Azərbaycanda daha bir “ASAN xidmət” mərkəzi açılacaq
Tarix: 08.12.2014 | Saat: 16:44:00 | E-mail | Çapa göndər


Bu ilin sonunadək Sabirabadda regional “ASAN xidmət” mərkəzi istifadəyə veriləcək.
Bu barədə Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin (ASAN xidmət) İnformasiya təminatı şöbəsinin müdiri Anar Hüseynov deyib.
Şöbə müdirinin sözlərinə görə, mərkəzdə Sabirabad və ətraf rayonların əhalisinə xidmət göstəriləcək: “Planlaşdırılır ki, 2014-cü ilin sonunadək, yəni dekabr ayı ərzində Sabirabaddakı regional “ASAN xidmət” mərkəzinin istifadəyə verilsin. Artıq mərkəz bütün lazımi avadanlıqlarla təchiz olunub. Hazırda orada son tamamlama və sınaq işləri həyata keçirilir”.
Onun sözlərinə görə, bundan əlavə, 2015-ci il ərzində Bərdə, Masallı, Qəbələdə də regional “ASAN xidmət” mərkəzlərinin açılması nəzərdə tutulur.
Qeyd edək ki, hazırda respublikada 6 “ASAN xidmət” mərkəzi fəaliyyət göstərir. Onlardan 4-ü paytaxt Bakıda, 1-i Sumqayıtda, 1-i də Gəncə şəhərində yerləşir.
Tural




 
Bölməyə aid digər xəbərlər
19.11.2018
Sabirabadda məcburi köçkünlərin məskunlaşdığı qəsəbə təbii qazla təmin olunub
19.11.2018
“ABC Tədris və İnkişaf mərkəzi“ və “Ahıllara və Tənhalara Dəstək“-dən təqdirəlayiq addım
19.11.2018
Səyyar “ASAN xidmət” davam edir
16.11.2018
Sanqaçal qəsəbə sakinləri ilə növbəti səyyar görüş keçirilib
16.11.2018
Sahil Babayev Şəmkirdə 5 rayonun sakinləri ilə görüşüb

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10500

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
3 “Gedir dayanmadan zamanın köçü”
4 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info