Gömrükçülər qaçaqmalçılığa qarşı mübarizə aparırlar
Tarix: 05.12.2014 | Saat: 17:23:00 | E-mail | Çapa göndər


Azərbaycanın gömrük orqanları qaçaqmalçılıq hallarına qarşı mübarizə tədbirlərini davam etdirir.
Dövlət Gömrük Komitəsindən verilən məlumata görə, Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin əməkdaşları tərəfindən J2 077 saylı Bakı-İstanbul aviareysi ilə getmək istəyən Azərbaycan vətəndaşı Rüstəmov Rasim Ağabala oğlu hərəkətləri şübhə doğurduğu üçün saxlanılıb, müvafiq qanunvericiliyə uyğun olaraq ona məxsus baqaja gömrük baxışı keçirilib və üzərində şəxsi yoxlama aparılıb.
Gömrük baxışı zamanı R. Rüstəmova məxsus qara rəngli çamadanın içərisindəki şəxsi əşyaların arasından 6 ədəd bağlamada gömrük sərhədini keçərkən bəyan etmədiyi 140 000, üzərindən isə 10 000 - ümumilikdə 150 000 ABŞ dolları aşkar edilib.
Tovuz Gömrük İdarəsinin “Sınıq Körpü” gömrük postunda isə Gürcüstandan ölkəmizə gələn Azərbaycan vətəndaşı Tomaev Şahin Əhməd oğlunun idarə etdiyi “Renault” markalı, 90JZ606/10ZH735 dövlət qeydiyyat nişanlı yük avtomobilinə gömrük nəzarəti həyata keçirilib. Baxış zamanı nəqliyyat vasitəsinin salonunda yataq yerinin altında olan yeşikdən “Desmopressin” adlı 298 flakon dərman preparatları gömrük nəzarətinə bəyan olunmamış şəkildə aşkar edilərək saxlanılıb.
Hər iki faktla bağlı Dövlət Gömrük Komitəsinin İstintaq İdarəsində təhqiqat aparılır.
Tural




 
Bölməyə aid digər xəbərlər
16.11.2018
Məşğulluq Strategiyası insan kapitalının inkişafında, məşğulluğun təminatında mühüm addımların atılmasına imkan yaradacaq
15.11.2018
Peyk vasitəsilə Yerin məsafədən müşahidəsi xidmətlərinin inkişafına dair Dövlət Proqramı təsdiqlənib
15.11.2018
Azərbaycan şirkətləri Çinə ixracı genişləndirir
15.11.2018
BVF: “Azərbaycanın qeyri-neft sektoru 2023-cü ilədək 3-4 faizədək artacaq”
15.11.2018
Qusar–Əniq–Laza avtomobil yolunun tikintisinə 6,6 milyon manat ayrılıb

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10484

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı
4 “Gedir dayanmadan zamanın köçü”
5 Daşkənddə Xalq artisti Firudin Səfərovun 85 illik yubileyi qeyd olunacaq


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info