Mehriban Əliyeva: “Ölkələrimizin iqtisadi sahədə münasibətləri yüksək templərlə inkişaf edir”
Tarix: 05.12.2014 | Saat: 15:43:00 | E-mail | Çapa göndər


Parisdə səfərdə olan Azərbaycanın birinci xanımı, Milli Məclisdə Azərbaycan-Fransa parlamentlərarası dostluq qrupunun rəhbəri, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva Fransa Senatının sədri Jerar Larşe ilə görüşüb.
Jerar Larşe Azərbaycanın birinci xanımı Mehriban Əliyevanı Fransa parlamentinin yuxarı palatasında qəbul etməkdən məmnunluğunu bildirib. Senatın sədri ölkələrimiz arasında müxtəlif sahələrdə münasibətlərin çox yüksək səviyyədə olduğunu, xüsusilə də əməkdaşlığın inkişafında parlamentlərarası əlaqələrin mühüm əhəmiyyət kəsb etdiyini diqqətə çatdırıb.
Bu yaxınlarda Fransa Senatında seçkilər keçirildiyini qeyd edən sədr Fransa-Qafqaz dostluq qrupunun tərkibinin də yenidən formalaşdırılacağını, quruma yeni sədr seçiləcəyini söyləyib.
Jerar Larşe Mehriban Əliyevanın həm Azərbaycan parlamentində Azərbaycan-Fransa dostluq qrupunun rəhbəri, həm də Heydər Əliyev Fondunun prezidenti kimi Fransa ilə münasibətlərin inkişaf etdirilməsinə verdiyi töhfələri yüksək qiymətləndirib.
Senatın sədri Azərbaycan iqtisadiyyatının sürətli inkişafını müşahidə etdiklərini deyib. Jerar Larşe Fransanın Minsk qrupunun həmsədr ölkələrindən biri kimi Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllinə töhfə verməyə hazır olduğunu vurğulayıb.
Azərbaycanın birinci xanımı Mehriban Əliyeva ölkəmizin Fransa ilə siyasi, iqtisadi, mədəniyyət və digər sahələrdə əlaqələrinin sürətlə inkişaf etdiyini bildirib və qeyd edib ki, dövlət başçıları arasında yüksək səviyyəli dialoq mövcuddur. Ölkələrimizin iqtisadi sahədə münasibətləri yüksək templərlə inkişaf edir. Hazırda 50-dən artıq fransız şirkəti Azərbaycanda fəaliyyət göstərir. Humanitar sahədə çoxlu layihələr reallaşdırılıb və bundan sonra da həyata keçiriləcək.

Parlamentlərarası münasibətlərin də xüsusi əhəmiyyət kəsb etdiyini söyləyən Mehriban Əliyeva Milli Məclisdə Fransa ilə dostluq qrupunun rəhbəri kimi ölkələrimizin əlaqələrinin daha da inkişafına töhfələr verməyə hazır olduğunu söyləyib. Mehriban Əliyeva bildirib ki, Azərbaycan regionda sülhün və sabitliyin bərqərar olmasının tərəfdarıdır. Bu baxımdan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli müstəsna əhəmiyyətə malikdir. Ancaq 23 ildən artıqdır ki, davam edən sülh danışıqları Ermənistanın qeyri-konstruktiv mövqeyinə görə heç bir müsbət nəticə verməyib. Fransa Prezidenti Fransua Ollandın təşəbbüsü ilə cari ilin oktyabrında Azərbaycan və Ermənistan prezidentlərinin iştirakı ilə keçirilmiş Paris görüşündən sonra Ermənistan Azərbaycanın işğal olunmuş torpaqlarında irimiqyaslı hərbi təlimlər keçirib. Bu da Ermənistanın təxribat xarakterli addımı idi. Bu cür addımlar sözsüz ki, münaqişənin sülh yolu ilə həllinə əngəl törədir. Azərbaycanın birinci xanımı ölkəmizin bu münaqişənin beynəlxalq hüquq normaları əsasında, sülh yolu ilə həllinə tərəfdar olduğunu bir daha diqqətə çatdırıb. Ümidvar olduğunu bildirib ki, münaqişə tezliklə öz ədalətli həllini tapacaq, işğal olunmuş ərazilərimiz azad ediləcək, qaçqın və məcburi köçkünlərimiz doğma yurd-yuvalarına qayıdacaqlar.
Mehriban Əliyeva Fransa ilə Azərbaycan arasında mədəniyyət, mədəni irsin qorunması və humanitar sahələrdə mövcud əlaqələrdən də söz açıb və Heydər Əliyev Fondu tərəfindən bu silsilədən olan bir sıra layihələrin həyata keçirildiyini qeyd edib. O, bu siyasətin bundan sonra da davam etdiriləcəyini söyləyib. Mehriban Əliyeva Gələn il tarixdə ilk dəfə olaraq Azərbaycanda birinci Avropa Oyunlarının keçiriləcəyini və bunun üçün yüksək hazırlıq işlərinin görüldüyünü, dünyanın bir sıra ölkələrində, o cümlədən Fransada bu oyunların təqdimatının keçirildiyini diqqətə çatdırıb.
Birinci xanım Jerar Larşeni Azərbaycana, o cümlədən Avropa Oyunlarının açılış mərasiminə dəvət edib.
Sonda mədəniyyət sahəsindəki layihələrin davam etdirilməsi, o cümlədən Fransa Senatında Azərbaycanla birgə tədbirlərin keçirilməsi təklif edilib. Bu təkliflər də bəyənilib.

Tural




 
Bölməyə aid digər xəbərlər
20.09.2018
Ədliyyə orqanlarına qulluğa qəbul olunan gənclər and içiblər
20.09.2018
ƏƏSMN və Kiçik və Orta Biznesin İnkişafı Agentliyi arasında memorandum imzalanıb
20.09.2018
Qanvermə aksiyalarının təşkili dini ənənələrə humanist bir töhfədir
20.09.2018
Gömrük xidməti ölkəmizin iqtisadi maraqlarının qorunmasında xüsusi yer tutur
20.09.2018
ADPU-nun Azərbaycan tarixi kafedrasının əməkdaşı Beynəlxalq Forumda iştirak edib

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10123

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
5 Ukraynada “Dünya azərbaycanlılarının palitrası” kitabının təqdimatı olub


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info