Əli Abbasov “ITU Telecom World 2014” konfransında iştirak edir
Tarix: 08.12.2014 | Saat: 17:38:00 | E-mail | Çapa göndər


Qətərin paytaxtı Doha şəhərində Beynəlxalq Telekommunikasiya İttifaqının “ITU Telecom World 2014” sərgi-konfransının açılış mərasimi keçirilib. Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin mətbuat xidmətinin verdiyi məlumata görə, açılış mərasimində “Ooredoo Group”un Direktorlar şurasının sədri Şeyx Abdullah bin Məhəmməd bin Səud Al Tani, Qətərin baş naziri Şeyx Abdullah bin Naser bin Xəlifə Al Tani, İnformasiya və kommunikasiya texnologiyaları naziri Hessa Sultan Əl-Cabir, İTU-nın baş katibi Hamadun Ture çıxış ediblər.
Tədbirdə Azərbaycanı rabitə və yüksək texnologiyalar naziri Əli Abbasovun başçılığı ilə nümayəndə heyəti təmsil edir.
Nümayəndə heyətinin tərkibinə Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin əməkdaşları ilə yanaşı, ölkəmizdə fəaliyyət göstərən informasiya-kommunikasiya texnologiyaları şirkətlərinin, qeyri-hökumət təşkilatlarının təmsilçiləri daxildir.
Sərgidə Azərbaycanın xüsusi stendi fəaliyyət göstərir və 40-a yaxın yerli şirkət sərgidə iştirak edir. Açılış mərasimindən sonra sərgidə iştirak edən çoxsaylı ölkələrin stendlərinə baxış keçirilib. BTİ-nin, Qətərin və müxtəlif ölkələrin rəhbərləri Azərbaycan stendi ilə tanış olublar.
Ə. Abbasov Azərbaycanda İKT sahəsində həyata keçirilən tədbirlər haqqında geniş məlumat verib. Sərginin açılış mərasimindən sonra müxtəlif mövzularda forumlar, diskussiyalar və panellərdə müzakirələr başlanıb.
Sərgi çərçivəsində keçirilən bir sıra tədbirlərdə Ə. Abbasovun çıxışları olub.
Dekabrın 10-dək davam edəcək tədbir çərçivəsində Azərbaycan nümayəndə heyətinin müxtəlif ölkələrin müvafiq qurumlarının rəhbərləri ilə ikitərəfli görüşləri, bölmə iclaslarında iştirakı nəzərdə tutulub.

Nigar




 
Bölməyə aid digər xəbərlər
22.09.2018
Reytinq: Bakı dünyanın ən təhlükəsiz 41 şəhəri sırasında yer alıb
22.09.2018
Xüsusi Olimpiya Hərəkatı gənc liderlərin 20-ci Qolobal Forumu keçiriləcək
21.09.2018
Azərbaycanın ən sürətli mobil şəbəkəsinin adı açıqlanıb
21.09.2018
Baş prokuror Quba rayonunda vətəndaşları qəbul edib
21.09.2018
Sahil Babayev Göygöl rayonunda 4 rayon və şəhərin sakinləri ilə görüşüb

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10130

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
5 QHT sədri Ukraynadakı “Qafqaz“ xalq rəqs ansamblına milli geyimlər hədiyyə edib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info