Mehriban Əliyeva Parisdə Azərbaycan və Fransa güləşçilərinin yoldaşlıq görüşünü izləyib
Tarix: 05.12.2014 | Saat: 16:22:00 | E-mail | Çapa göndər


Parisin qış sirkində Azərbaycan və Fransa güləşçilərinin yoldaşlıq görüşü keçirilib. Azərbaycanın birinci xanımı, ilk Avropa Oyunlarının Təşkilat Komitəsinin sədri Mehriban Əliyeva ilə yanaşı, yoldaşlıq görüşünü izləyənlər arasında Fransanın idman üzrə dövlət katibi Tiyeri Brayar, Beynəlxalq Güləş Federasiyasının prezidenti Nenad Laloviç, Fransa hökumətinin, parlamentinin üzvləri, idman ictimaiyyətinin nümayəndələri də olub. Parisin qış sirkinin fasadında güləş üzrə Azərbaycan və Fransa komandaları arasında yoldaşlıq görüşündən, ölkəmizin idman həyatından, gələn il Bakıda keçiriləcək birinci Avropa Oyunlarından bəhs edən məlumat tabloları yerləşdirilib. Mərasim Azərbaycan və Fransanın dövlət himnlərinin səslənməsi ilə başlayıb. Olimpiya test turniri adlandırılan bu yoldaşlıq görüşünün açılış mərasimində Azərbaycan Dövlət Rəqs Ansamblı nümunəvi proqramla çıxış edib.
Sonra tamaşaçılar ölkəmizin idman nailiyyətləri, birinci Avropa Oyunlarına hazırlıq işlərinin gedişindən bəhs edən filmə baxıblar. 1600-dək tamaşaçının izlədiyi görüşdə yunan-Roma, sərbəst və qadın güləşi üzrə 10 çəki dərəcəsində yarışlar keçirilib. Gərgin idman mübarizəsi şəraitində keçən görüşdə Azərbaycan komandası elə ilk dəqiqələrdən üstünlüyü ələ alıb. Böyük tarixi və ənənələri olan Azərbaycan güləşinin yetirmələri ölkəmizin idman şərəfini bu yoldaşlıq görüşündə də layiqincə qoruyublar. Azərbaycan komandası rəqibinə 9-1 hesabı ilə qalib gəlib. Ölkəmizdə çox populyar olan güləş idman növündə Azərbaycan həmişə fərqlənib. Beynəlxalq yarışlarda güləşçilərimizin qazandığı uğurlar yeniyetmə idmançılar üçün hər zaman stimul olub. Təsadüfi deyil ki, müstəqillik illərində təmsil olunduğumuz bütün Yay Olimpiya Oyunlarında güləşçilərimiz böyük nailiyyətlər qazanıb, Vətənə qızıl medallarla qayıdıblar. Onu da deyək ki, Azərbaycan və Fransa güləşçilərinin yoldaşlıq görüşünün keçirilməsi bu ilin may ayında Azərbaycan Güləş Federasiyasının prezidenti Fazil Məmmədovun Fransa Güləş Federasiyasının prezidenti Alən Bertolonla Parisdə keçirilən görüşündə razılaşdırılıb. Oyunlar başa çatdıqdan sonra Azərbaycan və Fransa güləşçilərinin yoldaşlıq görüşü münasibətilə ziyafət təşkil olunub. Ziyafətdə çıxış edən Fransa Güləş Federasiyasının prezidenti Alən Bertolon mərasimdə iştirakına və tədbirin təşkilinə verdiyi dəstəyə görə Azərbaycanın birinci xanımı Mehriban Əliyevaya təşəkkür edib. Alən Bertolon hər iki ölkə güləşçilərini göstərdikləri əzmkarlığa görə təbrik edərək Azərbaycan idmançılarının dünya reytinq cədvəllərində həmişə yüksək pillələrdə dayandığını vurğulayıb. Fransa Güləş Federasiyasının prezidenti gələn il Bakıda keçiriləcək ilk Avropa Oyunlarında güləş idman növünün yüksək səviyyədə təmsil olunacağına əminliyini bildirib. Azərbaycan Güləş Federasiyasının prezidenti Fazil Məmmədov isə ölkəmizdə güclü idman ənənələrinin olduğunu, Prezident İlham Əliyevin rəhbərliyi ilə böyük idman infrastrukturunun yaradıldığını, respublikamızın Olimpiya hərəkatında fəal iştirak etdiyini diqqətə çatdırıb. Fazil Məmmədov gələn il ölkəmizin ev sahibliyi edəcəyi ilk Avropa Oyunlarının yüksək səviyyədə keçirilməsi üçün ciddi hazırlıq işlərinin görüldüyünü vurğulayıb. Mərasimdə ölkəmizdə idmanın, o cümlədən güləşin inkişafından bəhs edən film nümayiş etdirilib. Sonda Beynəlxalq Güləş Federasiyası ilə “ATA Holdinq” ASC arasında əməkdaşlığa dair protokol imzalanıb. Mərasimdə Azərbaycanın incəsənət ustaları maraqlı konsert proqramı ilə çıxış edib.
Tural




 
Bölməyə aid digər xəbərlər
19.06.2019
Leyla Əliyeva paytaxtın 4 və 3 nömrəli internat məktəblərində olub
19.06.2019
Kişiləri məişət zorakılığından qoruyan proqram hazırlanır
19.06.2019
Məhkumlara tibbi xidmətdə müsbət təcrübəmiz dünyada örnəkdir
19.06.2019
İyulda hərbi xidmətə göndərilən çağırışçılar xidmət yerləri barədə SMS vasitəsilə məlumatlandırılacaqlar
19.06.2019
Yeni biznes portalı fəaliyyətə başlayıb

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Esmira Məmmədova
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10810

1 Minimum aylıq əməkhaqqı artırıldı- Prezident Sərəncam imzaladı
2 Müəllimlərin maaşı artdı - 20 faiz
3 “Balımı daha da artırıb Prezident təqaüdü almaq niyyətindəyəm”
4 Prezidentin Sərəncamı: 160 minə yaxın müəllimin orta aylıq maaşı 605 manat oldu
5 Bakı Atatürk Liseyində məzun günü münasibəti ilə tədbir keçirilib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info