ADTGT: “Roma Papasını rəsmi İrəvana təzyiq göstərməyə çağırırıq”
Tarix: 05.12.2014 | Saat: 17:23:00 | E-mail | Çapa göndər


Azərbaycan Demokratik Tələbə Gənclər Təşkilatı Roma Papasının Türkiyə-Ermənistan sərhədlərinin açılması fikirlərinə dair bəyanat yayıb. Bəyanatda bildirilir: “Roma Papası I Fransiskin 28-30 noyabr 2014-cü il tarixli Türkiyə səfəri daha çox Vatikan rəhbərinin Türkiyə-Ermənistan sərhədinin açılmasını arzu etməsi və bunu “gözəl bir təşəbbüs ola bilməsi” haqda söylədiyi fikirlərlə yadda qaldı.
Əlbəttəki bütün bəşəri dinlər və onların təmsilçiləri dünyada sülhün, əmin-amanlığın, sülhün, barışın bərqərar olmasına xidmət etməlidir. Ancaq təəssüflər olsun ki, Ermənistanın Azərbaycana qarşı 20 ildən artıq davam edən hərbi təcavüzünün nəticəsində qətlə yetirilən on minlərlə azərbaycanlının, doğma yurd yerlərindən qovulan yüz minlərlə insanın haqlarından ötən illər ərzində bir dəfə də danışmağa lüzum görməyən Roma Papası beynəlxalq hüquq normalarını saya salmayan bir dövlətə qarşı açıq jest etməkdən çəkinmir. Papa I Fransiskin bu çağırışı ilk növbədə Türkiyənin dövlət maraqlarına ziddir. Çünki katolik kilsəsinin hazırkı və əvvəkli rəhbərləri dəfələrlə türkləri 1915-ci ildə ermənilərə qarşı “soyqırım” törətməkdə suçlayıb və bu “həqiqəti” etiraf etməyə çağırış edib.
Dünyanın ən böyük dini konfensiyalarından birinin rəhbəri tərəfindən dünyəvi qurumların indiyədək bir çox hallarda nümayiş etdirdiyi ikili, ədalətsiz siyasətlə həmrəylik mesajı verməsi həm Türkiyənin siyasi mövqeyini qəbul etməməsinin, həm də haqqın, əzilənin deyil, işğalçının tərəfində olmasının göstərici sayıla bilər. Belə mövqe dünyada ümumbəşəri dəyərlərin təbliğatçısı kimi vətəndaş cəmiyyəti inistitularının nümayəndələri olaraq bizlərdə böyük narahatlıq və təəssüf hissi doğurur.
Biz katolik dünyasının başçısını Azərbaycanın Dağlıq Qarabağ və ondan kənarda yerləşən yaşayış məntəqələrində, o cümlədən Xocalıda törətdiyi soyqırıma görə Ermənistanın dövlət siyasətini pisləməyə və onun işğal etdiyi torpaqlarımızı dərhal tərk etməsi üçün rəsmi İrəvana təzyiq göstərməyə çağırırıq”.

Fuad




 
Bölməyə aid digər xəbərlər
23.02.2019
Avropa azərbaycanlıları Brüsseldə izdihamlı Qarabağ mitinqi keçirib
22.02.2019
Müxalifət kütləvi aksiyaları idarə edə bilmir
22.02.2019
Diaspor üzvləri Ümumavropa Qarabağ mitinqinə çağırış edib
21.02.2019
Levan Çixeidze: Gürcüstan parlamenti Xocalı soyqırımını rəsmən tanımalıdır
21.02.2019
Müxalifət mitinqlərlə bağlı məsuliyyətdən niyə qaçır?

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Tural Tağıyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10615

1 Milli qəhrəmanlara və şəxsiyyətlərə hücum savaşın tərkib hissəsidir
2 Diaspor üzvləri Ümumavropa Qarabağ mitinqinə çağırış edib
3 Əsərləri dünyanın bütün elektron kitabxanalarında yer alan azərbaycanlı yazar
4 1400 manat maaşla sürücü axtarılır
5 “İnternet medianın getdikcə daha da aktivləşməsi tendensiyasını müşahidə edirik”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info