin dövrdə dahi şəxsiyyətin uzaqgörən siyasi fəaliyyəti nəticəsində Naxçıvan Muxtar Sovet Sosialist Respublikasının adının dəyişdirilərək Naxçıvan Muxtar Respublikası adlandırılması, Azərbaycan Xalq Cümhuriyyətinin milli istiqlal rəmzi olan üçrəngli dövlət bayrağının Naxçıvan Muxtar Respublikasının Dövlət Bayrağı kimi qəbul edilməsi haqqında qərarlar qəbul edilib. Bu tarixi qərarlar sonra Azərbaycanın müstəqil dövlət kimi formalaşmasında əsas amillərdən biri olub. Eyni zamanda, həmin dövrdə Naxçıvanda müstəqil Azərbaycan dövlətinin gələcək ictimai-siyasi həyatında böyük rol oynayacaq Yeni Azərbaycan Partiyası yaradılıb.
“1993-cü ildə ulu öndər Heydər Əliyevin xalqın təkidli tələbi ilə yenidən Azərbaycan rəhbərliyinə qayıdışı ölkəmizin ən yeni tarixində misilsiz bir mərhələnin başlanğıcını qoyub. Bu qayıdış müstəqilliyimizin qorunmasına, torpaqlarımızın işğalına son qoyulmasına, ölkədə əmin-amanlığın, siyasi sabitliyin bərqərar olunmasına zəmin yaradıb”, - deyən Elman Cəfərli qeyd edib ki, çox qısa zamanda Azərbaycan öz iqtisadi, siyasi, mədəni gücü ilə dünya dövlətləri sırasında layiqli yerini tutub. Məhz 1990-1993-cü illərdə ümummilli lider Heydər Əliyevin Naxçıvandakı siyasi fəaliyyəti ölkəmizi əsl tərəqqi yoluna çıxarıb, muxtar respublikanı isə bu tərəqqinin önündə gedən regionlardan birinə çevirib.
Sonda “Heydər Əliyev və Naxçıvan” filmi nümayiş etdirilib.

Təhminə




 
Bölməyə aid digər xəbərlər
15.11.2018
Qaçaq yolla dərman gətirilməsi cəhdinin qarşısı alınıb
15.11.2018
Bu vulkanların ətrafında yaşayanlar üçün ciddi təhlükə var
14.11.2018
Bələdiyyə loqo müsabiqəsi elan edib
14.11.2018
Daxili orqanlarında narkotik vasitə keçirmək istədilər
14.11.2018
“Xanoba“ gömrüyündə qızıl zərgərlik məmulatları keçirən şəxs saxlanılıb

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10476

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 “Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”
3 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
4 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı
5 “Gedir dayanmadan zamanın köçü”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info