ATGTİ Martin Şultsun fikirlərinə etiraz etdi
Tarix: 05.12.2014 | Saat: 18:43:00 | E-mail | Çapa göndər


Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı (ATGTİ) Avropa Parlamentinin prezidenti Martin Şultsun 26 noyabr 2014-cü ildə Avropa Parlamentinin plenar iclasındakı çıxışı ilə bağlı bəyanat yayıb.
Bəyanatda deyilir: “Avropa Parlamentinin prezidenti Martin Şultsun noyabrın 26-da Avropa Parlamentinin plenar iclasındakı Azərbaycana qarşı növbəti qərəzli çıxışını qətiyyətlə pisləyir, bunu müstəqil ölkəmizin daxili işlərinə qarışmaq cəhdi kimi qəbul edir və bu addıma öz qəti etirazımızı bildiririk.
Cənab Şults Avropa Parlamentinin prezidenti olaraq, Avropanın bütün ölkələrinə ədalətli mövqedən yanaşmalı olduğu halda, Azərbaycan haqqında həqiqətə uyğun olmayan fikirlər səsləndirir. Artıq qeyd edildiyi kimi, noyabrın 26-da Avropa Parlamentinin Strasburq şəhərində keçirilmiş növbəti plenar iclasında cənab Şults guya Azərbaycanda ictimai fəaliyyətinə görə həbs edilmiş Leyla Yunusovanın hüquqlarının pozulması haqqında dediyi fikirlərlə ölkəmizin daxili işlərinə qarışıb. Bu kimi addımlarla o, Azərbaycanda guya insan haqlarına əməl olunmamasına diqqət cəlb etməyə çalışır.
Azərbaycanın Cinayət Məcəlləsi ilə, vətənə xəyanətdə ittiham olunan həmin şəxsin tutulmasını mətbuat və ya fikir azadlığının pozulması kimi qələmə vermək olmaz. Belə addımlar Avropa Parlamenti kimi beynəlxalq, nüfuzlu təşkilatın obyektivliyinə kölgə salır. Bununla qurum ölkəmizə qarşı qərəzli mövqelərini bir daha sübut edir, ikili standartlar siyasətini nümayiş etdirir.
Cənab Şults öz çıxış və nitqlərində Ermənistanın artıq 25 il Azərbaycana qarşı yeritdiyi aqressiv, işğalçı siyasətinin nəticəsi olaraq Qarabağdakı doğma el-obalarından qovulmuş yüz minlərlə soydaşlarımızın hüquqlarını bircə dəfə də olsun diqqətə çatdırmayıb, onların hüquqlarının müdafiə olunması, bu məsələdə hüququn aliliyinin təmin olunması üçün Avropa cəmiyyətinə səslənməyib.
Eyni zamanda bütün Avropa üzrə artıq formalaşmış islamafobiyanın minlərlə qurbanları, diskriminasiyaya məruz qalan müsəlmanların vəziyyəti cənab Şultsu qətiyyən narahat etmir.
Bütün bunları nəzərə alaraq, belə bir fikir formalaşır ki, cənab Şults Azərbaycanın əldə etdiyi nailiyyətlərə kölgə salmaqdan başqa heç bir məqsədə xidmət etmir. Fikrimizcə, Avropa Parlamentində ölkəmizə qarşı həqiqətə uyğun olmayan fikirlərin səsləndirilməsi, Avropanın Cənubi Qafqaz regionundakı zəif siyasətindən xəbər verir. Bölgədə aparıcı ölkənin imkanlarının və nailiyyətlərinin real və düzgün qiymətləndirilmədiyini sübut edir. ATGTİ olaraq biz, Martin Şultsun əzmkar və möhkəm siyasəti ilə seçilən, güclü Azərbaycanın nüfuzunu kiçiltmək cəhdlərini, söylədiyi qərəzli və qeyri-obyektiv fikirləri birmənalı şəkildə rədd edir, bütün Avropa cəmiyyətini bu kimi ikili standartlara xidmət edən siyasət və siyasətçilərə qarşı etirazlarını bildirməyə çağırırıq”.
Tural




 
Bölməyə aid digər xəbərlər
13.11.2018
Özünüməşğulluq proqramı çərçivəsində 50-dən çox ailəyə mal-materiallar təqdim olunub
13.11.2018
“DOST” mərkəzlərinin yaradılması üçün əlavə vəsait ayrılıb
13.11.2018
13 noyabr - Beynəlxalq Gözdən Əlilliyi olan şəxslər Günüdür
13.11.2018
Bütün pensiyalar artırılacaq
12.11.2018
Daha 4 vərəsəyə sığorta ödənişi aldıqlarına dair sənədlər təqdim edilib

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10462

1 İncəsənət dünyaya sülh gətirir
2 İsveçdə Skandinaviya Azərbaycanlılarının Koordinasiya Şurası yaradılıb
3 “Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”
4 Polşalı şagirdlər Azərbaycan nağıllarına illüsturasiyalar çəkiblər
5 “2019-cu ildə əmək haqları və pensiyalar artacaq”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info