Təhlükəyə qarşı birləşək
Tarix: 05.12.2014 | Saat: 21:02:00 | E-mail | Çapa göndər


Bildiyimiz kimi , hal-hazırda QİÇS-ə yoluxanların sayı artmaqdadır. Mövcud problemin artmasının əsas səbəblərindən biri də insanların bu barədə yetərincə məlumatlarının olmaması və ya xəstəlikdən düzgün müdafiə olunmamasıdır. Ümumdünya Səhiyyə Təşkilatı 1988-ci ildən dekabrın ilk gününü “Ümumdünya QİÇS-lə mübarizə günü” elan edib. Hər gün dünyada bu xəstəlikdən kifayət qədər insan vəfat edir. Dünyanı cənginə almış QİÇS (ingiliscə AİDS, rusca SPİD) epidemiyası insan həyatı üçün təhlükə törədən bəlaya çevrilib. Bu qlobal problem cəmiyyətin bütün təbəqələrini - milləti, icmanı, ailəni, hər bir fərdi əhatə edir və bütün dünya üzrə sosial-iqtisadi inkişafı sarsıdır.
Bu xəstəliyə yoluxmuş şəxs təxminən 5-10 il ərzində sağlam görünür və bir çox hallarda orqanizmində bu virusun kök salmasından heç özünün də xəbəri olmur. QİÇS immun çatışmazlığı immun sisteminin mühüm toxumalarının böyük bir hissəsinə yayılmaqla inkişaf edir. Bu zaman inkişaf sistemi o dərəcədə zəifləyir ki, artıq orqanizmin müxtəlif yoluxucu və şiş xəstəliklərindən müdafiə imkanı tədricən azalır və tamamilə tükənir.
Son illər ölkəmizdə QİÇS-lə mübarizə aparmaq üçün xeyli işlər görülmüşdür. Bu sahəyə olan dövlət qayğısını xüsusilə vurğulamaq lazımdır. 1996-cı ildə Azərbaycan Respublikasının Milli Məclisi "İnsanın immunçatışmazlıq virusunun törətdiyi xəstəliyin (AİDS) yayılmasının qarşısının alınması" haqqında Qanun qəbul etmişdir. QİÇS daşıyıcıları müasir və geniş imkanlı avadanlıqlarla təchiz olunmuş tibb müəssisələrində dövlət hesabına müalicə olunurlar. Bu virusdan əziyyət çəkən xəstələr daima öz üzərilərində bu qayğını hiss edirlər və onlar üçün yaradılmış bu şəraitdən çox razıdırlar. Belə ki, bir çox orta və ali təhsil müəssisələrində bu virusla bağlı bir sıra maarifləndirmə prosesi həyata keçirilir. O cümlədən metro, avtobus kimi ictimai nəqliyyat vasitələrində QİÇS və ona yoluxma yolları ilə bağlı maarifləndirici plakatlar yapışdırılır, kütləvi informasiya vasitələrində də bu məsələ daim diqqət mərkəzində saxlanılır.
Çox təəssüflər olsun ki, QİÇS daşıyıcılarının böyük bir qisminin gənclər olduğunun şahidiyik.. Hər bir dövlətin sağlam gələcəyi onun sağlam gəncliyindən çox asılıdır. Amma gənclərinin bir qismi narkotik istifadəçisi, bir çoxu tütün alüdəçisi və digər qismi QİÇS daşıyıcıları olarsa, bu zaman həmin ölkənin gələcəyi sual altında deyilmi?
Danılmaz faktdır ki cəmiyyətimizdə QİÇS-ə yoluxanlara qarşı münasibət heç də ürəkaçan deyil. Belə olduğu halda, xəstələrin əksəriyyəti özünü ətraf mühitdən, ictimaiyyətdən təcrid edir və sağalmaq üçün lazımı şəkildə mübarizə aparmaq gücündə olmurlar. Bir çox hallarda insanların qınaq obyektinə çevrilməkdən qorxanlar ölümə bir addım da yaxınlaşmış olurlar. Əslində cəmiyyət birmənalı olaraq bu virusun daşıyıcılarına dırnaqarası baxmamalı, onları düşdükləri təhlükəli vəziyyətdən xilas etməyə dəstək olmalıdırlar. Bu məsələdə biz gənclərin də üzərinə mühüm vəzifə düşür. Bunun üçün də sağlam gənclik olaraq səfərbər olmalı və dünyanı cənginə almış bu təhlükəyə qarşı əl-ələ vuruşmalıyıq!


Tərlan Həsənli




 
Bölməyə aid digər xəbərlər
25.09.2018
Rusiya-Azərbaycan münasibətləri fundamental xarakter alır
24.09.2018
Azərbaycan xarici ölkələrə silah satışını artırıb
24.09.2018
Əsas məqsəd ərzaq təminatını daha da yaxşılaşdırmaqdır
23.09.2018
Prezident Həsən Ruhani: Cavabımız ağır olacaq
22.09.2018
Azərbaycanın sürətli inkişafının bir daha şahidi oldum

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10147

1 “Vətən uzaqda deyil” telelayihəsi dünya azərbaycanlılarının sevincinə səbəb olub
2 Yalnızlıq qorxusu
3 “Azərbaycanda xalq yaradıcılığına maraq artıb”
4 Cəfər Cəfərov: “Hər bir ölkənin gələcəyi yüksək səviyyəli kadrlardan asılıdır”
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info