“Təhsil prosesində uşaqlara şəxsiyyətyönümlü-humanist yanaşma çox önəmlidir”
Tarix: 05.12.2014 | Saat: 19:36:00 | E-mail | Çapa göndər


Təhsildə mənəvi, psixoloji dəyərlərə diqqət yetirilməsi vacib məsələdir. Bunu "Təhsildə mənəvi-əxlaqi dəyərlər: harmonik şəxsiyyətin formalaşması" mövzusunda keçirilən beynəlxalq konfransda çıxışı zamanı Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Sədaqət Qəhrəmanova deyib.
Onun sözlərinə görə, cəmiyyətin mənəvi tərbiyəsi ailədən başlayır, məktəbdə davam edir və cəmiyyətdə öz təzahürünü tapır: "Bu gün cəmiyyətdə baş verən bütün münaqişələrin, problemlərin mənbəyi yeni insanın formalaşmasından qaynaqlanır. Bu gün hər hansı bir vəzifəli şəxsin mənəvi-əxlaqi dəyəri istənilən səviyyədə deyilsə, uğur qazana bilmərik. Buna görə də təhsildə mənəvi, psixoloji dəyərlərə diqqət yetirilməsi vacib məsələdir”. S.Qəhrəmanova deyib ki, bu gün cəmiyyətdə psixoloji gərginliyin hökm sürməsi də nəzərə alınmalıdır: "Bu gün gender bərabərliyindən, cəmiyyəti idarə edən kişi-qadın münasibətlərindən, onların hüquqlarından danışırıqsa, təhsil prosesində uşaqlara şəxsiyyətyönümlü-humanist yanaşma çox önəmlidir. Bu mövzu tək Azərbaycanı deyil, bütün dünyanı düşündürən məsələdir".

Nigar




 
Bölməyə aid digər xəbərlər
24.09.2018
Səyyar ASAN xidmət davam edir
24.09.2018
Leyla Əliyeva “Beynəlxalq Sülh Günü”nə həsr olunmuş tədbirə qatılıb
23.09.2018
Səkkiz ayda hər bir sakin 554,5 manatlıq ödənişli xidmətlərdən istifadə edib
21.09.2018
Bakı metropoliteni tarixinin ən böyük sosial layihəsinə start verilir
20.09.2018
Ağdamda keçirilən əmək yarmarkasında 75 nəfərə işə göndəriş verilib

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10136

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 Yalnızlıq qorxusu
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info