Milix Yevdayev mükafatlandırıldı
Tarix: 05.12.2014 | Saat: 21:13:00 | E-mail | Çapa göndər


Yəhudi Xəbərlər Agentliyi (YXA) öz saytında “Fəaliyyətə verilən yüksək qiymət” sərlövhəli material yerləşdirib. Materialda Bakı dağ yəhudiləri dini icmasının başçısı Milix Yevdayevin “Dədə Qorqud” Humanitar Fondu tərəfindən təsis edilən “Vətən oğlu” medalı ilə təntənəli mükafatlandırılması mərasimindən danışılır.
Bakıdakı dağ yəhudiləri sinaqoqunda keçirilən təntənəli mərasimdə İsrailin Azərbaycandakı səfiri Rafael Xarpaz, Rusiyanın ölkəmizdə səfiri Vladimir Doroxin, Milli Məclisin deputatı Yevda Abramov, digər rəsmi şəxslər, icmanın fəalları, kütləvi informasiya vasitələrinin nümayəndələri iştirak ediblər.
“Dədə Qorqud” Fondunun rəhbəri Eldar İsmayılov, səfirlər Rafael Xarpaz və Vladimir Doroxin, deputat Yevda Abramov çıxışlarında Milix Yevdayevi mükafata layiq görülməsi münasibətilə səmimi qəlbdən təbrik ediblər.
Natiqlər Milix Yevdayevin respublikada dinlərarası və mədəniyyətlərarası dialoqun, xalqlar və konfessiyalar arasında dostluq və əməkdaşlığın inkişafına, Bakı dağ yəhudiləri dini icmasının həyatının canlanmasına əhəmiyyətli töhfəsini vurğulayıblar.
Bakı dağ yəhudiləri dini icmasının fəalları YXA-ya müsahibələrində deyiblər: “Hörmətli Milix Yevdayev icmamıza müvəffəqiyyətlə - təmkinlə, yəhudi xalqının ənənələrinə uyğun şəkildə rəhbərlik edir, sinaqoqda maarifləndirmə proqramları, o cümlədən müqəddəs Tövratın dərindən öyrənilməsi üzrə proqramlar həyata keçirilir, Tanrının evi abadlaşdırılır.
Müsəlman və xristian icmaları ilə yaxşı, mehriban dostluq münasibətlərimiz var. Dövlət strukturları ilə konstruktiv dialoq aparırıq.
Buna görə də əminik ki, əzizimiz Milix İlxananoviçin fədakar əməyi “Dədə Qorqud” Fondu tərəfindən layiqincə qiymətləndirilib”.
Milix Yevdayev YXA-ya müsahibəsində deyib: “İcmamızın fəaliyyətini yüksək qiymətləndirdiyinə görə “Dədə Qorqud” Fonduna və onun başçısı Eldar İsmayılova təşəkkür edirəm. Axı, mənə təqdim olunan “Vətən oğlu” medalı bütün icmanın mükafatıdır”.

Tural




 
Bölməyə aid digər xəbərlər
22.09.2018
Reytinq: Bakı dünyanın ən təhlükəsiz 41 şəhəri sırasında yer alıb
22.09.2018
Xüsusi Olimpiya Hərəkatı gənc liderlərin 20-ci Qolobal Forumu keçiriləcək
21.09.2018
Azərbaycanın ən sürətli mobil şəbəkəsinin adı açıqlanıb
21.09.2018
Baş prokuror Quba rayonunda vətəndaşları qəbul edib
21.09.2018
Sahil Babayev Göygöl rayonunda 4 rayon və şəhərin sakinləri ilə görüşüb

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10135

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 Yalnızlıq qorxusu
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info