“Bank VTB (Azərbaycan)”nin rublla verdiyi kreditlər 1 mlrd. rublu ötüb
Tarix: 05.12.2014 | Saat: 21:30:00 | E-mail | Çapa göndər


“Bank VTB (Azərbaycan)” tərəfindən Rusiya rublunda verilən kreditlərin ümumi həcmi 2014-cü il dekabrın 1-i vəziyyətinə 1 mlrd. rubl həddini ötüb.
Bankdan verilən məlumata görə, rubl kreditlərinin böyük hissəsi (78%) istehlak kreditlərinin payına düşüb və 795 mln. rubl təşkil edib. İstehlak kreditlərinin strukturunda təqribən 10% və ya 78 mln. rubl avtokreditlərin payına düşür. Həmçinin korporativ müştərilərə 166,5 mln. rubl həcmində kredit verilib, kiçik və orta sahibkarlığın maliyyələşməsinə isə 50 mln. rubl ayrılıb.
Rusiya valyutasından kreditləşmə üçün istifadə edilməsi “Bank VTB (Azərbaycan)”ın fəaliyyətində yeni istiqamətdir və 2014-cü ilin avqust ayından tətbiq olunur.
"Bu, korporativ və pərakəndə biznes üçün kifayət qədər maraqlı və sərfəli istiqamətdir. Rusiyadakı tərəfdaşları ilə ticarət əlaqələri quran bir çox şirkətlər gəliri rublla əldə edirlər. Bu şirkətlər konvertasiya ilə bağlı bir çox risklərin və sazişlər imzalanarkən ortaya çıxan çətinliklərin qarşısını almaq üçün müqavilələri rubl əsasında bağlamağa hazırdırlar. Rusiya tərəfinə gəldikdə isə, xarici ticarətdə ödənişlərin rublla aparılması zamanı valyuta nəzarəti proseduru asanlaşır, ödənişlər sürətlə həyata keçirilir”, - deyə “Bank VTB (Azərbaycan)”ın İdarə Heyətinin sədri Yuri Yakovlev qeyd edib.
Tural




 
Bölməyə aid digər xəbərlər
21.02.2019
İnam Kərimov Sabirabadda vətəndaşlarla görüşəcək
21.02.2019
Fevralın 22-nə USD/AZN rəsmi məzənnəsi: 1,7000 manat
21.02.2019
Ət və quşçuluq məhsullarının istehsalçıları ilə müzakirələr aparılıb
21.02.2019
İtaliya Azərbaycanın əsas ticarət tərəfdaşıdır və ixracda birinci yerdədir
21.02.2019
Anar Quliyev: “Bakı şəhərinin Baş planının hazırlanması üçün texniki işlərə başlanılacaq”

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Tural Tağıyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10609

1 “Gürcüstanda yaşayan gürcü və azərbaycanlı gənclərin mütəmadi görüşlər keçirməsi vacib şərtdir”
2 Milli qəhrəmanlara və şəxsiyyətlərə hücum savaşın tərkib hissəsidir
3 “Əsas oxucu kütləsi sayılan gənclər bu gün internet mediaya daha çox üstünlük verirlər”
4 ABŞ-da atışma: xəsarət alanlar var
5 Londonda Karl Marksın məzarına növbəti dəfə vandal hücumu olub


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info