Azərbaycanla Türkiyə yüksək texnologiyalarla bağlı əməkdaşlıq imkanlarını araşdıracaqlar
Tarix: 05.12.2014 | Saat: 16:49:00 | E-mail | Çapa göndər


Rabitə və yüksək texnologiyalar naziri Əli Abbasov “Bakutel 2014” - 20-ci Beynəlxalq Telekommunikasiya və İnformasiya Texnologiyaları Sərgi və Konfransı çərçivəsində Türkiyə Respublikasının elm, sənaye və texnologiyalar naziri Fikri İşıkın başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb. İki qardaş ölkə arasında münasibətlərin bütün sahələrdə uğurlu inkişaf dinamikasına toxunan nazir Əli Abbasov əməkdaşlığın genişləndirilməsində rabitə və yüksək texnologiyalar sahəsinin xüsusi çəkiyə malik olduğunu vurğulayıb. Texnoparkların yaradılmasında Azərbaycanın yeni addımlar atdığını da diqqətə çatdıran nazir bu sahədə artıq irəliləyişlər əldə etmiş Türkiyənin zəngin təcrübəsinin ölkəmiz üçün faydalı ola biləcəyini bildirib.
Elm, sənaye və texnologiyalar naziri Fikri İşık da ölkələrimiz arasında təcrübə mübadiləsinin vacibliyinə diqqət çəkərək, nəzəri biliklərin texnoloji həllərə yönəldilməsinin əhəmiyyətini qeyd edib. Dünya kosmik klubunun üzvü kimi, Azərbaycanın peyk sənayesinin inkişafında əsaslı rol oynaya biləcəyini də vurğulayan türkiyəli nazir bu sahədə birgə layihələrin reallaşmasını məqsədəuyğun sayıb. Kosmik sənaye sahəsində, o cümlədən müşahidə peyklərinin istehsalında Türkiyənin müvafiq yer tutduğunu xatırladan Fikri İşık Azərbaycanla birgə peyk istehsalı imkanlarının nəzərdən keçirilməsi fikrini irəli sürüb. Türkiyəli qonaq bio, nano, yüksək texnologiyalar və digər istiqamətlər üzrə də birgə əməkdaşlıq üçün geniş potensialın olduğunu diqqətə çatdıraraq, bu potensialdan faydalanmağın hər iki ölkəyə böyük imkanlar qazandıracağını vurğulayıb.

Nigar




 
Bölməyə aid digər xəbərlər
20.02.2019
Özünüməşğulluq proqramına cəlb edilənlərin “Məşğulluq” altsistemində ayrıca kabineti olacaq
19.02.2019
İş vaxtı ərzində işçi digər peşə üzrə əmək funksiyasını da icra edərsə, onun əmək haqqına əlavə ödənilməlidir
19.02.2019
Beyləqanın Əhmədli və Gödəklər kəndlərində modul tipli məktəb binaları istifadəyə verilib
19.02.2019
Əmək və əhalinin sosial müdafiəsi nazirinin yeni müavini təyin olunub
19.02.2019
Qarabağ müharibəsi əlilləri və veteranları, şəhid ailələri, tərxis olunmuş hərbçilərin bir qrupu ilə görüş olub

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Tural Tağıyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10607

1 “Gürcüstanda yaşayan gürcü və azərbaycanlı gənclərin mütəmadi görüşlər keçirməsi vacib şərtdir”
2 Milli qəhrəmanlara və şəxsiyyətlərə hücum savaşın tərkib hissəsidir
3 “Əsas oxucu kütləsi sayılan gənclər bu gün internet mediaya daha çox üstünlük verirlər”
4 ABŞ-da atışma: xəsarət alanlar var
5 Yunanıstanda Azərbaycan milli musiqi alətlərinin təqdimatı keçirilib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info