“Azərbaycan mediası nüfuzuna görə Ermənistan və Gürcüstan mediasını geridə qoyur”
Tarix: 05.12.2014 | Saat: 17:39:00 | E-mail | Çapa göndər


Prezident Administrasiyası, Mətbuat Şurası və Müdafiə Nazirliyinin təşkilatçılığı ilə “Azərbaycanın informasiya təhlükəsizliyinin qorunmasında medianın rolu” mövzusunda tədbir keçirilib.
Mətbuat Şurasının sədri Əflatun Amaşov deyib ki, bu ilin avqustunda cəbhə xəttində baş verənlərdən sonra bir sıra KİV-lər cəmiyyətə düzgün informasiya çatdırmaq istiqamətində vəzifələrini layiqincə yerinə yetirə bilməyiblər. O bildirib ki, jurnalistlərin peşəkarlığının artırılması üçün Mətbuat Şurası qarşısında vəzifə qoyulub.
Prezident Administrasiyası İctimai-siyasi şöbəsinin sektor müdiri Vüqar Əliyev çıxışında qeyd edib ki, Azərbaycan erməni lobbisinin və daxildəki “beşinci kolon”un təsirinə məruz qalır: “Avqustun əvvəllərində qoşunların təmas xəttində törədilən təxribatlar, ötən ay işğal olunmuş ərazilərdə Ermənistanın hərbi təlimlər keçirməsi və vertolyotun vurulması hadisəsi göstərdi ki, erməni informasiya resursları cəbhə bölgəsində informasiya diversiyası həyata keçirirlər. Nəzərə almaq lazımdır ki, ermənilərin növbəti təxribatları istisna olunmur. Ermənilər həm də qondarma soyqırımın yüz illiyi ilə bağlı Türkiyədə tədbirlər keçirməyə başlayıblar və bundan Azərbaycana qarşı da istifadə etməyə çalışacaqlar”.
Vüqar Əliyevin sözlərinə görə, Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev keçirdiyi müşavirədə mövcud vəziyyəti təhlil edib, çıxış yollarını göstərib: “Qeyd edildi ki, bəzi KİV-lər milli maraqlara məhəl qoymadan, bəzən ermənilərin maraqlarına uyğun fəaliyyət göstərirlər, müvafiq qurumların mətbuat xidmətlərinin fəaliyyətində çatışmazlıqlar var. Prezidentin imzaladığı sərəncamda müdafiə və təhlükəsizlik sahəsində qanunların, dövlət sirri təşkil edən məlumatların KİV-də, sosial şəbəkələrdə yayılmasının qarşısını alan tədbirlər müəyyənləşdirilib. Artıq müvafiq qurumlar tədbirlər həyata keçirirlər. Prezident Administrasiyasının İctimai-siyasi şöbəsi də müvafiq tədbirlər planı hazırlayıb, həyata keçirməkdədir. Avqustun əvvəlində baş vermiş hadisə ilə müqayisədə vertolyot vurulan dövrdə mətbuat məsələlərə kifayət qədər peşəkar yanaşdı. Bildirildi ki, vertolyotun vurulması təxribata layiqli cavab olub. Ancaq bunlar problemlərin aradan qalxması anlamına gəlmir. Çox təəssüf ki, bəzi internet resursları məsələlərə peşəkar yanaşmır, informasiyanı dəqiqləşdirmir. Məsələn, bu günlərdə ermənilər guya Murov dağında donmuş cəsədlərlə bağlı və digər təxribat xarakterli məlumatlar yaydılar. Ardınca bizim bəzi elektron KİV-lər bunu tirajladı. Yaxud, saytlardan biri bu yaxınlarda vertolyotun vurulması ilə bağlı sorğu keçirib, guya rəyi soruşulanların 49 faizi bunu müsbət qarşılamayıb. Bəzi qruplar Qərbin qrantlarının təsiri altında hərəkət edir. Ermənistanın sözçüsü kimi çıxış edən bəzi xarici təşkilatlara münasibətdə hücum taktikası həyata keçirilməlidir”.
