Şultsa daha bir qrup QHT etirazını bildirdi
Tarix: 05.12.2014 | Saat: 18:51:00 | E-mail | Çapa göndər


Avropa Parlamentinin prezidenti Martin Şultsun 26 noyabr 2014-cü ildə Avropa Parlamentinin plenar iclasındakı çıxışı ilə bağlı bir qrup Azərbaycan QHT-ləri bəyanat imzalayıblar: “Noyabrın 26-da Avropa Parlamentinin prezidenti Martin Şultsun plenar iclasındakı Azərbaycana qarşı növbəti qərəzli çıxışını ölkəmizin daxili işlərinə qarışmaq cəhdi kimi qəbul edir və buna öz qəti etirazımızı bildiririk.
Avropa Parlamentinin prezidenti olaraq Martin Şults Avropanın bütün ölkələrinə bərabər və ədalətli münasibət sərgiləmək əvəzinə ölkəmiz haqda həqiqətə uyğun olmayan fikirləri ilə diqqət çəkir. Noyabrın 26-da Avropa Parlamentinin Strasburqda keçirilmiş plenar iclasında Martin Şults guya Azərbaycanda ictimai fəaliyyətinə görə həbs edilmiş Leyla Yunusovanın hüquqlarının pozulması haqqında söylədiyi fikirlər ölkəmizin daxili işlərinə qarışmaq deməkdir. M.Şults bununla Azərbaycanda, ümumiyyətlə, insan haqlarına guya əməl edilməməsi təəssüratı yaratmağa cəhd edib. Konkret cinayət əməllərində, o cümlədən vətənə xəyanətdə ittiham olunan şəxsləri söz, mətbuat və fikir azadlığının pozulması bəhanəsi ilə müdafiə etməyə çalışmaq Avropa Parlamenti kimi nüfuzlu bir təşkilatın obyektivliyinə kölgə salır, Avropa İttifaqı kimi qurumun qeyri-ciddi və qərəzli siyasi mövqeyindən xəbər verir.
Cənab M. Şults bu günə qədər çıxışlarında Ermənistandan deportasiya edilmiş, özlərinin Qarabağdakı doğma yurd-yuvalarından qovulmuş yüz minlərlə azərbaycanlının hüquqlarından bircə dəfə də olsun danışmayıb, erməni separatçılarının qətlə yetirdiyi günahsız insanlardan bəhs etməyib. 25 ildir təcavüzkar Ermənistanın işğalı altında olan Azərbaycan torpaqları haqqında bir dəfə də olsun cənab Şultsun səsini və fikrini eşidən olmayıb, eyni zamanda Avropada hər gün dini və insani hüquqları tapdanan milyonlarla müsəlmanın diskriminasiyaya məruz qalması Avropa Parlamentinin prezidentini qətiyyən narahat etmir. Belə yanaşma Azərbaycanın son illər əldə etdiyi siyasi, iqtisadi, insan hüquq və azadlıqları sahəsindəki nailiyyətlərinə, ölkədə gedən demokratik islahatlara kölgə salmaq, xalqımızı bəşəri dəyərlərdən, milli ideologiyadan uzaq xalq kimi qələmə vermək məqsədini daşıyır.
Biz, Azərbaycan qeyri-hökumət təşkilatlarının nümayəndələri, M.Şultsun ölkəmizlə bağlı söylədiyi qərəzli və qeyri-obyektiv fikirləri birmənalı şəkildə rədd edir və Avropa ictimaiyyətini ikili standartlara xidmət edən bu siyasətə qarşı etiraz bildirməyə səsləyirik”.

Bəyanata aşağıdakı Qeyri-Hökumət Təşkilatları qoşulur:

