“Təhsildə mənəvi-əxlaqi dəyərlər: harmonik şəxsiyyətin formalaşması”
Tarix: 05.12.2014 | Saat: 17:21:00 | E-mail | Çapa göndər


Bakıda “Təhsildə mənəvi-əxlaqi dəyərlər: harmonik şəxsiyyətin formalaşması” mövzusunda beynəlxalq elmi konfrans keçirilir. Konfransda təhsil nazirinin müavini Firudin Qurbanov, Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsi sədrinin müavini Şaiq Əsgərov və xarici ölkələrin tanınmış alim və pedaqoqları iştirak edirlər. Konfrans Azərbaycan Təhsil Problemləri İnstitutu, Təhsil Nazirliyi və Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin birgə təşkilatçılığı ilə baş tutub. Tədbirdə Azərbaycan ilə yanaşı, Rusiya, Gürcüstan, Qazaxıstan və Latviyadan olan tanınmış alimlər iştirak edirlər.
Konfransda çıxış edən Təhsil Problemləri İnstitutunun direktoru Qulu Novruzov bildirib ki, tədbirin keçirilməsində əsas məqsəd təhsil alanların mənəvi-əxlaqi inkişafı və şəxsiyyət kimi formalaşması sahəsində müasir tendensiyalar, mövcud qabaqcıl təcrübənin mübadiləsi və onun Azərbaycan təhsilinə inteqrasiyasıdır.
Daha sonra çıxış edən təhsil nazirinin müavini Firudin Qurbanov vurğulayıb ki, mənəvi tərbiyə hər zaman diqqət mərkəzində olub: "Sağlam düşüncəli gəncləri formalaşdırmaq cəmiyyətin ən mürəkkəb problemi kimi səciyyələndirilib. Sovetlər dönəmində insanlarımız ideoloji çərçivə mühitində yaşadığından vətəndaşlar özlərini bir şəxsiyyət kimi lazımı səviyyədə göstərə bilmirdilər, çünki buna imkan verilmirdi. Təbii ki, mövcud problem təhsil sahəsinə də öz mənfi təsirini göstərmiş olurdu. Müstəqillik qazandıqdan sonra çətin də olsa, ideoloji prosesdən çıxış yolu tapa bildik".
Konfransda Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Sədaqət Qəhrəmanova, millət vəkili Bəxtiyar Əliyev, Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin sədr müavini Şaiq Əsgərov və digər şəxslər çıxış edərək tədbirin əhəmiyyətini vurğulayıblar.
Qeyd edək ki, konfrans sabah yekunlaşacaq.

Nigar




 
Bölməyə aid digər xəbərlər
20.11.2018
DOST Agentliyinin konsepsiyasının təqdimatı olub
20.11.2018
Şəhid anası: Birdəfəlik ödəmələrin verilməsi şəhid ailələrinə qayğının bariz nümunəsidir
19.11.2018
Sabirabadda məcburi köçkünlərin məskunlaşdığı qəsəbə təbii qazla təmin olunub
19.11.2018
“ABC Tədris və İnkişaf mərkəzi“ və “Ahıllara və Tənhalara Dəstək“-dən təqdirəlayiq addım
19.11.2018
Səyyar “ASAN xidmət” davam edir

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10507

1 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
2 “Tələbə Baharı-2018”-in mükafatçısı: “Hər gün xalq mahnılarımızı dinləyirəm”
3 Şervin Nəcəfpur: “Norveçdə doğulub boya-başa çatsam da, Vətən uzaqda deyil”
4 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb
5 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info