A.Əlizadə: “Elektron dövlət quruculuğu problemlərinə həsr olunan konfrans elm ictimaiyyəti üçün mühüm hadisədir”
Tarix: 04.12.2014 | Saat: 20:40:00 | E-mail | Çapa göndər


AMEA İnformasiya Texnologiyaları İnstitutunda “Azərbaycan Beynəlxalq Telekommunikasiya və İnformasiya Texnologiyaları Sərgi və Konfransı” ("BakuTel 2014") çərçivəsində “Elektron dövlət quruculuğu problemləri” I Respublika elmi-praktiki konfransı keçirildi. AR Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, AMEA Rəyasət Heyəti və AMEA İnformasiya Texnologiyaları İnstitutunun təşkilatçıları olduğu konfransda AMEA prezidenti, akademik Akif Əlizadə, rabitə və yüksək texnologiyalar naziri, akademik Əli Abbasov, təhsil naziri Mikayıl Cabbarov, AMEA-nın vitse-prezidentləri akademik İbrahim Quliyev və akademik İsa Həbibbəyli, Azərbaycan Prezidenti yanında Elmin İnkişaf Fondunun icraçı direktoru Elçin Babayev və digər rəsmi şəxslər, idarəetmə və İKT sahəsinin alim və mütəxəssisləri iştirak edirdilər.
Tədbiri giriş sözü ilə açan AMEA-nın prezidenti, akademik Akif Əlizadə elektron dövlət quruculuğu problemlərinə həsr olunan konfransı Azərbaycan elmi ictimaiyyəti üçün mühüm hadisə kimi qiymətləndirdi. A.Əlizadə ölkəmizdə yüksək texnologiyalar sektorunun inkişafı, biliklər iqtisadiyyatının formalaşdırılması kimi məsələlərlə bağlı AMEA ilə Rabitə və Yüksək Texnologiyalar Nazirliyi və Təhsil Nazirliyi arasında işgüzar, səmərəli əməkdaşlıq əlaqələri formalaşdığını və bu əməkdaşlığın ildən-ilə daha da genişləndiyini vurğuladı. A.Əlizadə e-dövlət quruculuğu problemlərinə həsr olunan konfransın ölkəmizdə bu sahədə ilk təşəbbüs olduğunu vurğulayaraq, tədbirin uğurlu olacağına, elektron dövlətin elmi-praktiki problemlərinin həllinə öz töhfəsini verəcəyinə əminliyini ifadə etdi. Bildirdi ki, konfransa ölkəmizin müxtəlif elm, təhsil müəssisələrindən, dövlət qurumlarından 86 elmi məruzə təqdim olunub. Onun sözlərinə görə, bu, bir tərəfdən, elektron dövlət quruculuğunun nə qədər geniş, əhatəli bir proses olduğunu təsdiq edir, digər tərəfdən isə, bizim alim və mütəxəssislərin bu məsələyə nə qədər geniş aspektdən yanaşdığını göstərir.
Konfransın plenar iclasında AR rabitə və yüksək texnologiyalar naziri, akademik Əli Abbasov “Azərbaycanda elektron hökumət quruculuğu: əldə edilən nailiyyətlər və qarşıda duran vəzifələr” mövzusunda məruzə ilə çıxış etdi. Nazir ölkəmizdə e-dövlətin formalaşdırılması ilə bağlı indiyə kimi qanunvericilik, idarəetmə və texnoloji istiqamətdə həyata keçirilən tədbirlər və əldə edilən nəticələr haqında danışdı. Bildirdi ki, ölkəmizdə e-dövlətin formalaşdırılması istiqamətində kompleks tədbirlər “Azərbaycan Respublikasında informasiya cəmiyyətinin inkişafına dair 2014-2020-ci illər üçün Milli Strategiya” çərçivəsində davam etdirilir. Ə.Abbasov Milli Strategiyada e-dövlətin inkişaf etdirilməsi ilə bağlı qarşıya qoyulan vəzifələr və onların həlli istiqamətində görüləcək işləri diqqətə çatdırdı.
