Fransa qəzetində “Qarabağ” futbol klubu haqqında məqalə dərc edilib
Tarix: 04.12.2014 | Saat: 23:20:00 | E-mail | Çapa göndər


Fransanın “Lö kiosk” qəzetində Avropa-Azərbaycan Cəmiyyətinin təşəbbüsü ilə Azərbaycanın “Qarabağ” futbol komandasından bəhs edən məqalə dərc olunub.
Məqalədə ölkəmizin ən güclü futbol klublarından olan bu komandanın Fransada az tanındığı, onun oyunçularının əksəriyyətinin Azərbaycanın ermənilər tərəfindən işğal edilmiş Ağdam rayonunu təmsil edən məcburi köçkünlərdən ibarət olduğu diqqətə çatdırılıb. Öz ölkələrində populyar olan komandaların hər birinin maraqlı tarixçəsi olduğunu qeyd edən müəllif Mari Giyon Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi zamanı ermənilər tərəfindən işğal olunan Ağdam rayonunun “Qarabağ” komandasının Azərbaycanda və Avropa liqasında keçirdiyi oyunlar barədə ətraflı məlumat verib. Məqalədə əslən Ağdamdan olan, Lionun Siyasi Elmlər İnstitutunun doktorantı Elşən Mustafayevə istinadən “Qarabağ” komandasının vaxtı ilə oynadığı stadionun ermənilər tərəfindən dağıdılmasından, ermənilərin apardıqları etnik təmizləmə siyasətinin qurbanı olan ağdamlıların öz doğma yurdlarını tərk etməsindən, çətinliyə baxmayaraq komandanın ölkə birinciliyi yarışlarında iştirak etməsindən və əldə etdiyi uğurlardan söhbət açılıb.
“Qarabağ” komandasının cəbhə bölgəsinə yaxın meydançada məşq etməsinin riskli olması, erməni snayperlərinin oyunçuların həyatı üçün təhlükə yaratması səbəbindən onların Bakının Tofiq Bəhramov adına stadionunda məşq etdikləri bildirilib. Ermənilərin apardığı işğalçılıq siyasəti ucbatından komandanın 1993-cü ildən bəri öz meydançasında oynamadığı diqqətə çatdırılan məqalədə oyunçuların qazandıqları qələbələri doğma Ağdamda öz meydançalarında qeyd edə bilmədikləri vurğulanıb. Müəllif klubun “Qarabağ” adlanmasının heç də təsadüfi olmadığını qeyd edib. Məqalədə Qurban Qurbanovun məşqçisi olduğu vaxtdan komandanın yaxşı nəticələr əldə etdiyi diqqətə çatdırılıb. Məhz onun sayəsində komandanın cari ilin may ayında ikinci dəfə Azərbaycan çempionu titulunu qazandığı vurğulanıb. Müəllif “Sent Etyen” komandası ilə matçda “Qarabağ” futbolçularının yaddaqalan oyun nümayiş etdirdikləri, hətta rəqib komandanın qapısına qol vuraraq oyunun əvvəlində irəli çıxdıqları və xalları bölüşdürdükləri bildirilib.




 
Bölməyə aid digər xəbərlər
23.09.2018
Bakıda qızıl medal qazandığım üçün çox xoşbəxtəm
23.09.2018
“Qarabağ” “Qəbələ”yə böyük hesabla qalib gəlib
23.09.2018
“Qalatasaray” ikinci dəfə böyük hesabla məğlubiyyətə uğrayıb
23.09.2018
Azərbaycan Premyer Liqası: “Sumqayıt” səfərdə “Keşlə”ni məğlub edib
23.09.2018
Dünya çempionatının dördüncü günündə yeddi ölkənin cüdoçuları fəxri kürsüyə qalxıblar

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10134

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 Yalnızlıq qorxusu
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info