Azərbaycan Biznes Keys müsabiqəsi başa çatıb
Tarix: 08.12.2014 | Saat: 18:00:00 | E-mail | Çapa göndər


ADA Universitetində “ABŞ Təhsilli Azərbaycan Məzunları” İctimai Birliyinin təşkilatçılığı ilə ali məktəb tələbələri arasında Azərbaycan Biznes Keys müsabiqəsinin final mərhələsi keçirilib.
ABCC layihəsinin ideyası, layihə çərçivəsində müsabiqəyə qoşulmuş III və IV kurs tələbələrinin iqtisadyönümlü sahələrdə bilik və bacarıqlarını təkmilləşdirmək, bu istiqamətlərdə praktiki bacarıqlara yiyələnməkdə maraqlı olan gənclərə dəstək vermək və onların ölkənin biznes mühitinə cəlb olunmasında vasitəçi olmaq kimi məqsədləri özündə birləşdirir. Azərbaycan Biznes Keys Müsabiqəsinin tarixi 2002-ci ildən başlayır: Azərbaycanda biznes keys analizinə dair təcrübə az olduğundan MBA Sahibkarlıq Korpusunun könüllüləri bu layihənin yaranmasına təşəbbüs göstəriblər. ABŞ Təhsilli Azərbaycan Məzunları İctimai Birliyinə Azərbaycan Biznes Keys Layihəsinin təşkili və keçirilməsinə dair müstəsna hüquq verilib. Ümumilikdə, bu günə qədər təxminən 500-dən çox ixtisaslı tələbə ABCC layihəsində iştirak edib.
2013-cü ildə ABŞ Təhsilli Azərbaycan Məzunları İctimai Birliyi ABCC layihəsini daha da böyütmək və onu beynəlxalq bir layihəyə çevirmək öhdəliyini öz üzərinə götürdü. Beləliklə, 2014-cü ildə aparılan danışıqların nəticəsi olaraq, AAA-in oxşar məzmunlu layihəsi Gürcüstanda Gürcüstan Respublikasının Təhsil və Elm Nazirliyinin dəstəklədiyi “British American Tobacco (Britiş Amerikan Tobakko)” şirkəti tərəfindən həyata keçirilməkdədir. Layihə çərçivəsində müsabiqəyə hazırlıq məqsədilə altı həftəlik biznesyönümlü müxtəlif nəzəri və praktiki sahələr ilə bağlı təlimlər altmış iştirakçıya İşçi qrupunun üzvləri tərəfindən həyata keçirilib. Layihənin bütün təlimlərində uğurla iştirak edən qırx tələbə artıq sertifikatlarla təltif olunub və müsabiqədə iştirak üçün hazırlıq mərhələsini davam etdiriblər. Layihənin əsas mərhələsi hesab olunan müsabiqədə hər biri dörd nəfərdən ibarət olan iyirmi doqquz komanda üçün hər həftə Harvard Universitetinin biznes keysləri təqdim olunmaqla, müzakirə və təqdimatlar əsasında praktiki bilik və bacarıqların mənimsənilməsi üçün şərait yaradılıb.
Final mərhələyə keçmək uğrunda azərbaycanlı tələbələrdən ibarət komandalar ilə iki gürcü tələbələrindən təşkil olunmuş komanda mübarizə aparıblar və yarışmanın sponsorluğunu edən təşkilatların rəhbərləri ilə birlikdə təşkil olunmuş münsiflər heyəti altı komanda arasından ən yaxşı üç komandanı müəyyənləşdiriblər. Qalib komandalara diplom və ən əsası öz kiçik bizneslərinin təməlini qoymaları üçün pul mükafatları təqdim edilib.
Beləliklə müsabiqənin qalibi Azərbaycan Dövlət İqtisad Universitetinin komandası olub. 2-ci və 3-cü yerləri Qafqaz Universitetindən olan komandalar, 4-cü yeri isə Tbilisi Dövlət Universitetinin komandası qazanıb. Birinci yerin qaliblərinə 6 min, ikinci yerin qaliblərinə 3 min, 3-cü yerin qaliblərinə 1500, 4-cü yerin qaliblərinə isə 500 manat pul mükafatı verilib.
Tural




 
Bölməyə aid digər xəbərlər
16.11.2018
“Hüquqi dövlət quruculuğunda məhkəmə-KİV münasibətlərinin inkişafı vacibdir”
16.11.2018
Azərbaycan Gənclərinin VIII Forumu keçirilib
16.11.2018
Dərman vasitələrinin qanunsuz dövriyyəsi ilə əlaqədar başlanmış cinayət işi məhkəməyə göndərilib
16.11.2018
Dövlət Miqrasiya Xidmətinin fəaliyyətində yeniliklər tətbiq olunur
16.11.2018
“Azərbaycanda hakimlərin sayı azdır”

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10488

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı
4 “Gedir dayanmadan zamanın köçü”
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info