Azərbaycan və Türkiyə Silahlı Qüvvələri arasında əlaqələrin perspektivləri müzakirə olunub
Tarix: 04.12.2014 | Saat: 20:08:00 | E-mail | Çapa göndər


Dekabrın 4-də Azərbaycan Respublikasının müdafiə naziri, general-polkovnik Zakir Həsənov Türkiyənin ölkəmizdəki səfiri İsmayıl Alper Coşkun ilə görüşüb.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən AzərTAc-a bildiriblər ki, görüşdə hər iki ölkənin Silahlı qüvvələrinin inkişafı istiqamətində həyata keçirilən tədbirlər, ikitərəfli hərbi əməkdaşlıq məsələlərinin əhəmiyyəti, regiondakı hərbi-siyasi vəziyyət, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllinin bölgə üçün vacibliyi məsələləri müzakirə edilib.
Müdafiə naziri Azərbaycan və Türkiyə Silahlı qüvvələrinin nümayəndələrinin qarşılıqlı səfərlərinin təşkilinin, birgə təlimlərin keçirilməsinin vacibliyini vurğulayaraq, hərbi texniki, hərbi təhsil sahəsində əməkdaşlığın yüksələn xətt üzrə inkişaf etdiyini və bu fəaliyyətlərin gələcəkdə də genişləndirilməsinin zəruriliyini bildirib.
Sonra Azərbaycan və Türkiyə Silahlı qüvvələri arasında əlaqələrin perspektivləri və digər məsələlərə dair ətraflı fikir mübadiləsi aparılıb.
Görüşdə Türkiyə Respublikası Silahlı Qüvvələrinin Azərbaycan Respublikasındakı hərbi attaşesi, briqada generalı Hasan Nevzat Taşdeler də iştirak edib.

Təhminə




 
Bölməyə aid digər xəbərlər
22.09.2018
Azərbaycan ilə İordaniya dost və qardaş ölkələrdir
22.09.2018
Azərbaycan-Rusiya parlamentlərarası əlaqələri yüksək səviyyədədir
22.09.2018
İsveçrə və Azərbaycan arasında çox yaxşı əlaqələr mövcuddur
21.09.2018
Yıldırım: “Azərbaycanı vətənim kimi qəbul edirəm“
21.09.2018
Ombudsman: “Yalnız müharibənin acısını yaşamış xalqlar sülhün dəyərini bilir”

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10130

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
5 QHT sədri Ukraynadakı “Qafqaz“ xalq rəqs ansamblına milli geyimlər hədiyyə edib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info