V. Əliyev Azərbaycanda KİV-in kifayət qədər inkişaf etdiyini söyləyib: “Bu gün Azərbaycan mediası nüfuzuna görə Ermənistan və Gürcüstan mediasını geridə qoyur. Hesab edirəm ki, jurnalistlər arasında ixtisaslaşma aparılması və onların müvafiq qurumlarda akkreditasiyası vacibdir. Xüsusən söhbət hərbi sahədə yazan jurnalistlərdən gedir. Erməni mənbələrinin yaydığı dezinformasiyalar fakt kimi qəbul edilməməli, Müdafiə Nazirliyi və digər strukturlarla dəqiqləşdirilməlidir”.
Ə. Amaşov nəzərə çatdırıb ki, Mətbuat Şurasının üzvləri redaksiyalarda olacaq və jurnalistlərlə izahat işləri aparacaqlar.
Müdafiə Nazirliyi mətbuat xidmətinin rəhbəri Vaqif Dərgahlı isə bildirib ki, müdafiə nazirinin müvafiq qərarı ilə "Silahlı Qüvvələrdə kütləvi informasiya vasitələrinin nümayəndələri ilə işin təşkili haqqında Təlimat" hazırlanaraq qoşunlara göndərilib. Sənəddə kütləvi informasiya vasitələrinin nümayəndələri ilə işin təşkili qaydaları, media ilə əlaqələr, münasibətlərin əsas istiqamətləri, prinsipləri, jurnalistin hərbi obyektə buraxılması qaydaları və digər məsələlər öz əksini tapıb: “Ölkə başçısının 24 sentyabr tarixli sərəncamının yerinə yetirilməsi məqsədilə “Jurnalistlərin cəbhəboyu zonada akkreditasiya və cəbhəboyu zonaya xidməti ezamiyyətlərinin Müdafiə Nazirliyi ilə razılaşdırılması Qaydası”nın layihəsi hazırlanıb. Layihə artıq hüquqi ekspertizadan keçirilib və Nazirlər Kabinetinə təqdim olunub. Sənəddə ümumi müddəalar, akkreditə üçün müraciətin edilməsi və baxılması, akkreditə olunma (kimlərə və neçə şamil edilir), akkreditə olunmadan imtina və akkreditənin ləğvi, jurnalistlərin cəbhəboyu zonaya xidməti ezamiyyətlərinin Müdafiə Nazirliyi ilə razılaşdırılması bəndləri var. Bundan əlavə, müdafiə nazirinin əmrinə əsasən "Dövlət sirrinin mühafizəsi üzrə vacib məlumatlar" toplusu buklet formasında hazırlanaraq Silahlı Qüvvələrin şəxsi heyətinə və əmrdə göstərildiyi kimi Mətbuat Şurasına təqdim olunub. Hazırda "İnformasiya təhlükəsizliyi" və "Fiziki təhlükəsizlik" üzrə məlumatlar adlı toplular da hazırlanaraq şəxsi heyətə çatdırılıb və yaxın günlərdə KİV nümayəndələrinin tanış olması üçün nazirliyin rəsmi internet səhifəsində yerləşdiriləcək”.
Tural




 
Bölməyə aid digər xəbərlər
22.09.2018
Reytinq: Bakı dünyanın ən təhlükəsiz 41 şəhəri sırasında yer alıb
22.09.2018
Xüsusi Olimpiya Hərəkatı gənc liderlərin 20-ci Qolobal Forumu keçiriləcək
21.09.2018
Azərbaycanın ən sürətli mobil şəbəkəsinin adı açıqlanıb
21.09.2018
Baş prokuror Quba rayonunda vətəndaşları qəbul edib
21.09.2018
Sahil Babayev Göygöl rayonunda 4 rayon və şəhərin sakinləri ilə görüşüb

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10130

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
5 QHT sədri Ukraynadakı “Qafqaz“ xalq rəqs ansamblına milli geyimlər hədiyyə edib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info