Dövlət orqanlarının ictimai dinləmə və ictimai müzakirələr təşkil etməsinin forması müəyyənləşib
Tarix: 08.12.2014 | Saat: 15:21:00 | E-mail | Çapa göndər


Nazirlər Kabineti “Mərkəzi və yerli icra hakimiyyəti və yerli özünüidarəetmə orqanlarının hazırladıqları hüquqi aktların layihələrinə dair ictimai dinləmə və ictimai müzakirənin keçirilməsi Qaydası”nda dəyişikliklər edib.
Dəyişikliyə əsasən aidiyyəti orqanların, vətəndaş cəmiyyəti institutlarının və ayrı-ayrı vətəndaşların təklifi və ya öz təşəbbüsü əsasında ictimai dinləmə və müzakirəni təşkil edən dövlət orqanının qərarı ilə hüquqi aktların layihələrinə dair ictimai dinləmə və ictimai müzakirələr yığıncaq formasında keçirilə bilər.
Bu halda ictimai dinləməni və ictimai müzakirəni təşkil edən dövlət orqanı belə yığıncağın vaxtı, müddəti, keçiriləcəyi yer, keçirilməsi qaydası və nəticələrin açıqlanacağı müddətlər barədə məlumatı öz internet saytında yerləşdirir. Belə yığıncaqda aidiyyəti dövlət və yerli özünüidarəetmə orqanlarının səlahiyyətli nümayəndələrinin, mütəxəssis və ekspertlərin iştirakının təmini məqsədilə onlara ictimai dinləmə və müzakirəni təşkil edən dövlət orqanı tərəfindən yığıncağın keçirilməsi vaxtı və yeri göstərilməklə rəsmi dəvət göndərilir.

Qəsəbə və kənd bələdiyyələrində isə bələdiyyə sədri hüquqi aktların layihələrinə dair ictimai dinləmə və ictimai müzakirənin təşkili məqsədi ilə kənd ərazisində hamının görə biləcəyi yerdə yerləşdirilən məlumat lövhəsində normativ xarakterli aktın layihəsi ilə birlikdə layihənin hansı normativ-hüquqi akt əsasında qəbul olunması və həmin normativ-hüquqi aktın müvafiq norması, ictimai dinləmənin və müzakirənin vaxtı, müddəti, keçiriləcəyi yer, rəy, irad və təkliflərin təqdim edilməsi qaydası, onlara baxılması və nəticələrin açıqlanacağı müddətlər barədə məlumatların göstərilməsini təmin edir.
Tural




 
Bölməyə aid digər xəbərlər
25.06.2019
Azərbaycanın hesabatı BMT-yə təqdim olunacaq
25.06.2019
Azərbaycanda bu şəxslərə verilən pul təminatı artırılır
24.06.2019
Xarici diplomatlar DOST mərkəzi ilə tanış olublar
24.06.2019
Azərbaycanda ilk dəfə olaraq minimum əmək haqqı yaşayış minimumunu üstələyir
23.06.2019
Naxçıvanda kənd təsərrüfatı məhsullarının satış yarmarkasında bolluq və ucuzluqdur

Şərh əlavə olunmayıb

    ,    
Tural Tağıyev
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Esmira Məmmədova
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10815

1 Yeni naziri kollektivə Ramiz Mehdiyev təqdim etdi
2 Prezidentin Sərəncamı: 160 minə yaxın müəllimin orta aylıq maaşı 605 manat oldu
3 Əli Nağıyev DTX rəisi təyin edildi
4 Heydər Əliyev və bələdiyyələr
5 Tarix müəllimi Könül Əliyeva: “Əməkhaqqının artırılması bizim əməyimizə verilən böyük qiymət və dəyərdir”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info