Gənc Alim, Aspirant və Magistrlər Cəmiyyəti də Şultsa etiraz etdi
Tarix: 05.12.2014 | Saat: 18:26:00 | E-mail | Çapa göndər


Avropa Parlamentinin prezidenti Martin Şultsun 26 noyabr 2014-cü ildə Avropa Parlamentinin plenar iclasındakı çıxışı ilə bağlı Azərbaycan Gənc Alim, Aspirant və Magistrlər Cəmiyyəti bəyanat yayıb: “Azərbaycan Gənc Alim, Aspirant və Magistrlər Cəmiyyəti olaraq cari ilin noyabr ayının 26-da Avropa Parlamentinin plenar iclasındakı Avropa Parlamentinin prezidenti Martin Şultsun qərəzli və məqsədli şəkildə ölkəmizin imicinə xələl gətirməyə hədəflənmiş çıxışını pisləyirik. Məqsədli şəkildə baş vermiş olaya təəssüfümüzü bildirirməklə bərabər, eyni zamanda Avropa Parlamenti kimi nüfuzlu beynəlxalq qurumun prezidentinin müstəqil və demokratik bir ölkənin daxili işlərinə qarışmağa cəhd etməsini yolverilməz hesab edirik. Təqsirləndirilən şəxs qismində barəsində məhkəmənin qərarı ilə həbs qəti imkan tədbiri seçilmiş Leyla Yunusun istintaqının getdiyi və hələ bitmədiyi bir məqamda guya onun ictimai fəaliyyətinə görə həbs olunması və hüquqlarının pozulması ilə bağlı Martin Şultsun söylədiyi fikirlər qətiyyən həqiqəti əks etdirmir. Maraqlıdır əməlində konkret cinayət tərkibi olmasında şübhəli bilinərək həbs olunan bir QHT nümayəndəsini Martin Şultsun bu qədər ciddi-cəhdlə müdafiə etməyinin səbəbi nədir? Niyə cənab Şults bircə dəfə də olsun Ermənistanın işğalçılıq siyasəti nəticəsində öz doğma yurd-yuvalarından didərgin düşmüş bir milyondan çox insanın pozulmuş hüquqlarından bir cümlə belə işlətmir? Maraqlıdır cənab Şults və bəzi onun kimi avropalı siyasətçilər ölkəmizə qarşı işğalçılıq siyasəti nəticəsində qətlə yetirilmiş günahsız insanlar haqqında danışmaq məqamı gələndə susmağa üstünlük verirlər? Budurmu Qərb demokratiyası və Avropa siyasilərinin insan hüquqlarına və insan taleyinə münasibəti?
Cənab Şults bilməlidir ki, Azərbaycan Respublikası müstəqil, demokratik və hüquqi dövlətdir. Azərbaycan insanı 90 il əvvəl Şərqdə ilk demokratik və hüquqi dövləti quranda bu gün ölkəmizin imicinə kölgə salmağa çalışan avropalı siyasətçilərin valideyinləri belə anadan olmamışdı. Azərbaycan xalqına demokratiya dərsi keçməyə cəhd edən bu cənablar azı üç nəsil və ya bir əsrdən də çox gecikiblər! Azərbaycan dövləti ilə şantaj, hədə usulu və tonu ilə danışmağı düşünən bu cənablar yanılır və böyük səhv edirlər.
Özünün sürətli inkişaf dövrünü yaşayan Azərbaycan Respublikasında insan amili ən yüksək məqamda dayanır və bu dövlətdə hər bir vətəndaşın hüquqlarının qorunması ən ali səviyyədə, qanunlar çərçivəsində qorunur və təmin edilir. Cənab Şults da bunu yaxşı bildiyi halda nədən ölkəmizə qarşı qərəzli münasibəti ortaya qoyur? Bunun kökündə Azərbaycanın inkişafından əndişələnmək, paxıllıq və qısqanclıq durur.
Bəyan edirik ki, Martin Şults və onunla eyni mövqedə olaraq Azərbaycanın imicinə kölgə salmağa çalışan avropalı siyasətçilərin qərəzli siyasi məqsədlərlə Azərbaycana təsir metodları keçərli deyil və əbəsdir. Və onların Azərbaycana demokratiya və insan hüquqları sahəsində “dərs” keçmələrinə də ehtiyyac yoxdur.
Azərbaycan Gənc Alim, Aspirant və Magistrlər Cəmiyyəti olaraq Martin Şultsun Azərbaycanda insan hüquqlarının pozulması, insanların siyasi və ictimai fəaliyyətlərinə görə həbs edilməsi kimi absurd, həqiqətdən kənar, şantaj xarakterli fikirlərini birmənalı olaraq rədd edirik.
Bu cür qərəzli mövqeləri yalnız və yalnız onların və təmsil etdikləri qurumların qeyri-ciddiliyini göstərir”.

Təhminə




 
Bölməyə aid digər xəbərlər
17.11.2018
Başqa ölkələrdən gələn qaçqınların sosial təminatlardan yararlanması üçün yeni mexanizm yaradılacaq
16.11.2018
“Hüquqi dövlət quruculuğunda məhkəmə-KİV münasibətlərinin inkişafı vacibdir”
16.11.2018
Azərbaycan Gənclərinin VIII Forumu keçirilib
16.11.2018
Dərman vasitələrinin qanunsuz dövriyyəsi ilə əlaqədar başlanmış cinayət işi məhkəməyə göndərilib
16.11.2018
Dövlət Miqrasiya Xidmətinin fəaliyyətində yeniliklər tətbiq olunur

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10494

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
4 “Gedir dayanmadan zamanın köçü”
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info