Azərbaycan Pakistanda təşkil olunmuş xeyriyyə tədbirində təmsil olunub
Tarix: 08.12.2014 | Saat: 15:34:00 | E-mail | Çapa göndər


Azərbaycanın Pakistandakı səfirliyi dekabrın 7-də İslamabad şəhərində Pakistan Xarici İşlər Nazirliyinin Qadınlar Assosiasiyası tərəfindən İslamabadda təşkil olunmuş xeyriyyə bazarında iştirak edib.
Səfirliyin yaydığı məlumata görə, Pakistan paytaxtının Serena mehmanxanasında təşkil olunmuş bazarda Pakistanın birinci xanımı Mahmooda Mamnun, baş nazirin xarici işlər və təhlükəsizlik üzrə müşaviri Sərtac Əziz, xarici işlər üzrə dövlət naziri Tariq Fatemi, xarici işlər katib Aiziaz Çoudri, senatorlar, Milli Assambleyanın deputatları, digər qurumların nümayəndələri, jurnalistlər iştirak ediblər.
Bazarda İslamabadda akkreditə olunmuş səfirliklər öz ölkələrinin tarixi, mədəniyyəti, adət-ənənələri ilə bağlı müxtəlif milli məişət əşyaları, suvenirlər, həmçinin milli mətbəx nümunələri nümayiş etdiriblər.
Serena mehmanxanasındakı Azərbaycan guşəsində İçərişəhər, Şirvanşahlar sarayı, Qız Qalası, Şəki xanlarının sarayı, Nizami məqbərəsi, Mömünə Xatun türbəsi, həmçinin Bakının qədim və müasir abidələrinin maketləri, Heydər Əliyevin həyat və fəaliyyətinə həsr edilmiş nəşrlər, Azərbaycanın iqtisadi inkişafından və mədəni həyatından, Azərbaycan-Pakistan dostluq münasibətlərindən bəhs edən kitablar nümayiş etdirilib. Həmin eksponatların xeyriyyə məqsədi üçün satışı təşkil edilmişdir. Azərbaycan guşəsində olan ziyarətçilər Azərbaycanın zəngin mətbəxinin nümunələri ilə tanış olublar.
Pakistanın birinci xanımı, baş nazirin müşaviri, xarici işlər üzrə dövlət naziri və katibi Azərbaycan guşəsinə gələrək ölkəmizin iqtisadi inkişafına dair kitablarla maraqlanıb, suvenirlərə, müxtəlif eksponatlara və Azərbaycanın milli şirniyyatları ilə tanış olub. Guşədə olan qonaqlar Azərbaycanın Pakistandakı səfiri Daşqın Şikarovla söhbətlərində iki ölkələrin dostluq münasibətlərini qeyd edib, xalqlarımızın mədəni bənzərlikləri haqqında danışıblar. Onlar sərgidə fəal iştirak etdiyinə görə Azərbaycan səfirliyinin kollektivinə təşəkkürünü bildiriblər.
Satışlardan əldə olunmuş vəsait Pakistan xeyriyyə fonduna köçürülüb.

Tural




 
Bölməyə aid digər xəbərlər
19.01.2019
Bakı Şəhər Baş Polis İdarəsi paytaxtda keçirilən mitinqlə bağlı məlumat yayıb
18.01.2019
“Bakcell” və “Hesab.az” avtomatik ödəniş funksiyasını təqdim edib
18.01.2019
“ASAN xidmət” müvafiq dövlət xidmətlərinin alternativsiz formada həyata keçirildiyi vahid məkana çevrilir
18.01.2019
20 yanvar günü bu küçələrdə hərəkət tam məhdudlaşdırılacaq
18.01.2019
Sədərək uğrunda gedən qeyri-bərabər döyüşdə yurd sevgisi qalib gəldi

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10565

1 Ukraynada oxucuların rəğbətini qazanan azərbaycanlı yazıçı
2 Struktur dəyişiklikləri dövlət idarəçiliyinin təkmilləşdirilməsini nəzərdə tutur
3 Hüseyn Babayev AAF-ın vitse-prezidenti təyin edilib
4 Dərslər təxirə salındı
5 Nikola Sarkozi: “Bakıda böyük quruculuq işlərinin şahidi oldum”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info