“Total” şirkətinin baş vitse-prezidenti İqtisadiyyat və Sənaye Nazirliyində olub
Tarix: 08.12.2014 | Saat: 17:47:00 | E-mail | Çapa göndər


İqtisadiyyat və sənaye naziri Şahin Mustafayev Bakıda səfərdə olan Fransanın “Total” şirkətinin Avropa və Mərkəzi Asiya regionu üzrə baş vitse-prezidenti Maykl Borrelli qəbul edib.
Görüşdə nazir Şahin Mustafayev Azərbaycan və Fransa arasında iqtisadi əlaqələrin genişləndiyini vurğulamış, əməkdaşlığın inkişafında qarşılıqlı səfərlərin və keçirilən görüşlərin əhəmiyyətini qeyd edib. Fransa şirkətlərinin Azərbaycan iqtisadiyyatının müxtəlif sahələrində uğurlu fəaliyyətini qeyd edən Şahin Mustafayev tikinti, infrastruktur, təhsil və s. sahələrdə əlaqələrin inkişafı üçün geniş imkanların olduğunu diqqətə çatdırmışdır. Görüşdə Azərbaycanda həyata keçirilən ekoloji layihələr barədə də məlumat verilmişdir. Bildirilmişdir ki, tarixən, xüsusilə də Sovet dövründə neft və s. tullantılarla çirklənmiş Böyükşör gölünün bərpası və ekoloji vəziyyətinin yaxşılaşdırılması işləri davam etdirilir.
“Total” şirkətinin Avropa və Mərkəzi Asiya regionu üzrə baş vitse-prezidenti Maykl Borrelli ölkəmizə səfərindən məmnunluğunu ifadə etmiş, təmsil etdiyi şirkətin fəaliyyəti barədə məlumat vermişdir. Qeyd edilmişdir ki, şirkət dünyanın 130-dan artıq ölkəsində, o cümlədən Azərbaycanda fəaliyyət göstərir və bir sıra layihələrin icrasında iştirak edir.
Görüşdə “Total” şirkətinin ölkəmizdəki fəaliyyətinə dair fikir mübadiləsi aparılıb.

İlkin




 
Bölməyə aid digər xəbərlər
18.09.2018
Paşinyanın oğlunun hərbi xidmət piarından yararlanmaq cəhdi nə vəd edir...
18.09.2018
Çində Azərbaycan haqqında daha çox informasiya veriləcək
17.09.2018
Azərbaycanlılar Avropada yeni media orqanı təsis ediblər
17.09.2018
“Türkmənistan TANAP-a iqtisadi böhrandan çıxmaq üçün yeganə çıxış yolu kimi baxır”
17.09.2018
Azərbaycan Cümhuriyyətinin ədliyyə nazirləri

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10117

1 ADPU-nun rektoru yüksək balla qəbul olunan tələbələrlə görüşüb
2 Əfsanəvi İndoneziya batikaları
3 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
4 Aqil Acalov: “İdmançılar qanvermə aksiyalarında aktiv iştirak edəcəklər”
5 Ukraynada “Dünya azərbaycanlılarının palitrası” kitabının təqdimatı olub


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info