“Bank VTB” (Azərbaycan) alternativ enerjinin inkişafını dəstəkləyəcək
Tarix: 08.12.2014 | Saat: 16:42:00 | E-mail | Çapa göndər


“Bank VTB” (Azərbaycan) günəş enerjisinin istehsalı üçün nəzərdə tutulan avadanlıqların alınması üzrə bir sıra iri Hindistan şirkətləri ilə danışıqlar aparıb.
Bankdan verilən məlumata görə, günəş panelləri şəxsi istifadə üçün nəzərdə tutulub və alternativ enerji mənbəyi kimi yaşayış evlərində quraşdırıla bilər. Danışıqlar nəticəsində razılıq əldə edilib ki, bank günəş panellərini almaq arzusunda olan əhalini istehlak kreditləri çərçivəsində maliyyələşdirəcək.
“Bank VTB” (Azərbaycan)ın sədri Yuri Yakovlev deyib: “Hindistanda hər bir ev günəş enerjisini istehsal edən avadanlıqla təchiz olunub. Azərbaycanda ildə ən azı 300 günəşli gün olduğu halda, belə ekoloji enerji mənbəyindən istifadə etməmək düzgün olmazdı. Hindistan şirkətlərinin təklif etdiyi sadə və keyfiyyətli avadanlıqların qiyməti 1500 dollardır. Lakin ənənəvi enerjinin sərfiyyatının azaldılması, ailə büdcəsinə qənaət və təbii resursların qorunması baxımdan belə avadanlıqlardan istifadə son dərəcə sərfəlidir”.
Bildirilib ki, layihə maraq doğurduğu və ölkənin müvafiq strukturlar tərəfindən dəstəkləndiyi təqdirdə, Bank VTB (Azərbaycan) avadanlıqların alınmasına birillik istehlak kreditləri ayırmağı nəzərdə tutur.

Tural




 
Bölməyə aid digər xəbərlər
23.09.2018
Ölkənin metallurgiya sənayesində 13 faizdən çox artım müşahidə olunub
22.09.2018
Səkkiz ayda istehsal edilmiş tikinti materiallarının dəyəri 31,7 faiz artıb
22.09.2018
Samux rayonunda 11 min tondan çox tərəvəz istehsal olunub
22.09.2018
“Azeri Light”ın qiyməti bahalaşıb
21.09.2018
İlk “KOB Dostu” sahibkarların xidmətində

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10132

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
5 Yalnızlıq qorxusu


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info