Müdafiə naziri Hərbi Hava Qüvvələrinin Mərkəzi Komanda Məntəqəsində olub
Tarix: 05.12.2014 | Saat: 23:49:00 | E-mail | Çapa göndər


Müdafiə naziri, general-polkovnik Zakir Həsənov Hərbi Hava Qüvvələrinin (HHQ) döyüş hazırlığını yoxlamaq məqsədilə Mərkəzi Komanda Məntəqəsində olub.
Hərbi Hava Qüvvələrinin komandanı, general-leytenant Ramiz Tahirov Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin tapşırığına əsasən Hərbi Hava Qüvvələrində qısa müddət ərzində döyüş hazırlığının yüksəldilməsi məqsədilə görülən işlər barədə müdafiə nazirinə məruzə edib. Ən müasir avtomatik idarəetmə sistemləri ilə təchiz edilmiş məntəqədə yaradılan şəraitlə tanış olan müdafiə naziri Hərbi Hava Qüvvələri tərəfindən hava məkanındakı kəşfiyyat məlumatlarının toplanılması, təhlili, o cümlədən qərarların vaxtında qəbul edilməsinin vacibliyini şəxsi heyətin diqqətinə çatdırıb. Z. HəsənovHərbi Hava Qüvvələrinin idarə edilməsi, iş bacarığının təkmilləşdirilməsi, modelləşdirmə proqramı əsasında Hərbi Hava Qüvvələrinin döyüş fəaliyyətlərini idarə edən heyətin praktiki vərdişlərinin artırılması, özünün və düşmən aviasiyasının, hava hücumundan müdafiə vasitələrinin imkanları, xüsusiyyətləri, döyüş tətbiqinin analiz edilməsi barədə Hərbi Hava Qüvvələri komandanlığı qarşısında tapşırıq qoyub.




 
Bölməyə aid digər xəbərlər
15.01.2019
Təhlükəli hidrometeoroloji hadisə ilə bağlı qərargahlar yaradılıb
15.01.2019
Balaxanıda narkotacir saxlanılıb
15.01.2019
Hava şəraiti kəskin dəyişəcək: temperatur 10 dərəcə enəcək
15.01.2019
Bəzi küçələrdə avtobus dayancaqlarının yeri dəyişdirilib
14.01.2019
Məhkum olunmuş gənclərin peşə hazırlığı işlərinə yardım göstərilir

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10561

1 “Azərbaycan güclü ölkə kimi dünya miqyasında özünü təsdiqləyib”
2 Xocalı tarixi və mədəniyyəti
3 Struktur dəyişiklikləri dövlət idarəçiliyinin təkmilləşdirilməsini nəzərdə tutur
4 Azərbaycan Dövlət Pedaqoji Universitetində doktoranturaya və dissertanturaya qəbul başlanıb
5 Azərbaycanın qonşu ölkələrlə əlaqələri yüksək səviyyədədir


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info