“Ümid edirəm ki, karyeramı bundesliqada davam etdirəcəm”
Tarix: 04.12.2014 | Saat: 23:21:00 | E-mail | Çapa göndər


Volfqanq Roff: “Emil Balayevin “Ayntraxt”la müqavilə imzalamasına Bakıda da çox sevinəcəklər”

“Emil Balayev özü haqda müsbət fikir formalaşdıra bilib”. Bunu Almaniya Bundeslqasında çıxış edən Frankfurtun “Ayntraxt” klubunun məşqçisi Volfqanq Roff deyib. Azərbaycan millisində Berti Foqtsun köməkçisi olmuş almaniyalı, çalışdığı klubun düşərgəsində baxışda olan Emil Balayevin Frankfurtda qalmaq perspektivindən danışıb: “Hələ bir həftədən artıq müddətdə ona baxacağıq. Bundan sonra da onunla bağlı qərar veriləcək. Emil azad agent statusu alsa, keçidi daha asan başa gələr. Qapıçının Bundesliqa klubu ilə müqavilə imzalamasına Bakıda da çox sevinəcəklər”. Qeyd edək ki, alman həmkarlarımız Emilin bu həftə “Ayntraxt”da debüt edə biləcəyini iddia edir. Onlar Azərbaycan millisi və “Neftçi”nin qapıçısının U-23-ün heyətində “Verder”lə qarşılaşmada sınanacağını gözləyir. Gənc qolkiper klubun rəsmi saytına açıqlama verib: "Artıq 10 gündür ki, "Ayntraxt"ın düşərgəsində baxışdayam. Məşqlər yüksək səviyyədə keçir. Burada özümü yaxşı tərəfdən göstərməyə çalışıram. Dekabrın 12-dək "Ayntraxt"ın əsas komandası ilə birlikdə hazırlığım davam edəcək. Bundan sonra "Neftçi"nin düşərgəsinə qayıdacağam. Ümid edirəm ki, bəyəniləcəm və karyeramı bundesliqada davam etdirəcəm”.




 
Bölməyə aid digər xəbərlər
26.09.2018
Ən ağır çəki dərəcəsindəki cüdoçular mübarizəyə qoşulublar
26.09.2018
Cüdo üzrə dünya çempionatında fərdi mübarizəyə yekun vurulacaq
25.09.2018
Monqolustan Prezidenti cüdo üzrə dünya çempionatının yarışlarına baxıb
25.09.2018
Cüdo üzrə dünya çempionatında daha iki çəkidə qalib və mükafatçılar müəyyənləşib
25.09.2018
Cüdoçumuz Elmar Qasımov dünya çempionatına qələbə ilə başlayıb

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10145

1 Yalnızlıq qorxusu
2 “Vətən uzaqda deyil” telelayihəsi dünya azərbaycanlılarının sevincinə səbəb olub
3 “Azərbaycanda xalq yaradıcılığına maraq artıb”
4 Cəfər Cəfərov: “Hər bir ölkənin gələcəyi yüksək səviyyəli kadrlardan asılıdır”
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info