“Əfqanıstanda demokratiya adına aparılan işlər insanları daha dəhşətli bəlalarla üz-üzə qoyub”
Tarix: 08.12.2014 | Saat: 15:35:00 | E-mail | Çapa göndər


“Münaqişə və müharibələr narkomaniyanın və digər problemlərin daha geniş yayılmasına şərait yaradır.
Əfqanıstan və bu kimi ölkələrdə bu hallarla bağlı faktlar insanı dəhşətə gətirir. Bu ölkədə demokratiya adına aparılan işlər insanları daha dəhşətli bəlalarla üz-üzə qoyub. Bunlardan biri də narkomaniya, narkotik maddələrin becərilməsidir”.
Bunu Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin və Xarici İşlər Nazirliyinin birgə təşkilatçılığı ilə keçirilən “Narkomanlığa düçar olmuş uşaqların və qadınların ailədə və cəmiyyətdə hüquqlarının müdafiəsi” mövzusunda beynəlxalq konfransda Milli Məclisin sədr müavini Bahar Muradova deyib.
B. Muradova bildirib ki, Azərbaycan 1988-ci ildə münaqişəyə cəlb ediləndən sonra narkomaniya geniş yayılmağa başlasa da, Heydər Əliyevin atdığı addımlar, 1996-cı ildən başlayaraq qəbul edilən proqramlar, qanunlar bu sahədə mübarizədə ciddi uğurlar əldə edilməsini şərtləndirib: Ancaq bu, tək bir ölkənin deyil, bəşəriyyətin problemidir. Səhiyyə ocaqları, təhsil sistemi, idman təşkilatlar, QHT-lərin birgə fəaliyyəti və beynəlxalq əməkdaşlıq bu problemin qarşısını almağa qadirdir”.
Milli Məclisin bu sahədəki problemlərin həlli üçün qanunlar qəbul etdiyini, ictimai müzakirələr təşkil etdiyini vurğulayan B. Muradovanın sözlərinə görə, cəmiyyətin bütün təbəqələrini bu problemlə mübarizəyə cəlb etmək lazımdır: “İlkin mərhələdə narkomaniya xəstəlik, fərdin problemi sayılırsa, sonradan bu, inkişaf edərək cinayətə, həmin şəxs isə cinayətkara çevrilir”.
Tural




 
Bölməyə aid digər xəbərlər
16.11.2018
Meksikanın Azərbaycandakı Səfiri Bərdə rayonuna rəsmi səfər edib
15.11.2018
“İkili standartlara əsaslanan bu yanaşma Azərbaycanı Fransa ilə əlaqələri nəzərdən keçirməyə vadar edir”
15.11.2018
Xalq müxalifətin heç bir çağırışına dəstək vermir
15.11.2018
Fransa Minsk qrupunun həmsədrliyindən çıxarılmalıdır
15.11.2018
Yaponiya televiziyasında Azərbaycan haqqında xüsusi veriliş yayımlanıb

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10481

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 “Gedir dayanmadan zamanın köçü”
4 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı
5 Daşkənddə Xalq artisti Firudin Səfərovun 85 illik yubileyi qeyd olunacaq


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info