“Bakı-Tbilisi-Qars xəttində işlərin 83 faizi tamamlanıb”
Tarix: 05.12.2014 | Saat: 00:08:00 | E-mail | Çapa göndər


“Çin ilə Londonu bir-birinə bağlayacaq Bakı-Tbilisi-Qars dəmiryolu xəttində işlərin 83 faizi tamamlanıb. Türkiyə ərazisindəki 79 kilometr hissədə isə əsas işlər başa çatdırılıb”. Bu barədə Qars valisi Günay Özdemir məlumat verib.
Hazırda dəmiryolu xəttinin Türkiyə hissəsində qızğın iş getdiyini söyləyən vali layihənin Azərbaycan, Gürcüstan və Türkiyənin iqtisadi inkişafına təkan verəcəyini bildirərək deyib: “Bakı-Tbilisi-Qars dəmiryolu xətti ilə birinci mərhələdə bir milyon sərnişin daşınacaq. Bununla paralel yük daşınması da həyata keçiriləcək. Əvvəlcə üç ölkənin istehsal etdiyi məhsullar bazarlara çıxarılacaq. Qarsda qurulacaq logistik mərkəzin tenderi də keçirilib. Bakı-Tbilisi-Qars dəmiryolu xətti 2015-ci ilin sonunda, logistik mərkəz isə 2016-cı ilin əvvəlində istifadəyə veriləcək. Qeyd etmək lazımdır ki, Türkiyə ərazisində sürətli qatar xəttinin İstanbuldan Qarsa qədər uzanması ilə Qafqaz bölgəsinin iqtisadi, sosial və mədəni əlaqələri də artacaq”.
Dəmiryolu xəttinin layihə müdiri Kayserşah Erdem isə bildirib ki, 2013-cü ildə tikintidə ləngimə olsa da, artıq işlər sürətləndirilib: “Hazırda 550 metrlik qazılmamış tunel qalıb. Onu da mart ayında təhvil verməyi düşünürük. Tarixi Senger qalasının zərər görməməsi və sərhəddə tunel yaxınlığındakı sürüşmə səbəbi ilə layihəyə iki dəfə dəyişiklik olunub. Ancaq biz bu işləri gələn ilin sonunadək başa çatdıracağımıza əminik”.




 
Bölməyə aid digər xəbərlər
19.03.2019
Yay aylarında Ermənistanda təbii qazın qiymətlərinin artması labüddür
18.03.2019
S-400 sistemlərinin alınması ABŞ-Türkiyə münasibətlərində ciddi problemlər yaradır
17.03.2019
Prezidentin əfv Sərəncamı xalqımızın bayram əhval-ruhiyyəsini daha da yüksəldib
17.03.2019
Prezident İlham Əliyevin son Sərəncamı əsl humanizm nümunəsidir
16.03.2019
Azərbaycan xalqlar arasında qarşılıqlı anlaşmanın təmin olunmasına böyük töhfə verir

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10700

1 Elektromaqnitizmin müxtəlif sahələrinə mühüm töhfələr verən görkəmli azərbaycanlı alim
2 Akademik Ramiz Mehdiyev tariximizin xanlıqlar dövrünə sənədlər işığında nəzər salır
3 Lənkəranın ucqar kənd məktəbində Novruz şənliyi keçirilib
4 Yuliya Naçalova vəfat edib
5 Film turizmi – yaxşı kino ixrac məhsuludur


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info