Təhsil naziri Mikayıl Cabbarov Azərbaycanda e-dövlətin formalaşdırılması çərçivəsində rəhbərlik etdiyi qurumda həyata keçirilən işlər, e-xidmətlərin təşkili vəziyyəti haqqında danışdı. Bildirdi ki, ölkəmizdə e-dövlət quruculuğu ilə bağlı təhsil sisteminin üzərinə böyük vəzifələr düşür. M.Cabbarov ölkəmizdə təhsilin informasiyalaşdırılması, e-təhsil sisteminin qurulması sahəsində əldə edilən uğurlar və növbəti mərhələdə bu istiqamətdə görüləcək işlər haqqında məlumat verdi.
Sonra AMEA İnformasiya Texnologiyaları İnstitutunun direktoru, akademik Rasim Əliquliyev “Elektron elm: cari vəziyyəti, problemləri və perspektivləri” mövzusunda məruzəsini təqdim etdi. E-elmin meydana gəlməsi və inkişaf mərhələlərindən danışan alim Azərbaycanda e-elmin əsasının ötən əsrin 80-cı illərində qoyulduğunu diqqətə çatdırdı. R.Əliquliyev e-elmin şəbəkə infrastrukturunun cari vəziyyəti və problemlərindən söz açaraq bildirdi ki, bu sahə AMEA-nın bütün institut və təşkilatlarını əhatə edən və əməkdaşları İnternet xidmətləri ilə təmin edən AzScienceNet şəbəkə infrastrukturu əsasında formalaşır. Qeyd etdi ki, AzScienceNet AMEA-nın Naxçıvan, Gəncə, Sumqayıt və Şəki şəhərlərində yerləşən elmi qurumlarını əhatə edən infrastruktura malikdir.
Elmin informasiyalaşdırılması vəziyyətindən danışan məruzəçi vurğuladı ki, ölkə Prezidenti cənab İlham Əliyevin fərmanı ilə AMEA Mərkəzi Kitabxanasının İnformasiya Resursları Mərkəzi yaradılmışdır. Hazırda AMEA Rəyasət Heyətinin fəaliyyəti yüksək templə informasiyalaşdırılır. Alim öz çıxışında elmin informasiyalaşdırılması sahəsində mövcud problemlərə də toxundu: “70 il ərzində alimlərimiz tərəfindən milli-mənəvi dəyər daşıyıcıları olan çox sayda kitablar, muzey eksponatları, fauna və flora və s. kimi elmi əsərlər hazırlanmışdır. Onların rəqəmsallaşdırılaraq İnternet mühitində yerləşdirilməsi aktual problemlərdən biridir”. İnstitutun direktoru, həmçinin e-elmin aktual problemləri və araşdırılma vəziyyəti, beynəlxalq qurumlara və elmi bazalara inteqrasiyası, e-elmin kadr hazırlığının vəziyyəti və problemləri, eləcə də, e-təhsil problemlərindən söz açdı.
Sonda akademik R.Əliquliyev qeyd olunan problemlərlə bağlı bir sıra təkliflər irəli sürdü. Bildirdi ki, bu gün “Elmin informasiyalaşdırılmasına dair Dövlət Proqramı"nın işlənilməsi zəruriyyəti yaranmışdır. Bildirdi ki, e-elmin maddi-texniki bazasını gücləndirilməsi, alim və mütəxəssislərin iş şəraitinin yaxşılaşdırılması və onların inkişaf perspektivlərini nəzərə alaraq, İnformasiya Texnologiyaları İnstitutunun ərazisində “Elektron Elm Mərkəzi"nin tikilib istifadəyə verilməsi məqsədəuyğun olardı.
Konfransın plenar iclasında, həmçinin AMEA İdarəetmə Sistemləri İnstitutunun direktoru, akademik Telman Əliyev, AMEA Fəlsəfə və Hüquq İnstitutunun şöbə müdiri, fəlsəfə elmləri doktoru, professor Rəna Mirzəzadə, AR Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin sektor müdiri Cavid Abdullayev çıxış etdilər.
Fasilədən sonra konfrans 3 paralel seksiya iclasında davam etdi.

