ABŞ-da etiraz aksiyalarında xeyli sayda saxlanılan var
Tarix: 05.12.2014 | Saat: 17:02:00 | E-mail | Çapa göndər


Polis tərəfindən saxlanılan qaradərili Erik Qarnerin həlak olması ilə bağlı iki gündən bəri davam edən etiraz aksiyaları zamanı Nyu-York polisi onlarla insanı həbs edib. Bu barədə “RİA Novosti” xəbər yayıb.
“New York Times” qəzetinin yazdığına görə, cümə axşamı nümayişlərdə iştirak etmək üçün meqapolisin küçələrinə minlərlə insan çıxıb. Bruklində “uzanma” aksiyası keçirilib. Etirazçılar polis zorakılığının qurbanlarının soyadları yazılmış “tabut”ların yanında uzanıblar.
Etirazlar zamanı Manhetten və Bruklin körpülərində hərəkət bir neçə dəfə dayandırılıb. Məlumata görə, 42-ci küçədə polislə toqquşmalardan sonra ən azı 24 nəfər saxlanılıb. Qarnerin ölümündə əli olan polisin bəraət almasına qarşı etirazlar ABŞ-ın Vaşinqton, Boston, Çikaqo və Pittsburq şəhərlərində də keçirilib.
Erik Qarnerin həlak olması ilə nəticələnən insident bu ilin iyulunda Nyu-Yorkda baş verib. Bəzi məlumatlara görə, 29 yaşlı polis Daniel Pantaleo saxlama zamanı Nyu-York polisində tətbiqi 20 ildən çoxdur qadağan edilən boğucu fənddən istifadə edib. Bundan az sonra astmadan əziyyət çəkən 43 yaşlı Qarner ölüb.
Tural




 
Bölməyə aid digər xəbərlər
20.09.2018
ABŞ-ın Merilend ştatında silahlı insident baş verib
20.09.2018
“ABŞ-ın tarixində “ən böyük səhv” Yaxın Şərqə qoşun yeritməkdir”
20.09.2018
Merkel və Putin arasında telefon danışığı olub
20.09.2018
ABŞ-ın ən böyük tarixi səhvi Corc Buşun Yaxın Şərqə qoşun yeritməsi olub
20.09.2018
Macarıstan ilə Ukrayna arasında diplomatik qalmaqal

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10123

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
5 Ukraynada “Dünya azərbaycanlılarının palitrası” kitabının təqdimatı olub


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info