Azərbaycan ÜGT-nin iki regional qurumuna ev sahibliyi edir
Tarix: 08.12.2014 | Saat: 15:06:00 | E-mail | Çapa göndər


Bakıda Ümumdünya Gömrük Təşkilatı (ÜGT) Avropa Regionunun Potensialının Gücləndirilməsi üzrə Milli Əlaqələndirici Şəxslərinin iclası keçirilib.
İclasda Azərbaycan da daxil olmaqla 21 iştirakçı ölkənin, eləcə də Avropa Komissiyası ÜGT-nin nümayəndə heyətləri təmsil olunub.
İclasda çıxış edən Azərbaycan Dövlət Gömrük Komitəsinin sədri Aydın Əliyev bildirib ki, bu gün qloballaşma və regional inteqrasiya prosesləri nəticəsində ticarətin həcminin artması, gömrük işi qarşısında mühüm nəticələr qoyur: “Belə ki, bütün dünyada gömrük xidmətlərinin qarşısında yeni vəzifələr qoyur və yeni çağırışlar yaradıb. Dünyanın hər bir gömrük xidməti eyni çağırışlarla qarşılaşır. Bir tərəfdən ticarətin asanlaşdırılması, digər tərəfdən də qaçaqmalçılığın qarşısının alınması, cəmiyyətin sağlamlığının təmin edilməsi, əqli mülkiyyət hüquqlarının qorunması və bu kimi hüquq-mühafizə vəzifələrinin həyata keçirilməsidir. Xüsusi olaraq, kadrların peşəkarlığının artırılması və onların peşə biliklərinin təkmilləşdirilməsi istiqamətində aparılan işləri qeyd etmək istərdim. Son illərdə bu istiqamətdə atılmış ən mühüm addımlardan biri Dövlət Gömrük Komitəsinin akademiyasının yaradılması olub. Bununla yanaşı, Azərbaycan potensialın gücləndirilməsi üzrə Ümumdünya Gömrük Təşkilatının iki regional qurumuna ev sahibliyi edir. Bunlardan biri ÜGT-nin regional tədris mərkəzi və bu tədbirin keçirildiyi potensialın gücləndirilməsi üzrə regional ofisdir. Bu iki regional strukturlar təkcə region və beynəlxalq təşkilatlara ev sahibliyi etmir, eyni zamanda Azərbaycan gömrüyünün müxtəlif sahələr üzrə seminar və təlimlərinin keçirilməsi üçün öz imkanları ilə təmin edir”.
ÜGT-nin Avropa Regionu üzrə sədr müavini Rocer Herman çıxış edərək bildirib ki, bu görüş ÜGT Avropa Regionunun Potensialının Gücləndirilməsi üzrə Milli Əlaqələndirici Şəxslərinin ilk görüşüdür. O bildirib ki, bu görüşün də məqsədi üzv ölkələrin gələcək fəaliyyətlərini istiqamətləndirərək koordinasiya etməkdir.
İki gün davam edəcək iclas zamanı ÜGT strategiyası və prioritetləri, gömrük sisteminin modernləşdirilməsi üzrə milli əlaqələndirici şəxslərin rolu və vəzifələri, potensialın gücləndirilməsinə regional yanaşma və s. məsələlər müzakirə olunacaq.
Tural




 
Bölməyə aid digər xəbərlər
15.11.2018
“Ekspro” şirkəti Azərbaycanın neft-qaz sahəsində mövqeyini gücləndirir
15.11.2018
Azərbaycan ən çox İtaliyaya satır, Rusiyadan alır
14.11.2018
Büdcə haqqında qanun layihəsi birinci oxunuşda təsdiq edilib
14.11.2018
ABŞ nəşri: “Bakı Limanı İpək Yolunda ticarət üçün əhəmiyyətli bir dəhlizdir”
14.11.2018
Türk Hava Yolları: Yüklənmə səviyyəsi oktyabr ayında 83,4%-ə çatıb

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10471

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 “Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”
3 Polşalı şagirdlər Azərbaycan nağıllarına illüsturasiyalar çəkiblər
4 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
5 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info