ARGTMŞ Strasburqda keçirilən beynəlxalq tədbirdə təmsil olunub
Tarix: 08.12.2014 | Saat: 15:36:00 | E-mail | Çapa göndər


ARGTMŞ-nın İctimaiyyətlə əlaqələr departamentinin rəhbəri Pərvin Piriyev Fransanın Strasburq şəhərində həyata keçirilən “Əbədi Gənc – Gənclərin muxtariyyət və iş həyatına keçidi” simpoziumunda iştirak edib. Simpozium Avropa Şurasının Gənclər Departamenti tərəfindən təşkil olunub. 3 gün davam edən tədbirdə Avropa Şurasının üzvü olan ölkələrin gənclər sektorunu təmsil edən 70-ə yaxın gənc iştirak edib. Tədbir gənclərin muxtariyyət və iş həyatına keçidində gənclər siyasətinin rolunu artırılması üçün yeni alət və mexanizmlərin formalaşdırılması və bu sahədə təcrübə mübadiləsinin aparılması məqsədi ilə təşkil olunub.
Simpozium plenar və işçi qruplardan ibarət olmaqla təşkil olunub.
Plenar iclaslar zamanı ARGTMŞ-nın nümayəndəsi Avropa Şurasının Parlament Assambleyasının prezidenti Anna Brasseur və Avropa Şurasının demokratik iştirak və vətəndaşlıq direktoratının rəhbəri Jean-Christophe Bas ilə keçirilən görüşlərdə iştirak edib. Görüşlərdə Avropa Şurasının Gənclər Departametinin prioritetlərindən biri kimi gənclərin muxtariyyət və iş həyatına keçidinin vacib olduğu vurğulanıb və bu istiqamətdə görüşəcək işlərdən bəhs olunub.
Tədbirin gedişatında iştirakçılar işçi qruplara bölünüblər. İşçi qruplar zamanı iştirakçı ölkələrdə gənclərin müxtariyyəti və işlə təmin olunması, gənclər siyasətinin bu istiqamətdə verdiyi tövhələr mövzüsunda müzakirələr aparılıb. ARGTMŞ-nın nümayəndəsi tərəfindən Azərbaycanda bu istiqamətdə həyata keçirilən islahatlardan bəhs olunub. Azərbaycanda həyata keçirilən Dövlət Gənclər siyasəti iştirakçılar tərəfindən yüksək qiymətləndirilib.

Fuad




 
Bölməyə aid digər xəbərlər
20.11.2018
DOST Agentliyinin konsepsiyasının təqdimatı olub
20.11.2018
Şəhid anası: Birdəfəlik ödəmələrin verilməsi şəhid ailələrinə qayğının bariz nümunəsidir
19.11.2018
Sabirabadda məcburi köçkünlərin məskunlaşdığı qəsəbə təbii qazla təmin olunub
19.11.2018
“ABC Tədris və İnkişaf mərkəzi“ və “Ahıllara və Tənhalara Dəstək“-dən təqdirəlayiq addım
19.11.2018
Səyyar “ASAN xidmət” davam edir

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10507

1 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
2 “Tələbə Baharı-2018”-in mükafatçısı: “Hər gün xalq mahnılarımızı dinləyirəm”
3 Şervin Nəcəfpur: “Norveçdə doğulub boya-başa çatsam da, Vətən uzaqda deyil”
4 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb
5 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info