Nigar Abdullayeva




 
Bölməyə aid digər xəbərlər
18.11.2018
Əli Həsənov: Polis üçün əsas siyasi mənsubiyyət məsələsi deyil, ictimai asayişin təmin edilməsidir
17.11.2018
Başqa ölkələrdən gələn qaçqınların sosial təminatlardan yararlanması üçün yeni mexanizm yaradılacaq
16.11.2018
“Hüquqi dövlət quruculuğunda məhkəmə-KİV münasibətlərinin inkişafı vacibdir”
16.11.2018
Azərbaycan Gənclərinin VIII Forumu keçirilib
16.11.2018
Dərman vasitələrinin qanunsuz dövriyyəsi ilə əlaqədar başlanmış cinayət işi məhkəməyə göndərilib

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
“Ümumiyyətlə, dağıdıcı müxalifət qrupları həmişə şou düzəltməklə gündəmdə qalmağa çalışıblar. Onların 17 noyabr Milli Dirçəliş günü ərəfəsində qanunsuz olaraq Şəhidlər Xiyabanında keçirməyə cəhd göstərdikləri aksiya da bunun bariz nümunəsidir”. Trend-in məlumatına görə, bu fikirləri Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvü, “İki Sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə səsləndirib. Baş redaktorun fikrincə, sözügedən aksiya dağıdıcı müxalifətin sosial bazasının olmadığını bir daha ortaya qoyub: “Bütövlükdə hesab edirəm ki, qanuna zidd olaraq atılan hər bir addımın qanun çərçivəsində qarşısı alınmalıdır. Dünyanın heç bir ölkəsində qanunsuz, icazəsiz mitinq keçirməyə yol verilmir. Təbii ki, bu aksiya Azərbaycanda da baş tutmadı. Bəs nəyə görə, bu adamlar onlar üçün ayrılan yerlərdə deyil, məhz şəhərin mərkəzində öz aksiyalarını keçirməyə cəhd edirlər? Bunun başlıca səbəbi odur ki, İctimai Palatanın sosial bazası yoxdur və ətraflarına heç kəsi cəlb edə bilmir. Onlar qəsdən insanların istirahət hüquqlarını, şəhərdə asayişi pozurlar. Hesab edirəm ki, bu kimi halların qarşısı qətiyyətlə alınmalıdır”. V.Rəhimzadə bildirib ki, qanunsuz piket və mitinqlərə heç zaman yol verilməyəcək: “Təəssüf ki, özlərini yalnız ümummilli bayram və xalqımız üçün önəmli olan tarixi günlərdə yada salmaqdan başqa heç bir normal siyasi fəaliyyətlə məşğul olmayan bəzi radikal şəxslər Milli Dirçəliş Günündə də şou göstərməkdən əl çəkməyiblər. Şəhidlər Xiyabanını və müqəddəs şəhidləri ziyarəti öz siyasi məqsədlərinə tabe etməyə çalışmaq isə birmənalı qarşılana bilməz. Onların bir illik hakimiyyətləri dövründə, yəni 1990-ci illərin əvvəllərində Azərbaycan xalqının başına gətirdikləri bəlalar, müsibətlər hələ də gözlərimiz önündədir. Bu çox da uzaq tarixi keçmiş deyil. Onlar həmin dövrdə insanları haqsız yerə döyür, təhqir edir, aclıqla imtahana çəkirdilər. Bu gün də Əli Kərimli, Cəmil Həsənli kimi adamların kim olduqlarını hər kəs çox aydın görür. Bunlar öz şəxsi maraqlarını xalqın, millətin maraqlarından daim uca tutublar. Bu insanlar öz varlıqlarını, həyatda olduqlarını sübut etmək üçün cılız şou düzəltməkdə görürlər. Onları görərkən gülməli lətifələr yada düşür. Azərbaycan dövləti güclü və qüdrətlidir. Ölkədə mövcud olan xalq-iqtidar birliyi əbədidir. Bu birliyi belə mənasız cəhdlər sarsıda bilməz”. Baş redaktor əlavə edib ki, çox təəssüf ki, radikal müxalifət mətbuatı bu gün azad sözə yad olan prinsiplər çərçivəsində fəaliyyət göstərməyə üstünlük verir: “Onların yazdıqları ictimai rəyi çaşdırmağa hesablanmış sofistikadır. Müxalifət mətbuatı yalan üzərində qurulub. Onlar cəmiyyətdə hər şeyi yalnız qara rəngə boyayır, Azərbaycan hakimiyyətinin hansısa problemin aradan qaldırılmasına yönəlmiş addımına kölgə salmağa cəhd edirlər. Hesab edirəm ki, bu, peşə etikasına hörmətsizlikdən başqa bir şey deyil”.
