Gənclər Fondu 408 layihəni maliyyələşdirəcək
Tarix: 05.12.2014 | Saat: 23:45:00 | E-mail | Çapa göndər


Dağlıq Qarabağ münaqişəsi və azərbaycanlılara qarşı soyqırımların araşdırılması ilə bağlı qrantların ayrılması üçün xüsusi kateqoriya yaradılacaq
Dünən Prezident yanında Gənclər Fondunun Müşahidə Şurasının növbəti iclası keçirilib. Gənclər Fondundan verilən məlumata görə, yığıncağın gündəliyinə 6-cı qrant müsabiqəsi çərçivəsində təqdim olunmuş layihələrin müzakirəsi, Fond tərəfindən maliyyələşdirilən layihələrin monitorinqi qaydalarının təkmilləşdirilməsi və digər məsələlər daxil edilib.
Müşahidə Şurasının sədri, Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsi müdirinin müavini Tahir Süleymanov 6-cı qrant müsabiqəsi barədə məlumat verərək bildirib ki, bu il sentyabrın 5-dən oktyabrın 20-dək Fonda “A” (yerli layihələr), “B” (beynəlxalq layihələr) və “C” (fiziki şəxslərin layihələri) kateqoriyaları üzrə 1248 layihə təklifi daxil olub. Müşahidə Şurasının üzvləri əvvəlki müsabiqələr çərçivəsində maliyyələşdirilmiş layihələrin hesabatlarını indiyədək təqdim etməmiş gənclər təşkilatlarının və fiziki şəxslərin müraciətlərinə baxılmaması barədə razılığa gəliblər. Aparılan müzakirələr nəticəsində “A” kateqoriyası üzrə 137 layihədən 103-ü, “B” kateqoriyası üzrə 24 layihədən 13-ü, “C” kateqoriyası üzrə 1087 layihədən 292-nin dəstəklənməsi məqsədəuyğun sayılıb. Barələrində müsbət qərar qəbul olunmuş 408 layihənin maliyyələşdirilməsi üçün Fond tərəfindən 2 086 100 manat vəsaitin ayrılması nəzərdə tutulub. Fondun icraçı direktoru Fərhad Hacıyev erməni diasporuna qarşı mübarizənin effektivliyinin artırılması istiqamətində daha təsirli və ardıcıl tədbirlərin görülməsinin vacibliyini vurğulayıb, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi və azərbaycanlılara qarşı soyqırımların araşdırılması ilə bağlı xarici tədqiqatçılar və tələbələr üçün qrant müsabiqələrinin keçirilməsinin zəruri olduğunu qeyd edib. Bu məqsədlə xüsusi kateqoriyanın müəyyən edilməsi və ya mövcud olanlardan birinin yenisi ilə əvəz olunması barədə təkliflər səslənib. Müşahidə Şurası tərəfindən qəbul edilmiş sənədlərə müvafiq əlavə və dəyişikliklərin layihəsinin hazırlanması üçün Şura üzvləri və Fondun əməkdaşlarından ibarət tərkibdə İşçi Qrup yaradılıb. Yeni kateqoriya üzrə müsabiqənin 2015-ci ilin əvvəllərində elan edilməsi qərara alınıb.




 
Bölməyə aid digər xəbərlər
12.11.2018
Zəfərlərə doğru
12.11.2018
“İrəli”nin intellektual yarışlarının Dağlıq Şirvan və Şəki- Zaqatala üzrə qalibləri müəyyənləşib
12.11.2018
Heydər Əliyev Fondu və Milli Onkologiya Mərkəzi birgə onkoloji skrininq və elmi-praktiki konfrans keçiriblər
12.11.2018
İran vətəndaşı daxili orqanlarında narkotik vasitələr keçirmək istədi
12.11.2018
Külli miqdarda xarici valyutanı gizlədərək keçirmək istədi

Şərh əlavə olunmayıb



    ,    
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Mehriban Nəsib
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10457

1 İncəsənət dünyaya sülh gətirir
2 İsveçdə Skandinaviya Azərbaycanlılarının Koordinasiya Şurası yaradılıb
3 “Universitet müəllimi 30-40 il əvvəl qazandığı bilik və metodlarla auditoriyaya girməməlidir”
4 “Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”
5 Polşalı şagirdlər Azərbaycan nağıllarına illüsturasiyalar çəkiblər


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info