Diaspor Jurnalistləri Birliyi “Sabah” qəzetindən təkzib tələb edir
Tarix: 05.12.2014 | Saat: 16:33:00 | E-mail | Çapa göndər


Diaspor Jurnalistləri Birliyi Türkiyənin “Sabah” qəzetinin Azərbaycana qarşı yol verdiyi ərazi təxribatı ilə bağlı etiraz bəyanatı yayıb. Bəyanatda bildirilir ki, “Sabah” qəzetində qondarma Dağlıq Qarabağ Respublikasının “müstəqil dövlət” kimi göstərilməsi yol verilməzdir: “Qondarma rejim dünyanın heç bir ölkəsi, hətta Ermənistan tərəfindən tanınmayıb. Qardaş ölkədə nəşr olunan qəzetdə bu yazının verilməsi təəssüfedici haldır. Dağlıq Qarabağ Azərbaycan dövlətinin tərkib hissəsidir və hazırda Ermənsitanın işğalı altındadır. “Sabah” qəzeti Ermənistan tərəfindən Azərbaycanın ərazi bütövlüyünə qarşı edilən bu təcavüzə göz yummuş olub. Hesab edirik ki, “Sabah” qəzeti müstəqilliyimizə qarşı olan bu yazı ilə iki qardaş ölkə arasında münasibətləri korlamağa çalışır. Bu yazı ilə qəzet bütün beynəlxalq qanunların ziddinə gedib”. Bəyanatda həmçinin qeyd olunub ki, son zamanlar Türkiyə mediasında belə “təsadüflər” tez-tez baş verir: “Bundan əvvəl də erməni helikopterinin vurulması zamanı Türkiyə mediasında “Dağlı Qarabağ Ordusu” ifadəsi yer almışdı. Bütün bunlar Türkiyənin bəzi media qurumlarının təxribata yol verdiyini və iki ölkə münasibətlərinə zərbə vurmağa çalışdığını düşümnməyə əsas verir”. DJB təcili şəkildə “Sabah” qəzetinin təkzib verməsini və Azərbaycan xalqından üzr istəməsini tələb edib. Xatırladaq ki, dekabrın 4-də Türkiyənin “Sabah” qəzetində “3 paytaxtı, 11 rəsmi dili, 5 fərqli dildə himninin sözləri olan ölkə var” başlıqlı məqalə dərc olunub. Məqalədə Azərbaycanın işğal olunmuş Dağlıq Qarabağ ərazisi “Dağlık Karabağ Cumhuriyeti” kimi verilib.

Fuad




 
Bölməyə aid digər xəbərlər
21.02.2019
Dövlət Əmək Müfəttişliyi Xidməti işəgötürənlərə müraciət edib
21.02.2019
DMX tələbə və məzunlar üçün təşkil olunan “Karyera sərgisi”ndə iştirak edib
21.02.2019
Migel Silva Pinto “ASAN xidmət” mərkəzi ilə tanış olub
21.02.2019
Azərbaycan əhalisinin banklardakı pulu 8 milyard manatı ötüb
20.02.2019
Özünüməşğulluq proqramına cəlb edilənlərin “Məşğulluq” altsistemində ayrıca kabineti olacaq

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Tural Tağıyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10611

1 Milli qəhrəmanlara və şəxsiyyətlərə hücum savaşın tərkib hissəsidir
2 “Əsas oxucu kütləsi sayılan gənclər bu gün internet mediaya daha çox üstünlük verirlər”
3 ABŞ-da atışma: xəsarət alanlar var
4 Londonda Karl Marksın məzarına növbəti dəfə vandal hücumu olub
5 Əsərləri dünyanın bütün elektron kitabxanalarında yer alan azərbaycanlı yazar


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info