Əli Mirzəyev -Sağlam Mühit Gənclərin İnkişafına Kömək İctimai Birliyi;
Füzuli Əsədov- Radioaktiv Şüalanmadan Zərərçəkmişlərin Müdafiəsi İctimai Birliyi;
Qalib Nəbiyev-"Qəbələ Regional Gənclərin Resurs Mərkəzi" İctimai Birliyi;
Fuad Bədəlov-Şəmkir Regional Qeyri-Hökumət Təşkilatlarının Resurs və Təlim Mərkəzi İctimai Birliyi;
Xeyrullayev Eynulla Niftulla oğlu- Quba Regional QHT-lərin Resurs və Təlim Mərkəzi İctimai Birliyi;
Əlimusa Əliyev -Muğan İnkişafa Yardım İctimai Birliyi;
Əlicabbar Əhmədov-Mərkəzi Aranda Regional İnkişaf;
Eldar Xəlilov-Gəncliyə Dəstək İctimai Birliyi;
Yaqub Babayev-Turan Vətəndaş Cəmiyyətinə yardım İctimai Birliyi;
Xalid Rəcəbli-"Gənclərin İnkişaf və Tərəqqisinə Dəstək" İctimai Birliyi;
Fidan Maxsudova-"Müasir Qadın və Cəmiyyət" İctimai Birliyi;
Cavidan Həsənov, İnkişafa Doğru Sosial Araşdırmalar İctimai Birliyi;
Vamiq Babayev-"Şəfəq" Ekoturizm İctimai Birliyi;
Famil Baxışov- Xaçmaz Kənd Təsərrüfatının İnkişafına Dəstək Ictimai Birliyi;
Şərqiyyə Dadaşova- Regional Gender Mərkəzi İctimai Birliyi;
Azad İskəndərli-Regional İnsan Hüquqları və Ekologiya Müdafiə Mərkəzi İctimai Birliyi;
Şahin Nəbiyev- "Gənclərin Təşəbbüsünə və İnkişafına dəstək" İctimai Birliyi;
Amil Cavadov-"Gələcək və inkişaf" Gənclər İctimai Birliyi;
Raqib Əliyev-Saatlı Sosial İnkişafa Yardım İctimai Birliyi;
Qalib Nəbiyev- “Sosial İqtisadi İnkişafa Dəstək” İctimai Birliyi;
Təranə Əhməd-Kimsəsiz və Aztəminatlı Ailələrin Uşaqlarına Sosial-Mənəvi Dəstək İctimai Birliyi;
Ədil Ədilov-“Regional İnkişafa Yardım İctimai Birliyi;
Mehman Xəlilov-Gəncə Avro-Atlantik Məlumat Mərkəzi İctimai Birliyi;
Südabə Məmmədova-Təmas Regional İnkişaf İctimai Birliyi;
Yaşar Hümbətov-Əlillərə Dəstək Xeyriyyə İctimai Birliyi;
Qüdrət Kazımov-Gənclərin Anti-Narkomaniya İctimai Birliyi;
Təranə Muxtarova- Ziyalı Mömin Qadınlar Xeyriyyə Cəmiyyəti;
Ceyhun Həsənzadə-Gəncə Regional Sosial-İqtisadi Araşdırmalar Mərkəzi İctimai Birliyi;
Rövşən Novruzov-Uşaq Fondu Gəncə şəhər Təşkilatı;
Dağıstan Heydərov-Şans Regionlara Dəstək İctimai Birliyi;
Mehriban Əliyeva, “Gənclərin Sosial Tərəfdaşlığı Mərkəzi” İctimai Birliyi;
Mirbəşir Murtuzov, Milli Qəhrəmanların Təbliğinə Dəstək İctimai Birliyi;
Elgün Rzazadə, Uğurlu Gələcək İctimai Birliyi;
Zaur Adıgözəlov, “Narkotizmlə Mübarizə” İctimai Birliyi;
Əhməd Abbasbəyli, “Cəmiyyətin və Vətəndaş Münasibətlərinin İnkişafı” İctimai Birliyi;
Rüfət Yəhyəzadə, Etika və Müasirlik İctimai Birliyi;
Aynurə Hüseynova, “Antinarkomaniya Sahəsində Gənclərin Təşəbbüsü” İctimai Birliyi;
Tural Ələskərov, "İnsan Hüquqlarının Qorunmasına Dəstək" İctimai Birliyi;
Valid Vəliyev, Sosial və İqtisadi İnkişafın Tərəfdaşları İctimai Birliyi;
Naridə Abbasova, “Davamlı İnkişafa Dəstək” İctimai Birliyi;







 
Bölməyə aid digər xəbərlər
15.11.2018
110 şəhid hərbi qulluqçu üzrə 135 vərəsəyə birdəfəlik ödəmənin verilməsinə dair qərar qəbul olundu
14.11.2018
“Veysəloğlu”da şirkət əməkdaşlarının tələbə adını qazanan övladları ilə görüş keçirilib
13.11.2018
Özünüməşğulluq proqramı çərçivəsində 50-dən çox ailəyə mal-materiallar təqdim olunub
13.11.2018
“DOST” mərkəzlərinin yaradılması üçün əlavə vəsait ayrılıb
13.11.2018
13 noyabr - Beynəlxalq Gözdən Əlilliyi olan şəxslər Günüdür

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10477

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı
4 “Gedir dayanmadan zamanın köçü”
5 Daşkənddə Xalq artisti Firudin Səfərovun 85 illik yubileyi qeyd olunacaq


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info