Bakı metrosunun iki stansiyasında təmir işlərinə başlandı
Tarix: 04.12.2014 | Saat: 20:33:00 | E-mail | Çapa göndər


“Bakı Metropoliteni” QSC metronun “Nəriman Nərimanov” və “Gənclik” stansiyalarında təmir işlərinə başlayıb.
Bunu “Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev bildirib.
Onun sözlərinə görə, artıq metronun “Nəriman Nərimanov” və “Gənclik” stansiyalarında təmirə başlanılıb: “Təmir zamanı keçidlər, üst vestibüllərdə divar üzlükləri, döşəmə daşları dəyişdiriləcək. Artıq “Gənclik”də divar üzlükləri sökülüb. “Nərimanov” stansiyasında da artıq hörgü işləri gedir”.
N. Paşayev deyib ki, orada elektrik və rabitə xətləri də var: “Ümumilikdə bütün kommunikasiya xətləri də dəyişdiriləcək və xüsusi yuvalara salınacaq. Təmir zamanı daha keyfiyyətli və müasir dizaynlı materiallardan istifadə olunacaq”.
O qeyd edib ki, burada çoxdan qoyulma üzlüklər idi: “Bu keçidlər ticarət köşkləri olan zamanı xeyli zərər görmüşdü. Bu səbəbdən də aparılan təmir işləri planlaşdırılmış təmirdir. Buna, həm də Avropa oyunlarına hazırlıq da deyə bilərik. Təmir işləri bu iki stansiya ilə bitməyəcək. Ehtiyac olan digər stansiyalarda da mərhələli şəkildə təmir aparılacaq”.
Metropoliten rəsmisi deyir ki, aparılan təmir işləri sərnişinlər üçün narahatlıq yaratsa da, giriş-çıxışlar açıq qalacaq. Qeyd edək ki, təmir işləri bir neçə ay çəkəcək.
Tural




 
Bölməyə aid digər xəbərlər
19.09.2018
Yeni yolların açılışı cənub bölgəsində turizmin inkişafına təkan verəcək
19.09.2018
“First in Azerbaijan“ investisiya təşviqi mexanizmi yaradılır
19.09.2018
Növbəti startap turu Sumqayıtda keçiriləcək
19.09.2018
Neft sənayesi işçiləri təltif edilib
19.09.2018
Qubada yol tikintisinə 10,8 milyon manat ayrılıb

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10122

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
4 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
5 Aqil Acalov: “İdmançılar qanvermə aksiyalarında aktiv iştirak edəcəklər”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info