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10497

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
4 “Gedir dayanmadan zamanın köçü”
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


18.11 15:39 “Ümumiyyətlə, dağıdıcı müxalifət qrupları həmişə şou düzəltməklə gündəmdə qalmağa çalışıblar. Onların 17 noyabr Milli Dirçəliş günü ərəfəsində qanunsuz olaraq Şəhidlər Xiyabanında keçirməyə cəhd göstərdikləri aksiya da bunun bariz nümunəsidir”. Trend-in məlumatına görə, bu fikirləri Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvü, “İki Sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə səsləndirib. Baş redaktorun fikrincə, sözügedən aksiya dağıdıcı müxalifətin sosial bazasının olmadığını bir daha ortaya qoyub: “Bütövlükdə hesab edirəm ki, qanuna zidd olaraq atılan hər bir addımın qanun çərçivəsində qarşısı alınmalıdır. Dünyanın heç bir ölkəsində qanunsuz, icazəsiz mitinq keçirməyə yol verilmir. Təbii ki, bu aksiya Azərbaycanda da baş tutmadı. Bəs nəyə görə, bu adamlar onlar üçün ayrılan yerlərdə deyil, məhz şəhərin mərkəzində öz aksiyalarını keçirməyə cəhd edirlər? Bunun başlıca səbəbi odur ki, İctimai Palatanın sosial bazası yoxdur və ətraflarına heç kəsi cəlb edə bilmir. Onlar qəsdən insanların istirahət hüquqlarını, şəhərdə asayişi pozurlar. Hesab edirəm ki, bu kimi halların qarşısı qətiyyətlə alınmalıdır”. V.Rəhimzadə bildirib ki, qanunsuz piket və mitinqlərə heç zaman yol verilməyəcək: “Təəssüf ki, özlərini yalnız ümummilli bayram və xalqımız üçün önəmli olan tarixi günlərdə yada salmaqdan başqa heç bir normal siyasi fəaliyyətlə məşğul olmayan bəzi radikal şəxslər Milli Dirçəliş Günündə də şou göstərməkdən əl çəkməyiblər. Şəhidlər Xiyabanını və müqəddəs şəhidləri ziyarəti öz siyasi məqsədlərinə tabe etməyə çalışmaq isə birmənalı qarşılana bilməz. Onların bir illik hakimiyyətləri dövründə, yəni 1990-ci illərin əvvəllərində Azərbaycan xalqının başına gətirdikləri bəlalar, müsibətlər hələ də gözlərimiz önündədir. Bu çox da uzaq tarixi keçmiş deyil. Onlar həmin dövrdə insanları haqsız yerə döyür, təhqir edir, aclıqla imtahana çəkirdilər. Bu gün də Əli Kərimli, Cəmil Həsənli kimi adamların kim olduqlarını hər kəs çox aydın görür. Bunlar öz şəxsi maraqlarını xalqın, millətin maraqlarından daim uca tutublar. Bu insanlar öz varlıqlarını, həyatda olduqlarını sübut etmək üçün cılız şou düzəltməkdə görürlər. Onları görərkən gülməli lətifələr yada düşür. Azərbaycan dövləti güclü və qüdrətlidir. Ölkədə mövcud olan xalq-iqtidar birliyi əbədidir. Bu birliyi belə mənasız cəhdlər sarsıda bilməz”. Baş redaktor əlavə edib ki, çox təəssüf ki, radikal müxalifət mətbuatı bu gün azad sözə yad olan prinsiplər çərçivəsində fəaliyyət göstərməyə üstünlük verir: “Onların yazdıqları ictimai rəyi çaşdırmağa hesablanmış sofistikadır. Müxalifət mətbuatı yalan üzərində qurulub. Onlar cəmiyyətdə hər şeyi yalnız qara rəngə boyayır, Azərbaycan hakimiyyətinin hansısa problemin aradan qaldırılmasına yönəlmiş addımına kölgə salmağa cəhd edirlər. Hesab edirəm ki, bu, peşə etikasına hörmətsizlikdən başqa bir şey deyil”.
© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info