İqtisadiyyat və sənaye naziri İmişlidə vətəndaş qəbulu keçirib
Tarix: 05.12.2014 | Saat: 21:03:00 | E-mail | Çapa göndər


İmişlidə iqtisadiyyat və sənaye naziri Şahin Mustafayevin növbəti vətəndaş qəbulu keçirilib. Heydər Əliyev Mərkəzində təşkil olunmuş qəbulda nazir Şahin Mustafayev Saatlı, İmişli və Beyləqan rayonlarından olan vətəndaşlarla görüşüb. Nazir Şahin Mustafayev qəbula gəlmiş vətəndaşların müraciətlərini diqqətlə dinləyib. Hәr bir vətəndaş müraciәtinin operativ araşdırılması, qaldırılan mәsәlәlәrin qanunvericiliyә uyğun hәlli istiqamәtindә nazirliyin müvafiq strukturlarının rәhbәrlәrinә konkret tapşırıqlar verilib. Müraciәtlәrin əksəriyyəti yerindәcә öz hәllini tapıb. Eyni zamanda, vәtәndaşlar tәrәfindәn verilәn müxtәlif tәkliflәr qeydiyyata alınıb, onların qaldırdığı məsələlər araşdırılması və müvafiq tәdbirlәrin görülmәsi üçün nәzarәtә götürülüb. İqtisadiyyat və Sənaye Nazirliyinin səlahiyyətlərinə aid olmayan məsələlər barədə isə vətəndaşlara ətraflı izahat verilib, həmin müraciətlərin aidiyyəti strukturlara çatdırılacağı bildirilib. Qəbul zamanı vətəndaşlar sahibkarlıq fəaliyyəti, güzəştli kreditlərin verilməsi, istehsal və emal müəssisələrinin yaradılması, kredit ittifaqlarının Sahibkarlığa Kömək Milli Fondu ilə əməkdaşlığı, əkin sahələrinin suvarılması, mal-qaranın sığortası, sosial və s. məsələlərlə bağlı müraciət ediblər. Nazir Şahin Mustafayev qəbula gəlmiş sahibkarların quşçuluq, taxılçılıq, toxumçuluq, üzümçülük, müasir heyvandarlıq kompleksinin yaradılması, mineral suların qablaşdırılması və satışı, mebel və tikinti materiallarının istehsalı və s. sahələr üzrə təkliflərini də dinləyib, onlarla müzakirələr aparılıb, müvafiq sahələr üzrə investisiya layihələrinin hazırlanmasına dəstək göstərilməsi və güzəştli kreditlər hesabına maliyyələşdirilməsi barədə müvafiq göstərişlər verilib.
Qəbul günü birbaşa müraciət edən vətəndaşlar da nazir Şahin Mustafayev tərəfindən qəbul edilib, hər bir vətəndaşın müraciətinə diqqətlə yanaşılıb, müraciətlərin qanunvericiliyə müvafiq qaydada həlli üçün müvafiq tədbirlər görülüb.Ümumilikdə İmişlidə keçirilmiş qəbul zamanı 90-a yaxın vətəndaş müraciət edib.
Qeyd edək ki, qəbul barədə ictimaiyyətin ətraflı məlumatlandırılması, eləcə də vətəndaşların rahatlığının təmin edilməsi məqsədilə əvvəlcədən kütləvi informasiya vasitələrində elanlar verilib və qəbula yazılmaq üçün əlaqə vasitələri göstərilib. Vətəndaşlar Nazirliyin office@economy.gov.az elektron poçt ünvanı və əlaqə nömrələri, 195-2 Telefon Məlumat Mərkəzi, həmçinin nazirliyin rəsmi internet və facebook səhifələri vasitəsilə qəbula yazılıblar.

İlkin




 
Bölməyə aid digər xəbərlər
23.02.2019
Turistlər polisdən razılıq edirlər
22.02.2019
Kənd təsərrüfatının inkişafında yeni mərhələ: Elektron Kənd Təsərrüfatı İnformasiya Sisteminin tətbiqinə başlanıldı
22.02.2019
Xocalı soyqrımını törədənlər beynəlxalq məhkəmə qarşisinda cavab verməlidirlər
22.02.2019
“Təbiət Mənim Evim” layihəsi baş tutub
22.02.2019
Mingəçevirin innovativ layihələri müəyyənləşib

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Tural Tağıyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10615

1 Milli qəhrəmanlara və şəxsiyyətlərə hücum savaşın tərkib hissəsidir
2 Diaspor üzvləri Ümumavropa Qarabağ mitinqinə çağırış edib
3 Əsərləri dünyanın bütün elektron kitabxanalarında yer alan azərbaycanlı yazar
4 Londonda Karl Marksın məzarına növbəti dəfə vandal hücumu olub
5 1400 manat maaşla sürücü axtarılır


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info