“Ulduz” Məntiq Olimpiadasının qalibləri bəlli oldu
Tarix: 08.12.2014 | Saat: 16:01:00 | E-mail | Çapa göndər


Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının (ATGTİ) "Veysəloğlu" Şirkətlər Qrupu ilə birgə reallaşdırdığı tələbələrarası “Ulduz” Məntiq Olimpiadası yekunlaşıb.
Cari ilin dekabr ayının 6-da olimpiadanın bağlanış mərasimi keçirilib.
Mərasimdə çıxış edən ATGTİ-nin sədri Şahin İsmayılov, “Ulduz” şokolad fabrikinin direktoru Vüsal Şərifov, Bakı Ali Neft Məktəbinin tələbələrlə iş şöbəsinin rəisi Həbibə Sadıqlı və “Kainat” Tədris Mərkəzinin rəhbəri İlqar Ağakişiyev tələbələrin intellektual inkişafının əhəmiyyətini vurğulayaraq, gələcəkdə də bu kimi layihələrin silsilə şəkildə keçiriləcəyini tədbir iştirakçılarının diqqətinə çatdırıblar.
Qeyd edək ki, “Ulduz” Məntiq Olimpiadasının qalibləri də tədbirdə elan olunub:
1-ci yer Tural Qurbanov (Azərbaycan Dövlət Neft Akademiyası) – 73 bal
2-ci yer Əzizağa Haxverdiyev (Qafqaz Universiteti) – 68 bal 3-cü yer Şəhriyar Həbilov (Dövlət İdarəçilik Akademiyası) – 66 bal
Xatırladaq ki, iki mərhələdə keçirilən olimpiadanın birinci mərhələdə iştirak üçün 500-ə yaxın tələbə müraciət edib. Onlar arasından 90 nəfər təqdim olunan 50 test tapşırığından 30-dan çoxunu doğru cavablandıraraq final turuna vəsiqə qazanıb. Final mərhələsində isə iştirakçılardan ümumi həcmi 100 bal olan 10 açıq sualın doğru cavablandırılması və tapşırıqların həll yollarının izah olunması tələb olunub. Beləliklə, final mərhələsində ən yüksək nəticə göstərən ilk üç gənc mükafatlandırılma mərasimində olimpiadanın qalib diplomları və qiymətli hədiyyələrlə mükafatlandırılıblar. Eyni zamanda olimpiadanın bütün finalçılarına sertifikatlar təqdim olunub.

Qorqud




 
Bölməyə aid digər xəbərlər
24.09.2018
“Bakcell”in baş sponsorluğu ilə Bakıda M.A.P. festivalı keçiriləcək
24.09.2018
“Bakcell”in baş icraçı direktoru startap və telekommunikasiya sahəsinin rəqəmsallaşması barədə danışıb
24.09.2018
Bakıda Xüsusi Olimpiya Hərəkatı Gənc Liderlərin 20-ci Qlobal Forumu işə başlayıb
24.09.2018
AQTA bəzi şirniyyatlarla bağlı məlumatlara aydınlıq gətirdi- “Ozmo”, “Pop kek”, “Tutku”...
24.09.2018
Aİİ bütün tələbələrini dərs vəsaitləri ilə təmin edib

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10137

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 Yalnızlıq qorxusu
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info