“Radikalizmin kök saldığı yerdə inkişafdan danışmaq yersizdir”
Tarix: 05.12.2014 | Saat: 16:48:00 | E-mail | Çapa göndər


“Azərbaycana bu və ya digər formada təsir göstərmək proseslərini yaşamaqdayıq. Bunların fonunda radikalizm deyilən bir anlayış özünü açıq şəkildə göstərməkdədir”.
Bunu Yeni Azərbaycan Partiyasının sədr müavini - icra katibi, Baş nazirin müavini Əli Əhmədov Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Binəqədi rayon İcra Hakimiyyəti ilə birlikdə “Milli mənəvi dəyərlər: tarixilik, varislik və müasirlik” mövzusunda gənclərlə keçirdiyi görüşündə deyib. O bildirib ki, Azərbaycan vətəndaşları radikalizmin sülh və sabitlik üçün nə qədər təhlükəli olduğunu yaxşı bilirlər:
“Azərbaycanda dini radikalizm heç vaxt olmayıb, amma siyasi radikalizmin ölkəyə necə ziyan gətirdiyinin şahidi olmuşuq. Heydər Əliyevin ikinci dəfə xalqın tələbi ilə Azərbaycanda hakimiyyətə gəlməsi ilə siyasi radikalizmə də son verildi və sabit inkişafın əsası qoyuldu”.
Ə. Əhmədov gənclərə xitabən deyib ki, sabitliyin, dincliyin olmadığı və əvəzində radikalizmin kök saldığı yerdə inkişafdan danışmaq yersizdir. O regionda baş verən hadisələri buna misal çəkərək bildirib ki, radikalizmin gücləndiyi yerdə heç bir dialoqdan da söhbət gedə bilməz və bu da fəlakətlə nəticələnəcək.
Tural




 
Bölməyə aid digər xəbərlər
22.09.2018
Azərbaycanda gördüklərim məndə xoş təəssüratlar yaratdı
22.09.2018
Azərbaycan ilə İordaniya dost və qardaş ölkələrdir
22.09.2018
Azərbaycan-Rusiya parlamentlərarası əlaqələri yüksək səviyyədədir
22.09.2018
İsveçrə və Azərbaycan arasında çox yaxşı əlaqələr mövcuddur
21.09.2018
Yıldırım: “Azərbaycanı vətənim kimi qəbul edirəm“

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10130

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
5 QHT sədri Ukraynadakı “Qafqaz“ xalq rəqs ansamblına milli geyimlər hədiyyə edib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info