“Bu, onların ermənilərə simpatiyalarının göstəricisi sayıla bilər”
Tarix: 05.12.2014 | Saat: 00:30:00 | E-mail | Çapa göndər


Millət vəkili Zahid Oruc isə qeyd edib ki, “Sabah” qəzetində dərc edilən siyahı təəssüf doğurur. Onun sözlərinə görə, bu qəzet nəşr olunduğu dövrdən beynəlxalq məsələlərə, ayrı-ayrı dövlətlərin siyasi həyatına bələdçiliyə müəyyən imkanlar qazanıb: “Orada çalışan hər bir jurnalistin prosesləri araşdırmağa imkanı var. Bu baxımdan hər hansı bir materialı dərc etməzdən öncə jurnalist müəyyən məsələləri araşdırmalı, daha sonra yazını dərcə verməli idi. Dağlıq Qarabağ necə müstəqil dövlətdir ki, bunu dünyanın siyasi xəritəsində tapmaq mümkün deyil? Bu, onların ermənilərə simpatiyalarının göstəricisi sayıla bilər”. Millət vəkili qeyd edib ki, sözügüdən qəzet rəhbərliyi təkzib xarakterli yazı verməli və Azərbaycandan üzür istəməlidir: “Dağlıq Qarabağ ermənilər tərəfindən işğala məruz qalmış ərazidir. Nəzərə alsınlar ki, Dağlıq Qarabağın saxta dövlətçiliyini Ermənistan parlamenti gündəmə gətirsə də reallaşdırmaq mümkün olmayıb. Bunlar hansı sənədə əsasən Dağlıq Qarabağı müstəqil dövlət kimi siyahıya salıb, onunla bağlı açıqlama versin”. Milli QHT Forumu da bəyanat verərək “Sabah” qəzetinin təxribatına etiraz edib.




 
Bölməyə aid digər xəbərlər
18.09.2018
ABŞ ilə Çin arasındakı danışıqlar gərgin mərhələyə qədəm qoyub
18.09.2018
NATO Azərbaycanın beynəlxalq təhlükəsizliyə verdiyi töhfəni alqışlayır
18.09.2018
Bakıda Azərbaycan və Türkiyə əsgərlərini eyni sırada görmək tarixlərə işıq saçan xoşbəxtlikdir
18.09.2018
Ölkəmizə faydalı vətəndaşlar yetişdirməyə çalışırıq
17.09.2018
“Dünya görür ki, Türkiyə və Azərbaycan bir yerdədir”

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10118

1 ADPU-nun rektoru yüksək balla qəbul olunan tələbələrlə görüşüb
2 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
3 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
4 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
5 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info