“Qarabağ qaziləri” Papanın sərhədlərin açılması ilə bağlı fikirlərini qınandı
Tarix: 05.12.2014 | Saat: 17:20:00 | E-mail | Çapa göndər


“Qarabağ qaziləri” birliyi Roma Papası I Fransiskin Türkiyə səfəri zamanı Türkiyə-Ermənistan sərhədlərinin açılması haqda fikirləri ilə bağlı bəyanat yayıb.
Birliyin mətbuat xidmətindən verilən məlumata görə, bəyanatda bildirilir ki, Roma Papası erməniləri açıq şəkildə himayə edir.
“Təəssüflər olsun ki, 20 ildən artıq bir vaxtda Azərbaycan torpaqlarının Ermənistan tərəfindən işğal olunmasına, 1 milyondan artıq soydaşlarımızın öz dədə-baba yurdlarından didərgin düşməsinə, Ermənistanda azərbaycanlı körpələrin dəmir borulara doldurularaq diri-diri qaynaq edilməsinə, əsrin ən böyük dəhşətlərindən birinə - Xocalı soyqırımına susan Roma Papası I Fransisk erməniləri müdafiə edir. Məgər o bilmir ki, Türkiyə dövləti Ermənistanla sərhədi niyə bağlayıb? Çox gözəl bilir, amma bunun üstündən sükutla keçir. Yaxşı olar ki, hörmətli Roma Papası zəhmət çəkib Ermənistan tərəfindən başımıza gətirilən faciələrdən də danışsın, təpədən dırnağa qədər ən müasir silahlarla silahlanmış İsrail ordusu tərəfindən dinc müsəlman əhalinin, uşaqların, körpələrin qətlə yetirilməsindən danışsın. Danışmaz, çünki o, bir xristian təəssübkeşliyi çəkir, din qardaşları olan erməniləri himayə edir. Dünyada haqqın-ədalətin, sülhün tərəfdarı olduğunu bəyan edən Katolik kilsə rəhbəri müsəlmanlara gələndə “bəşəri” dəyərləri unudur, öz xaçpərəstlərinin tərəfini tutur”, - deyə bəyanatda qeyd olunub.
Qarabağ qaziləri Roma Papasından baş verən bu ədalətsizliyə biganə yanaşmamasını tələb ediblər: “Azərbaycanın Ermənistan tərəfindən işğal və təcavüzə məruz qalmasını da dilə gətir. Biz Roma Papası I Fransiskdən tələb edirik ki, dünyada baş verən ədalətsizliyə göz yummasın, Azərbaycanın Ermənistan tərəfindən işğal və təcavüzə məruz qalmasını da dilə gətirsin! Ermənistanı Azərbaycan torpaqlarının işğalına, təcavüzünə son qoymağa çağırsın! Azərbaycanda, Fələstində, İraqda və digər müsəlman ölkələrində müsəlman soyqırımına müşahidəçi qalmasın, öz etiraz səsini qaldırsın!”.
Tural




 
Bölməyə aid digər xəbərlər
25.09.2018
Mərkəzi Klinikanın həkimləri vətəndaşları ödənişsiz müayinə edəcəklər
25.09.2018
Məcburi köçkünlərlə növbəti görüş keçirilib
25.09.2018
Qəbələdə 8 yaşayış məntəqəsinin yolunun yenidən qurulması yekunlaşır
25.09.2018
Nazir müavini: Pensiya təyinatı proseduru elektronlaşdırılacaq
24.09.2018
Səyyar ASAN xidmət davam edir

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10145

1 Yalnızlıq qorxusu
2 “Vətən uzaqda deyil” telelayihəsi dünya azərbaycanlılarının sevincinə səbəb olub
3 “Azərbaycanda xalq yaradıcılığına maraq artıb”
4 Cəfər Cəfərov: “Hər bir ölkənin gələcəyi yüksək səviyyəli kadrlardan asılıdır”
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info