Kiyevdəki Heydər Əliyev Parkı nümunə göstərildi
Tarix: 05.12.2014 | Saat: 19:46:00 | E-mail | Çapa göndər


Kiyev şəhərinin meri Vitali Kliçko meriyanın binasında xarici ölkələrin Ukraynadakı səfirləri ilə görüşüb.
Azərbaycanın bu ölkədəki səfiri Eynulla Mədətli görüşdə məruzəçi qismində iştirak edib.
“Kiyev – dünya şəhəri” layihəsinə həsr olunan görüşdə mer və Şəhər Administrasiyasının vəzifəli şəxsləri layihə barədə məlumat verib, paytaxtdakı səfirlikləri və onların təmsil etdikləri ölkələri şəhərdə abadlıq layihələri həyata keçirməyə dəvət edib, bununla bağlı əməkdaşlıq təklif olunub. Bu baxımdan Kiyevdəki Heydər Əliyev Parkı nümunə göstərilib.
Səfir E.Mədətli çıxışında Heydər Əliyev Parkı layihəsinin həyata keçirilməsi, parkda xalqımızın ümummilli lideri Heydər Əliyevin büstü ilə yanaşı, Azərbaycan tarixi, dövlətçiliyi və mədəniyyəti ilə bağlı simvolların, XVI əsrdə toxunmuş “Şeyx Səfi” xalısının italyan daşlarından hazırlanmış surətinin yerləşdirilməsi, parkın inşasını həyata keçirmiş ARDNŞ-in Ukrayna nümayəndəliyinin fəaliyyəti, infrastruktur layihələri, Kiyevin abadlaşdırılması istiqamətində gələcək planlar və s. barədə məlumat verib. Çıxış boyu Prezident İlham Əliyevin Ukraynaya səfəri çərçivəsində parkı ziyarət etməsi, burada keçirilən müxtəlif tədbirlər, Kiyev sakinlərinin parkda istirahəti, televiziya kanallarının hazırladıqları reportajlar, ARDNŞ-in Ukraynadakı yanacaqdoldurma stansiyaları ətrafında yaradılmış yaşıllıqlar və s. ilə bağlı fotoşəkillər nümayiş etdirilib.
E.Mədətli Azərbaycanın Ukraynadakı səfirliyi tərəfindən çap olunmuş kitabların nüsxələrini Vitali Kliçkoya təqdim edib. O, səfirliyin bundan sonra da Kiyevin abadlaşdırılması istiqamətində səy göstərəcəyini bildirib.
Tural




 
Bölməyə aid digər xəbərlər
22.01.2019
Paşinyanın inqilabdan sonra Qərbdən maliyyənin sel kimi axacağı xəyalı puç oldu
22.01.2019
Ermənistanda bir ildə korrupsiya ilə bağlı 8 mindən çox fakt qeydə alınıb
21.01.2019
Ərdoğan Tramp və Putinlə razılaşmağa çalışır
21.01.2019
Ukraynada yaşayan azərbaycanlının prezidentliyə namizədliyi qeydə alınıb
21.01.2019
Ermənistana yatırılan sərmayə 11 dəfə azalıb

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10565

1 Dərslər təxirə salındı
2 “Mənim güc mənbəyim Bakıdadır”
3 Mehman Hüseynov Prezident İlham Əliyevə müraciət ünvanlayıb
4 Ahmet Gencehan Babiş: “Türkiyənin Azərbaycanın razı olmayacağı bir işdə olması mümkün deyil”
5 Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva Nikola Sarkozi ilə görüşüb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info